olan düz xətt digərinə də perpendikulyardır və əksinə” fikri şagirdlərə məlum
deyil. Buna görə də hər iki hal koordinat oxlarına ya perpendikulyar, ya da paralel
düz xətt çəkilməklə izah olunmalıdır. “Koordinatlar” mövzusunda sonuncu abzasda
verilmiş “koordinatların sayı iki ədəd olur” ifadəsi səhvdir. Çünki koordinatların
sayı 2, 3 və s. ola bilər.
Göründüyü kimi, bu alt standart da dərslikdə qüsurlu olaraq öz əksini
tapmışdır.
Səhifə 118-də sonuncu abzas dərsliyin hər iki variantında fərqli verilmişdir.
Səhifə 122-də 3-cü abzasdakı “Tərs mütənasib kəmiyyətlərin hasili sabitdir”
ifadəsi “Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili sabitdir” kimi
verilməlidir.
Dostları ilə paylaş: |