Yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri (11-15 yaş)
- İntensiv cinsi yetişmə və inkişaf, orqanizmin güclü fizioloji yenidənqurulması
Qeyri-sabit emosional sfera, emosiya və əhvalların idarə olunmaması
Müstəqillik və fərdiyyətinin ÖZÜNÜTƏSDİQİ, böyüklərlə münaqişəli münasibətin meydana gələ bilməsi
APARICI fəaliyyət – həmyaşıdları ilə ünsiyyət, qəbul olunmağa, həmyaşıdlarının özünə qarşı hörmətinə «nail olmaq» zərurətindən irəli gələn adamlarla yeni davranış və münasibət normalarının mənimsənilməsi
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN, XARAKTERİN inkişafı
Xarakterin aksentuasiyası və QEYRİ-ADAPTİV davranış formasının meydana gələ bilməsi.
Şəxsi baxışlarının, diktat yaşlılara qarşı etirazın, müstəqil olaraq referent qrupları seçmənin formalaşması
Həqiqi müstəqilliyin olmaması, həmyaşıdlarına münasibətdə yüksək təlqinçiliyin və konformizmin olması
MƏNTİQİ təfəkkürün, yaradıcı şəkildə düşünmək və özünütəhlil qabiliyyətinin, mücərrəd məfhumlara istinad etmənin inkişafı.
Özünənəzarət və fəaliyyəti planlaşdırmanın hələ çətin olması
Riskə, təcavüzə meyllilik özünütəsdiq tərzi kimi
Seksual həvəs və marağın aşkara çıxması
Öz «mənini» dərk etmənin, eqoidentikliyin formalaşması
Təlimdə seçicilik, ümumi və xüsusi qabiliyyətlərə senzitivlik.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
Yeniyetməlik yaşında nə kimi anatomik-fizioloji dəyişikliklər baş verir?
Yeniyetməlik yaşında ünsiyyət tələbatından danışın.
Yeniyetməlik yaşında mənlik və əxlaqi şüur necə inkişaf edir?
«Yeniyetməlik dövründə yaşlılıq hissi» dedikdə nəyi başa düşürsünüz?
Yeniyetməlik yaşının təlim fəaliyyətinin fərqləndirici xüsusiyyətləri hansılardır?
Yeniyetmələrdə idrak proseslərinin inkişafı haqqında danışın.