Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə130/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   126   127   128   129   130   131   132   133   ...   297
psix

IV.11.4. Təfəkkürün əsas növləri


Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.


Nəzəri təfəkkür, öz predmetinin qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir, birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır bilik formaları anlayışlar, hökmlər, əqli nəticələrdir. Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir. Onlar arasında fərq nisbidir.
Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox dərəcədə əyani – hissi obrazlarla qarışır. Anlayışlar və obraz- təsəvvürlər bu təfəkkür növündə ayrılmazdır. İnsan təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz, o, həmçinin təkcə hissi-əyani obrazlarla, anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin




Təfəkkürün növləri















Formasına görə




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin