Səhifə 96-da 5-ci tapşırıqda “10 m böyük” deyil, “10 m uzun” yazılmalıdır.
Səhifə 97-də 12-ci tapşırığın şərtində n-in tam ədəd olması qeyd olunmalıdır.
10-cu tapşırığın şərtində bu qeyd olunsa da, nədənsə burada yaddan çıxmışdır.
Səhifə 99-da 2-ci tapşırığın ç) bəndinin dərsliyin sonunda verilmiş cavabı “0”
deyil, “10” olmalıdır. 3-cü tapşırığın ə) bəndi oxşar toplananların islahı mövzusuna
aiddir. Bu isə səhifə 102-də tədris olunur. Mövzunun tədrisindən əvvəl bu tipli
tapşırıqların verilməsi metodiki və pedaqoji baxımdan düzgün deyil.
Səhifə 100-də 13-cü tapşırığın şərti belədir: “9(3n–8)+3(36–9n) ifadəsi 4-ə
bölünmür. İfadənin hansı ədədə bölündüyünü göstərin”. İfadə sadələşdirildikdən
sonra 36 ədədi alınır ki, bu da 4-ə tam bölünür. Deməli, tapşırığın şərti səhvdir.
27
Səhifə 101-də 4-cü tapşırığın şərti “Verilmiş ifadələrdə mötərizələri elə yazın
Dostları ilə paylaş: |