Səhifə 138-də 4-cü tapşırıqda radiusu və diametri verilmiş çevrələrin
uzunluğunu tapmaq tələb olunur. Dərsliyin sonunda verilmiş cavablarla tapşırıq
arasında uyğunluğun olması üçün şərtə “π≈3,14” əlavə edilməlidir. Eyni irad həmin
səhifədə 8-ci, səhifə 153-də isə 7 və 8-ci tapşırıqlara da aid edilir. Həmçinin,
4-cü tapşırığın a) bəndinin dərsliyin sonunda verilmiş cavabı “18,84 sm” deyil,
“18,84 m” olmalıdır. Bu səhifədə verilmiş tapşırıqların dərsliyin sonunda verilmiş
cavabları isə “səh. 139” başlığı altında qeyd edilmişdir.
Səhifə 147-də verilmiş 7, 8, 9-cu tapşırıqların dərsliyin sonundakı cavabları
“səh. 146” deyil, “səh. 147” adı altında qeyd olunmalıdır. Həmçinin 8-ci tapşırığın
dərsliyin sonunda verilmiş cavabı “9,4 m” əvəzinə, “94 sm”, 9-cu tapşırığın cavabı
isə “örtər” əvəzinə, tapşırığın sualına uyğun olaraq “yerləşər” kimi verilməlidir.
Dostları ilə paylaş: |