Səhifə 74. Sonuncu şəkildə “Söyüdün çiçək qrupu” ifadəsinin “Söyüdün sırğa
çiçək qrupları” kimi yazılması tövsiyə edilir.
Səhifə 77. Çiçək qruplarına aid verilmiş şəkildə “Qıça” əvəzinə “Sadə qıça”
yazılması məqsədəuyğundur. Bu düzəlişin mətndə də edilməsi tövsiyə edilir.
Səhifə 94. “Fəaliyyət 1” bölməsində verilmiş şəkildə əyilmiş boru vasitəsilə
suyun axması mümkün deyil. Şəklin dəyişdirilməsi tövsiyə edilir. Həmçinin
təcrübədə rezin boruya su tökmək lazımdır.
Əgər rezin boruya su tökülməsə əmələ
gələn hava qovuqcuğu suyun hərəkətinə maneçilik törədər və təcrübə alınmaz.
Səhifə 105. Səhifənin sonunda verilmiş şəkildə ağızcıq aydın görünmür. Dəricik
isə bütünlüklə yaşıl rəngə boyanmışdır. Şəklin dəyişdirilməsi tövsiyə edilir.
Dostları ilə paylaş: |