Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin



Yüklə 1,29 Mb.
səhifə245/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   241   242   243   244   245   246   247   248   ...   297
psix

VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin

edən amillər


Adətən, öyrənmənin müvəffəqiyyətini təmin edən amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin daxili amillərini bir növ subyektiv amillər adlandırmaq mümkündür. Bu cür subyektiv amillərdən xüsusilə təlimin motivlərini aid etmək olar. Sonrakı bölmədə təlim motivlərinin mahiyyəti və növləri, onların öyrənməyə təsiri qeyd olunduğuna görə burada onları şərh etmirik.


Psixoloji ədəbiyyatda öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amil kimi diqqət və ustanovkaya xüsusi yer verirlər. Bizə hər an saysız-hesabsız cisim və hadisələr təsir edir. Bunların içərisindən hal-hazırda bizə lazım olan, tanımaq və öyrənmək, mənimsəmək istədiyimiz cisim və hadisələri ayıra, seçə bilmədən qarşımıza qoyduğumuz məqsədə nail ola bilmərik. Bunlar isə diqqətin bilavasitə iştirakı olmadan mümkün deyildir. Xüsusilə təlim fəaliyyətində diqqətin oynadığı rolu nəzərə alaraq K.D.Uşinski yazmışdır: «Diqqət şüurumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də şagirdləri təlim prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır». Təcrübə göstərir ki, müəllim dərsdə şagirdlərin diqqətini təşkil etməyi bacar­masa heç bir informasiyanı mənimsədə bilməz. Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Bu cəhəti nəzərə alaraq müəllim təlim prosesində diqqətin qanuna­uyğunluqlarından geniş istifadə etməlidir.
Qeyd etdiyimiz kimi öyrənmənin, mənimsəmənin səmərəliliyini təmin edən digər daxili amil ustanovkadır.
İnformasiyaların seçilməsi, işlənməsi və onlardan istifadə edilməsi prosesində insan şəxsiyyətinin təzahür etmə halını psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür. Ustanovka müəyyən bir fəaliyyətə şəxsiyyət tərəfindən dərk edilməyən hazırlıq halətidir. Aparılmış müşahidə və eksperimentlər fərdin ustanovkasının təlim fəaliyyətində mühüm əhəmiyyətə malik olduğunu göstər­mişdir.
Məsələn, psixoloji eksperiment zamanı iki qrupda eyni material eyni yolla öyrədilmiş, hər iki qrupda eyni miqdarda təkrar aparılmışdır. Lakin qrupların birinə qabaqcadan xəbərdarlıq edilmişdir ki, həmin materialı necə öyrən­diklərini soruşana qədər bir daha təkrar apa­rılmayacaq, istənilən vaxt onlar yoxlanıla bilərlər. İkinci qrupa materialı öyrənmək tapşırılarkən bildirilmişdir ki, yoxlamadan əvvəl mütləq materialı bir daha təkrar etməyə imkan olacaqdır. Sonradan gözlənilmədən hər iki qrupda sorğu aparılmışdır. Nəticədə birinci qrupa nisbətən ikinci qrupun nüma­yəndələri bir daha təkrar edəcəklərini zənn edərək materialı pis yadda saxlamışlar. Onlarda verilən materialı qəti, birdə­fəlik öyrənmək ustanovkası yaranma­mışdır.
Aparılmış psixoloji tədqiqatlar göstərmişdir ki, bu cür öyrənmə ustanovkası qarşıya qoyulan yaddasaxlama məqsədi, yaddasaxlamanın müddəti, möhkəmliyi və xarakterindən asılıdır. Hər şeydən əvvəl öyrənmə o zaman səmərəli olur ki, şagird öz qarşısına yaddasaxlama məqsədi qoysun. Təcrübə göstərir ki, qarşıya öyrənmək, yadda saxlamaq məqsədi qoymadan səmərəli yaddasaxlama mümkün deyildir. Bəzən şagird müəyyən bir materialı oxuyur və ya dinləyir. Lakin qarşısında onu öyrənmək, yadda saxlamaq məqsədi qoymadığına görə suallara ya ötəri cavab verir, ya da heç cür cavab verə bilmir. Onun yadında olsa-olsa emosional cəhətdən təsirli faktlar qalmış olur. Bəzi şagirdlər belə halda «bilmədim soruşacaqsınız» tipli cavablarla yaxalarını qurtarmağa çalışırlar. Şagirdin qarşısında yaddasaxlama məqsədi qoyduqda (istər müəllim, istərsə də şagirdin özü tərəfindən) o, verilən materialı yaxşı öyrənir. Ona görə də müəllim təlim fəaliyyətində öyrənmənin həmin səmərəli yolunu nəzərdən qaçırmama­lıdır, şagirdləri həmişə öyrənmə zamanı öz qarşılarına yaddasaxlama məqsədi qoymağa alışdırmalıdır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin