paralel düz xətlər və üst-üstə düşən düz xətlər qarışdırılıb. Belə ki, üst-üstə düşən düz
xətlərin paralelliklə eyni götürülməsi təklif olunur. Bu isə düzgün hesab edilə bilməz.
41
Qeyd etmək lazımdır ki, müstəvi üzərində heç bir ortaq nöqtəsi olmayan düz xətlər
paralel düz xətlər adlanır. Üst-üstə düşən düz xətlərin isə metodik vəsaitdə də qeyd
edildiyi kimi sonsuz sayda ortaq nöqtəsi olur. Buna görə də bu iki qarşılıqlı vəziyyət
eyniləşdirilə bilməz. Həmçinin, dərsin adından sonra verilmiş “dərslik, səh. 113”
ifadəsi “dərslik, səh. 112” kimi yazılmalıdır.
Dostları ilə paylaş: