Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1.1 Mb.
PDF просмотр
səhifə1/11
tarix27.06.2017
ölçüsü1.1 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

8
8
DƏRSLİK
9 789952 242829
ISBN 978-9952-24-282-9

AZƏRBAYCAN DİLİ 
8
dərslik layihəsi 
(sınaq nəşri)
Rafiq İsmayılov 
Dilrüba Cəfərova
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova 
Bakı – 2016

Rafiq İsmayılov 
Dilrüba Cəfərova
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova 
AZƏRBAYCAN DİLİ 8-ci sinif. Dərslik layihəsi (sınaq nəşri).
Bakı: “Altun kitab”, 2016. 160 səh.
Redaktorlar:
Elxan Nəcəfov
Arzu Quliyeva
Bədii tərtibat:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
altunkitab2004@gmail.com
elektron ünvana
göndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Yazıçı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəl lifləri tərə findən
müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır. 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı
his  səsini yenidən çap etdirmək, elektron informa siya vasitələri ilə yaymaq qanuna
ziddir.
ISBN 978-9952-24-282-9
© ALTUN KİTAB MMC – 2016

5
MÜNDƏRİCAT
MÖVZULAR
səhifə
1-ci bölmə. Kamilliyə doğru 
İnsan xarakteri
Keçilənlərin təkrarı
10-14
Yuxu 
Sintaktik əlaqələr: tabesizlik və tabelilik əlaqələri
Tabelilik əlaqələri: uzlaşma, idarə, yanaşma
15-19
Dünyagörüşünü necə genişləndirməli
Söz birləşməsi
Söz, söz birləşməsi və cümlə
20-24
İnsan beyni 
Söz birləşməsinin əsas və asılı tərəfi 
25-29
Sürətli oxu
Söz birləşmələrinin növləri
30-33
Ümumiləşdirici təkrar
34
2-ci bölmə. İnformasiya və kommunikasiya
Qəzet
İsmi birləşmələr
36-40
“Əkinçi”nin taleyi
Mürəkkəb adlar
41-44
Radio və televiziya
Mürəkkəb adların yazılışı
Abreviaturalar
45-50

6
MÖVZULAR
səhifə
Sosial şəbəkələr
Feili birləşmələr
51-54
Reklam
Söz birləşmələrinin cümlədə rolu
55-59
Ümumiləşdirici təkrar
60
3-cü bölmə. Fərd və cəmiyyət
Piza qülləsi
Cümlənin ikincidərəcəli üzvləri
62-65
Məmurun ölümü
Tamamlıq 
Mübtəda, yoxsa tamamlıq?
66-70
Mirzə Səfər
Zərflik
71-76
Sonuncu düym
Təyin  
77-81
Yaxşı və pis
Sintaktik təhlil
82-85
Ümumiləşdirici təkrar
86
4-cü bölmə. İxtiralar və kəşflər
Evrika!
Həmcins üzvlü cümlələr  
88-92

7
MÖVZULAR
səhifə
Qələmin tarixi 
Həmcins üzvlərdə ümumiləşdirici sözlər  
93-96
Ölçü vahidləri  
Həmcins üzvlərdə ixtisarlar
97-100
İşıqforu kim ixtira edib 
Xəbərin həmcins mübtədalarla uzlaşması
101-104
Telefon
105-107
Ümumiləşdirici təkrar
108
5-ci bölmə. Dəyərlər
Qədim türklərdə qurd totemi
Cümlə üzvlərinin əlavəsi
110-114
İstehkamın alınması
Qrammatik cəhətdən cümlə üzvləri ilə 
bağlı olmayan sözlər
Xitab
115-119
Bir kömbə çörək
Ara sözlər
120-123
Buynuzlu ana maral
Üzvlənməyən cümlələr
124-128
Bəs zınqırovu kim asacaq?
129-131
Ümumiləşdirici təkrar
132

8
MÖVZULAR
səhifə
6-cı bölmə. Təbiət
“Qırmızı kitab”
Müxtəsər və geniş cümlələr
134-137
Zəlzələlər
Baş üzvlərin iştirakına görə sadə cümlənin növləri
138-142
Canlıların sirli davranışları
Müəyyən şəxsli cümlələr
143-147
Zəfəran qızıldan qiymətlidir?
Xəbər əsasında formalaşan sadə cümlələr
148-151
Dağ yolu. Yollar
Adlıq cümlə
152-154
Ümumiləşdirici təkrar
155
SÖZLÜK
156-160

İNSAN XARAKTERİ
Bir müəllim dərsə başlayan kimi
lövhəyə böyük “1” rəqəmi yazır.
– Baxın, – deyir, – bu, xarakterdir.
Həyatda sahib ola biləcəyiniz ən
dəyərli şeydir…
Sonra “1”-in yanına sıfır qoyur:
– Bu, bacarıqdır. Xarakteriniz var -
sa, bacarıqlara yiyələnməklə şəxsiy -
yətinizi onqat zənginləşdirə bilərsiniz.
Sonra bir sıfır da yazır:
– Bu, təcrübədir. Xarakteriniz və
bacarığınız varsa, təcrübə qazan-
maqla gücünüzü daha onqat artıra bilərsiniz.
Sıfırlar beləcə uzanıb gedir – istedad… intizam… 
Nəhayət, müəllim əlinə silgini alıb ən başdakı “1”-i silir. Yerdə çoxlu sı -
fırlar qalır. Müəllim sözünü belə bitirir:
– Xarakteriniz yoxdursa, o birilərin heç bir əhəmiyyəti yoxdur.
* * *
Xarakter düşüncə və ruhun vəhdətidir, başqa sözlə, insanın özünüifadə
tərzidir. O, insanın həyata baxışında, davranışında, ətra 
fın dakılara
münasibətində özünü büruzə verir və hər bir fərdin cəmiyyətdə yerini
müəyyənləşdirir. Bura insanın xarici təsirlərə davamlılığı, mənəvi
prinsiplərə sadiqliyi, ictimai proseslərə marağı, insanlara təsir gü cü və s.
daxildir. Göründüyü kimi, xarakteri bir çox amillər müəyyən ləş di rir, odur ki
hər bir insanın xarakteri fərdidir və onu başqalarından fərqləndirir.
Xarakterli insan cəmiyyətdə hörmət və nüfuza malik olur. Ona etimad
göstərirlər, fikri ilə hesablaşırlar. Çünki belə insan gözlənilməz hadisələr
qarşısında özünü itirmir, daim problemləri həll etməyə hazır olur. 
* * *
Xarakteriniz aldığınız təhsil və həyat təcrübəsi ilə daim dəyişir,
zənginləşir. Bu prosesi nəzarətdə saxlaya, idarə edə bilsəniz, daha
1. Sıfırları – şəxsiyyəti zənginləşdirən xüsusiyyətləri davam
etdirin və həyatdan nümunələr gətirməklə sonuncu cümləni
şərh edin.
2. Oxuduğunuz hissəyə əsasən insan xarakterini səciyyə lən -
dirən əsas xüsusiyyətləri sadalayın və şərh edin.
I BÖLMƏ
10

KAMİLLİYƏ DOĞRU
11
möhkəm xarakterə malik ola bilərsiniz. Özünüzdə çatışmazlıqlar görür -
sünüzsə, onları aradan qaldırmaq haqqında düşünün. “Mən belə doğul -
muşam, dəyişə bilmərəm” kimi səhv düşüncələrdən uzaq olun. 
Ətrafınızda çoxlarının hörmət etdiyi, o cümlədən sizin üçün nüfuz sa -
hibi olan insanlara diqqət yetirin. Hansı xüsusiyyətlər hesabına onlar cə -
miyyətdə sayılıb-seçilirlər? Bu xüsusiyyətlərdən hansılar sizdə yoxdur? Bu
cəhətlərə malik olmaq üçün nə etmək lazımdır? Unutmayın: xarakterinizi
dəyişmək, daha güclü etmək üçün bəzən bir az cəhd göstərmək, iradə
nümayiş etdirmək kifayətdir.
* * *
Yəqin ki, həyatda oxşamaq istədiyiniz, ideal kimi qəbul etdiyiniz insanlar
var. Bunlar tarixi şəxsiyyətlər və ya ta nıdığınız müasir insanlar ola bilər.
Müəyyən yaşa qədər həyatınızın hər döv ründə bir ideal seçə  bilər siniz.
Bu çox yaxşı haldır, çünki örnək seç di yiniz bir modelin olması sizə ilham
verir, məqsədinizi və malik olmaq istədiyiniz xarakteri daha real təsəvvür
etməyə imkan yaradır. 
Lakin idealınızın bütün xüsusiyyətlərini özünüzdə əks etdirməyə
tələsməyin. Dərindən düşünsəniz, görəcəksiniz ki, siz həmin şəxsi bir və
ya iki xüsusiyyətinə görə ideal seçmisiniz. Əslində isə, onun elə xü su siy -
yətləri var ki, heç də qəbul edilməli deyil. Bir sözlə, çalışın, şəxsləri yox,
keyfiyyətləri ideal seçəsiniz. 
* * *
Hadisələr qarşısında əyilməmək, sarsılmamaq, insanlara təsir gücünə
malik olmaq, onları öz arxasınca apara bilmək lider xarakterinə xas olan
xü susiyyətlərdir. Belə bir xa rakterə sahib olmaq istəyirsinizsə, intellektual,
fiziki və ruhi cəhətdən güclü olmalısınız. 
Davranışınızda, danışığınızda, hərəkətlərinizdə ardıcıllıq olmalıdır.  Bu
gün birini tərifləyib sabah onu pis ləməyin. Birinə qarşı obyektiv, digərinə
qarşı subyektiv olmayın. Güclülər qarşısında meh riban, zəiflər qarşısında
əzazil olmaqdan çəkinin. Düşüncə və davranışında ziddiyyət olan insana
ətrafdakıların güvən məsi və hörmət bəsləməsi qeyri-mümkündür. 
Aylin Atmacanın “Xarakteri necə 
inkişaf etdirməli” kitabından
3. Son abzasdakı suallara cavab verin.
4. Hazırda özünüzə ideal seçdiyiniz adam varmı? Nə üçün məhz o?
5. Sonuncu hissədə əsas fikri açıqlayan açar sözü seçin.

Düşün və cavab ver
6. Mətnin hissələrini adlandırın. Onların mətndəki ardıcıllığına mü -
nasibət bildirin. Siz bu ardıcıllığı necə dəyişmək istərdiniz?
7. Aşağıdakı parçaları mətnin hansı hissələrinə aid etmək olar?
A. Bəzi insanların təbiətində ətrafdakıları özünə tabe etmək xü su -
siyyəti var. Müəyyən bir müddətdə belələrini lider kimi qəbul edir lər.
Lakin bu təbii keyfiyyətin arxasında ağıl, bacarıq, mənəvi də  yərlər
dayanmırsa, belələrinin liderliyi uzun çəkmir.
B. Sizin də gözlənilməz hadisələr qarşısında hərəkətləriniz  bir mə -
nalı və ardıcıl olsun. Belə davranış ha mıya xarakte ri nizin for ma laş -
mış  oldu ğu nu  göstərəcək.
C. Bəzi yaşlı adamlar haqqında deyirlər: “Yeddisində nə idisə, yet -
mişində də odur”. Elə yaşayın ki, gələcəkdə sizin haqqınızda bu ifa də -
ni işlətməsinlər.
D. Tarixdə ad qoymuş güclü xarakterlərin həyat hekayələrini in cə -
lə yin. Lakin onların gözəl xasiyyətlərini təqlid etməyə çalışmayın, çün -
ki bu, ətrafdakılarda gülüş doğura bilər. 
Yazı
8. Hər yarımbaşlıqdakı fikirləri düşüncələriniz və həyatda gördük lə -
rinizlə əlaqələndirərək esse yazın.
Dil qaydaları
9. Bura xıl mış durğu işarələrini bərpa etməklə cümlələri dəftərinizə
köçürün.
1. Təəssüf ki bəzən gec dərk etdiyimiz həqiqətlər uğursuzluğa səbəb
olur. 
2. Bax məsələ də elə bundadır. Əslində cəmiyyət özü dəyişir. 
3. “De görüm, yenə nə eləmisən? Bununla üçüncü dəfədir ki səndən
şikayət gəlir...”
(İ.Şıxlı)
4. Sözsüz ki iş vaxtında təhvil veriləcəkdir.
5. Ax namərd! Əlimdən dövləti yaxşı aldın. Vay gəldilər... Yox
gələn yoxdur. A kişi insafdırmı ki belə xoşbəxtliyi əldən
verəsən? Qarışığa salıb hamısını öldürrəm... Uf nə bədbəxt
oldum... Hə gəlir. Qoy gəlsin... 
(N.Nərimanov)
12
I BÖLMƏ

10. Verilmiş cümlələrdə hansı köməkçi nitq hissələri vardır?
11. 
İdi, imiş, isə hissəcikləri ilə işlənən sözləri müəyyən edin, tapşı -
rıq ları yerinə yetirin.
Biri var imiş, biri yox imiş, uzaq keçmişdə qəddar bir padşah var
imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-
analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir
qayaya  qoyarmışlar. Kim şahın qərarına etiraz edər disə şah onu
cəzalandırarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan
sümüyü görərdin. Bu açıq qə bi ristanlıq insan ətinə dadanmış quşların
məskəni idi. 
(“Ağıllı qoca” nağılından)
• Qalın hərflərlə verilmiş sözlərdə
“-mış
4
”ın funksiyasını izah edin.
• Altından xətt çəkilmiş feillərdə 
“-sa
2
”nın rolunu izah edin.
• Mətndə buraxılmış vergülləri bərpa edin, fikrinizi əsaslandırın.
12. Orfoqrafik və qrammatik səhvləri düzəltməklə mətni köçürün.
Ağxalatlı bir qız yenicə düşmüş cığırnan sahilə yaxınnaşdı. Qa ran -
nıxda kimi isə axtardı. Sahildə heç kəsi görmədiydə öz-özünə
düşündü: “Axı o mənə söz vermişdi, niyə getdi?” Sonra da köksünü
ötürərəy asdadan pıçıldadı: “Eh, yəgin, mən çox ləngi dim”. “Hm,
əlbətdə, günah məndə oldu”. Əlində tutduğu üçkünç mək tubu ağ
xalatının döş cibinə qoydu və könülsüz addımlarnan sahildən
uzağlaşdı. 
(İ.Şıxlı)
Əlbəttə, mən sizə demişdim də.
A.
B.
C.
Bir modal söz, bir bağlayıcı
Bir modal söz, bir ədat
Bir nida, bir ədat
Axı bu işi təkcə sən bilirdin.
A.
B.
C.
Bir ədat
Bir bağlayıcı, bir ədat
İki ədat
Müəllim dedi ki, mükafatı
yalnız Əhməd alacaq.
A.
B.
C.
Bir bağlayıcı, bir ədat
Bir bağlayıcı
İki bağlayıcı
Mən də sənin kimi olmadımmı?
A.
B.
C.
Bir bağlayıcı, bir qoşma
Bir bağlayıcı, bir ədat, bir qoşma
Bir ədat, bir qoşma
Məgər sənin üçün bu qədər
öyüdün təsiri olmadımı?
A.
B.
C.
Bir ədat, bir modal söz
İki ədat, bir qoşma
Bir ədat, bir qoşma
13
KAMİLLİYƏ DOĞRU

14
I BÖLMƏ
13. Rəqəmlərlə işarələnmiş feilləri aşağıdakı kimi qruplaşdırın.
Məchul növdədir: 
Qayıdış növdədir: 
Qarşılıq-birgəlik növdədir: 
İcbar növdədir: 
Məlum növdədir: 
1. Təbrizdə güman gedən
1
bir çox yerlər axtarıldı
2
. Nəhayət, bu
cinayət çarın sabiq nökəri Molla Əzizin boynunda qaldı və onun Ru -
siyanın hansı tərəfinə göndərildiyi
3
məlum olmadı. 
(M.S.Ordubadi)
2. Cənab konsul hər gün məni çağırtdırır
4
, gizlin əllərin aşkara
çıxarılmasını
5
və Təbrizdəki inqilab təşkilatının ifşa və həbs et di -
rilməsini

tələb edirdi. 
(M.S.Ordubadi)
3. Sakitcə görüşdük
7
. Baxışdıq
8
. Elə də qocalmamışdı
9
. Bir az gö -
zünün qıraqları qırışmışdı
10
. Əvvəlki gözəlliyi nura çevril miş di
11
: nur
tökülürdü
12 
üzündən. İndi mənə fəxrlə baxırdı. Mən də ona əyil -
məyən
13
bir dağ kimi 
… (S.Tərtərli)
14.  Mətni oxuyun. Təsriflənməyən feilləri seçin və aşağıdakı tapşırıq -
la rı yerinə yetirin.
Beş dəqiqədən sonra havaya dalbadal iki fişəng atıldı. Yüzlərlə
qızarmış güllə qatarlaşaraq havada axın elədi və qara tökülüb söndü.
Taqqıltılar yarğanlarda əks-səda verdi... 
Mahmud konserv qutularını götürüb sürünməyə başladı. Ley-
tenant tikanlı məftilin yanına qədər onu gözü ilə ötürdü. Aralığa
sükut çökdü. 
(İ.Şıxlı)
1. Feili bağlamaları feilin təsriflənən formasına çevirib cümlə lə ri
dəftərinizə yazın.
2. II abzasda “k”-”y” və “q”- “ğ” əvəzlənməsi baş vermiş sözləri
müəyyənləşdirin.
3. Feili sifət şəkilçisini uyğun gələn digər feili sifət şəkilçisi ilə əvəz
edin.
15.  Altından xətt çəkilmiş sözlərdən biri təsriflənməyən feil deyil.
Fikirləşmə, görən kimdir
Qapı vaxtsız döyüləndə.
Ya ünvan axtaran fikir,
Ya ayrılıq, ya da qəmdi
Qapı vaxtsız döyüləndə. 
(R.İsmayıllı)

YUXU
Yuxu haqqında elm çox qədim tarixə
malikdir. Era 
mız dan əv 
vəlki dövrə aid
hind epos 
larında, yunan filosoflarının
əsər lərində yuxunun xüsusiy 
yət ləri və
optimal uzunluğu barədə ən müxtəlif
fikirlər var. Məsələn, Qədim Romada
deyir di lər ki, “yeni yet məyə altısaatlıq yu -
xu da kifayət edər, tənbələ yeddi saat
verin, amma heç kimi səkkiz saat yat -
mağa qoymayın”.
Bu sahədə tədqiqatlar son 30 ildə daha da çoxalıb. Onlardan ən iri -
miqyaslılarını nəzərdən keçirək:
Naqoya Universitetinin (Yaponiya) alimləri XX əsrin son onilliyində
apardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, gündə 6,5-7,5 saat
yatan adamlar daha uzunömürlü olurlar. Gün ərzində 4,4 saatdan az
yatanların ömrü onlardan 1,6 dəfə, 9,5 saatdan çox yatanların ömrü isə
1,8 dəfə qısa olub. Tədqiqata 110 min adam cəlb olunmuşdu.
London Universitet Kollecinin mütəxəssisləri 20 ilə yaxın müəyyən
fasilələrlə 5431 ofis işçisinin səhhətini izləyiblər. 2011-ci ildə başa çatmış
tədqiqatın nəticələri göstərir ki, gündə yeddi saatdan az və ya çox yatmaq
insanların sağlamlığına mənfi təsir göstərir, əqli fəaliyyətini zəiflədir.
2004-cü ildə Kaliforniya Universiteti insan yuxusu ilə bağlı öz araş dır -
ma larının nəticələrini elan etdi. Bir milyondan artıq adamın iştirakı ilə altı
il ərzində keçirilən tədqiqat göstərib ki, gündə səkkiz saatdan az yatan
insanların ömrü daha uzun olur.
Beləliklə, araşdırmalar göstərir ki, insanın optimal yuxu müddəti gündə
... saatdır. 
Bəs onda bir çox tarixi şəxsiyyətlərin öz həyat təcrübələrinə əsas la -
naraq yuxu haqqında dedikləri necə olsun? Fransa imperatoru Napoleon
hesab edirdi ki, yuxu üçün dahilərə dörd, adi adamlara altı, ağılsızlara
səkkiz saat gərəkdir. Lakin dahi alman alimi Albert Eynşteyn gündə 11 saat
yatırdı. O deyirdi: “Mən ömrümün üçdəbir hissəsini yuxuda keçirmişəm və
bu heç də onun ən pis hissəsi olmayıb”. İtalyan rəssamı və ixtiraçısı
Leonardo da Vinçinin həyatının yarısı yuxuda keçib. Fransız filosofu Pas -
kal günün çoxunu başını balışdan qaldırmayıb və s. və i.a.
1. Sonuncu cümlədə nöqtələrin yerinə hansı say yazılmalıdır?
15
KAMİLLİYƏ DOĞRU

Yeddi saat orta norma kimi götürülsə də, hər bir insanın orqanizmi fər -
didir. Məgər gündə cəmi beş saat yatan, amma özünü gümrah hiss edən
adama rast gəlməmisiniz? Elə insanlar da var ki, uzun müddət gərgin iş -
lə yib yorulduqdan sonra yarım saat yatmaqla yenidən fəal iş rejiminə
qayıdırlar. 
Bütün bunları nəzərə alaraq fərdi yuxu normanızı özünüz müəy yən ləş -
dir mə yə çalışın. Bir həftə hər gecə yatdığınız və səhər oyandığınız vaxtı
qeydə alın. Özünüzü hansı halda daha gümrah hiss etdiyinizə diqqət ye-
tirin və bu kiçik eksperimentin nəticəsinə uyğun olaraq rejiminizi seçin.
Yuxunun uzunluğu bir sıra daxili (psixoloji vəziyyət, yorğunluq dərəcəsi)
və xarici (mövsüm, yerdəyişmə, havanın oksigenlə zənginliyi) faktorlardan
da asılıdır. İnsan yaşlaşdıqca yuxusu qısalır: adətən, körpələr gündə 12-16,
gənclər 6-8, qocalar 4-6 saat yatırlar. Yazda və yayda gecələr kimi insan
yuxusu da qısalır.
Lazım olduğundan çox və ya az yatmaq insanın fiziki, əqli və psixoloji
vəziyyətinə mənfi təsir göstərir. Məsələn, yuxusuzluq orqanizmdə artıq
çəkiyə, yaddaşın, immunitetin və reaksiyanın zəifləməsinə, streslərə gətirib
çıxara bilər. 
Çox yatmaq isə depressiyaya, bədbinliyə, əzginliyə səbəb olur.
İnsanın həyat tərzi onun yuxu rejiminə böyük təsir göstərir. Sağlam və
psixoloji cəhətdən rahat insan yatağa girəndən sonra orta hesabla yeddi
dəqiqəyə yu xu ya gedir və gecə 15-35 dəfə oyanır, amma çox vaxt bunu
hiss etmir. İşgüzar, məqsədyönlü insanlar səhər yuxudan oyanıb gözlərini
açanda yataqda çox ləngimirlər. Onlar həmin gün üçün planlaşdırılmış işlər
haq qın da düşünür və gümrah əhvali-ruhiyyə ilə aktiv fəaliyyətə tələsirlər.
Məq sədsiz yaşayan tənbəllərə isə elə gəlir ki, hələ kifayət qədər
yatmayıblar.
Fərdi yuxu rejiminizi müəyyənləşdirdikdən sonra ona əməl etməyə
çalışın. Gecə yuxuya gedərkən pozitiv şeylər haqqında düşünün ki, səhər
gümrah durasınız. Səhər gözünüz açılanda “Bir az da yatsam, dünya
dağılmaz”, – deyə düşünməyin, “Həyat gözəldir, qoy qalxım, onu bir az da
gözəlləşdirim”, – deyə ucadan səslənin.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
4. Kontekstə görə “optimal”, “faktor” və “pozitiv” söz lə rinin mənasını
müəy yən ləşdirin.
2. Albert Eynşteynlə bağlı deyilənlərdə hansı ziddiyyət var?
3. Onun özü haqqında dediklərini şərh edin.
16
I BÖLMƏ

