Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə129/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   125   126   127   128   129   130   131   132   ...   297
psix

Mücərrədləşmə – cisim və hadisələrdə mövcud olan hər hansı bir tərəfin, əlamətin, xassənin fikrən nəzərdən keçirilməsindən ibarət olan təfəkkür prosesidir. Mücərrədləşdirmə, digər fikri əməliyyatlar kimi, əvvəlcə hərəkət planında doğulur. Mücərrədə gedən yol konkret əşyalara olan münasibətlərdən keçir, fikir konkretdən ayrılmayaraq, daim və zəruri olaraq ona qayıdır. Konkretə, şeyə, hadisəyə, qayıdış fikrin mücərrəd yolundan keçir. Bu hal həmişə idrakın zənginləşməsi ilə başa çatır. Konkretdən aralanan fikri proses və ona abstrakt vasitəsi ilə qayıdan, idrak konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir. Mücərrədləşmə konkretdən keçir və konkret mücərrəd vasitəsi ilə dərk olunur, idrak prosesləri ikiqat fikri hərəkətlər vasitəsi ilə baş verir.
Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb əməliyyatlarındandır.
Ümumiləşmə hərəkət planında doğulur, fərd eyni ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara cavab verir, onları müxtəlif situasiyalarda ümumilik xüsusiyyətləri əsasında yaradır. Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallarda eyni, ümumi hərəkət sxemlərini saxlayır. Ümumiləşdirmə mücərrədləşmiş mahiyyət xarakterli əlamətləri ona aid olan predmetlər sinfi və hadisələrlə birləşdirir. Anlayış fikri ümumiləşmə formalarından biridir.
Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli hərəkətdir. Konkretləşdirmə anlayışların müəyyənləşməsində tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir. Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa müvafiq olan tək haqqında təsəvvürdür. Konkret təsəvvürlərdə hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş vermir, əksinə bu predmetlər özünün çoxobrazlılığı ilə əlamət və xüsusiyyətləri ilə, bir əlamət digəri ilə əlaqədə konkret ifadə edilir. Ümumi anlayışları konkretləşdirərək biz onu daha yaxşı başa düşürük. «Stol» anlayışını konkretləşdirərək biz onu «yazı masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin