Səhifə 9-da olan “1, 2, 3, ..., 25” ədədlər sırası birinci abzasda “verilmiş”
sözündən sonra yazılmalıdır.
Səhifə 10-da ikinci sətirdə “vuruqların” sözü “vuruqlardan” kimi yazılmalıdır.
Səhifə 11-də verilmiş “İki ardıcıl natural ədəd həmişə qarşılıqlı sadə
ədəddir, yəni onların ən böyük ortaq böləni 1-ə bərabərdir” cümləsində
“həmişə” ifadəsi artıqdır.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında ƏBOB-a verilmiş tərif
düzgün tərcümə edilməmişdir.
Səhifə 13-də birinci abzasda verilmiş “Onlardan ən böyüyünü bu ədədlərin
fərqi ilə əvəz edək” fikri “Onlardan böyüyünü bu ədədlərin fərqi ilə əvəz edək” kimi
verilməlidir.
Səhifə 14-də ƏKOB-a verilmiş tərif dil-üslub cəhətdən qüsurludur. Həmin
səhifədə alqoritmin 1-ci addımında verilmiş “ayırılır” sözü “ayrılır” kimi
yazılmalıdır.
Dostları ilə paylaş: |