Səhifə 86. “Ümumiləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırığın c)
bəndində “Yalnız dişiciyi və ya yalnız erkəkciyi olan çiçəklər – birevli / ikicinsli
çiçəklər adlanır” cümləsinin “Yalnız dişiciyi və ya yalnız erkəkciyi olan çiçəklər –
bircinsli / ikicinsli çiçəklər adlanır” kimi yazılması məqsədəuyğundur. Həmçinin 3-
cü tapşırıqdakı cədvəldə “Qozmeyvə” əvəzinə “Fındıqmeyvə” yazılmalıdır. Çünki
mövzuda qozmeyvə barəsində məlumat yoxdur, həm də fındıq fındıqmeyvələrə
aiddir.
Səhifə 95. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “Bitkiyə torpaqdan
qeyri-üzvi maddələrin (su və mineral duzların) necə daxil olmasının düzgün
ardıcıllığını göstərin” cümləsinin “Torpaqdan bitkiyə daxil olmuş qeyri-üzvi
maddələrin (su və mineral duzların) hərəkət ardıcıllığını göstərin” kimi yazılması
məqsədəuyğundur. Həmçinin şəkildə xanalardan biri və “B) Su, mineral maddələr”
bəndi artıq olduğu üçün çıxarılmalıdır.
Dostları ilə paylaş: |