Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə122/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   118   119   120   121   122   123   124   125   ...   297
psix

Fikri proseslər. Fikri proseslərin psixoloji təbiəti. Fikri proseslərin əsas əməliyyatları. Təhlil, tərkib, müqayisə, ümu­miləşdirmə, mücərrədləşdirmə fikri əməliyyat kimi.
Təfəkkürün formaları. Məfhumlar cisim və hadisələri mü­hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi. Hökmlər fikri proseslərin baş verdiyi əsas forma kimi. Əqli nəticə və onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.
Təfəkkürün növləri. Formasına, xarakterinə, genişliyinə və yeniliyinə görə təfəkkürün növləri.
Təfəkkürün fərdi xüsusiyyətləri. Təfəkkürün müstəqilliyi, tənqidiliyi, çevikliyi, dərinliyi.


IV. 11.1. Təfəkkür haqqında anlayış




Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir.
Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından mü­nasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin­liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri, onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur.
Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdudlanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas üçün əlçatmazdır.
Hissi idrakın sərhədlərini keçmək üçün insan təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin ümumiləşmiş inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin