Səhifə 105-də “Tənlik qurmaqla məsələ həlli” mövzusunun sonunda cavabda
“18, 20, 23 şagird” əvəzinə siniflərin ardıcıllığına uyğun olaraq “20, 23, 18 şagird”
yazılmalıdır.
Səhifə 110-da “Araşdırma 2”-də verilmiş “Modulu –3-dən böyük, 3-dən
kiçik olan tam ədədləri yazın” cümləsi “Modulu 3-dən kiçik olan tam ədədləri
yazın” kimi yazılmalıdır.
Alt standart 3.1.1. Müstəvi üzərində düz xətlərin, düz xətlə çevrənin, çevrələrin
qarşılıqlı vəziyyəti haqqında biliklərini nümayiş etdirir. Praktik əhəmiyyətə malik
olan bu alt standartın formalaşdırılması dərslikdə 112-ci səhifədən başlayır (MMV,
səh.148). Bu səhifədə verilmiş “Paralel və perpendikulyar düz xətlər” mövzusu
qüsurlu şəkildə izah olunmuşdur. Qüsurlar aşağıdakılardan ibarətdir:
1. “Müstəvi üzərində verilmiş iki düz xəttin ya bir ortaq nöqtəsi var, ya da
Dostları ilə paylaş: |