Düşün və cavab ver
5. Hansı fikir mətnin məzmununa uyğun deyil?
A) Kaliforniya Universiteti 1998-ci ildə insan yuxusu ilə bağlı
araşdırmalara başladı.
B) London Universitet Kollecinin 1991-ci ildə başladığı araş dır -
ma nı ən irimiqyaslı tədqiqat hesab etmək olar.
C) 1990-1999-cu illərdə yapon alimləri on minlərlə adam üzərində
tədqiqat aparmışlar.
Dil qaydaları
6. Sözlərin düzgün ardıcıllığını bərpa etməklə cümlələri oxuyun.
1. Bir çox insanlar aciz qalırlar problemlər qarşısında, problemlə -
ri n həllini tapa bilmirlər, hətta çıxış yolu asan olsa belə.
2. Sizin yaşlarda, əsasən, vaxtın böyük hissəsi yoldaşlarınızla
söhbət etməkdə keçir.
3. Siz əvvəlcə özünüzü ətrafınızdakıların dəyişilməsini gözləmə -
dən dəyişməyə çalışın.
4. Dostunu bağışlaya bilmirsən səni incidən bir söz söylədi deyə?
7. Mətndə göy rənglə verilmiş cümləni düzgün intonasiya ilə oxuyun.
• Cümlədəki sözlərə sual verin. Sadalama intonasiyası ilə oxu du -
ğu nuz sözlərin oxşar xüsusiy yət lərini müəyyən edin.
 
8. Çəhrayı rənglə verilmiş sözlər arasındakı sintaktik əlaqənin
növünü (tabelilik, yoxsa tabesizlik) müəyyənləşdirin.  
1. O, 
süfrəni, stəkan-nəlbəkini
yığışdıranda da Şamxalın sözləri qu -
lağından getmədi. 
(İ.Şıxlı)
2. Usta hər 
işin yerini
biləndir.
3. Baxdı mənə
yana-yana, sevə-sevə. 
(N.Həsənzadə)
5. 
Onlar
yarğanın kənarında sudan gələn qızlarla 
qarşılaşdılar
.
Cümlə üzvləri, eləcə də söz birləşməsindəki sözlər arasında qram-
matik bağlılıq olur. Buna sintaktik əlaqələr deyilir. Sintaktik əlaqələr
iki cür olur: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi. 
Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur: 
Dairə, kvadrat
və trapesiya müstəvi fiqurlardır.
Tabelilik əlaqəsində tərəflərdən biri digərinin tələbi ilə müəyyən
qrammatik formada işlənir: 
evə qayıdanda, dağın zirvəsi.
Yadda saxla!
SİNTAKTİK ƏLAQƏLƏR: 
TABESİZLİK VƏ TABELİLİK ƏLAQƏLƏRİ
17
KAMİLLİYƏ DOĞRU

18
I BÖLMƏ
9. Cümlələrdə altından xətt çəkilmiş sözlə sintaktik cəhətdən əla qə -
lənən sözləri göstərin.
1. Mən səliqəli xətlə yazılmış bu məktubu bir daha oxudum. 
2. Mavi səmada haçaquyruq qaranquşlar süzürdü. 
3. Ağacların arasından keçib köşkə tərəf getdilər. 
4. Yuxarı başda uzun mizin ətrafında beş-altı stul qoyulmuşdu.
5. Şəhərə gələndə bizə də baş çəkərsən.  
6. Mən o günü yaxşı xatırlayıram.
*
10. Test-debat. “Bulaq suyu” birləşməsinin tərəfləri arasında hansı
sintaktik əlaqə(lər) var? Qaydalardan çıxış edərək cavabınızı
əsaslandırın.
A) uzlaşma əlaqəsi
B) idarə əlaqəsi
C) yanaşma əlaqəsi
D) həm uzlaşma, həm də idarə əlaqəsi
Tabelilik əlaqəsinin üç növü var: 
1. Uzlaşma əlaqəsi – tərəflərdən birinin digər tərəflə şəxsə və
kəmiyyətə görə uyğun laş ması: 
Buta badamabənzər naxışdır 
(uyğunlaşan tərəf)

Yerin yeganə təbii peyki
(uyğunlaşan tərəf) 
Aydır. 
2. İdarə əlaqəsi – tərəflərdən birinin digər tərəfin tələbi ilə
ismin müəyyən hallarında (adlıq haldan başqa) işlənməsi: 
Teymur kitabı oxudu. 
Müəllim bu cavabdan razı qalmadı.
3. Yanaşma əlaqəsi – tərəflərdən birinin heç bir qrammatik
şəkilçi qəbul etmədən digər tərəflə bağlanması: 
dəyirmi masa; irəli getmək; hər şagird; 5-ci səhifə;
Axşam oxudum. Çox gəzdik. 
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə