Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


III.5.7.Hisslər, iradə, fəaliyyət



Yüklə 1,29 Mb.
səhifə70/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   297
psix

III.5.7.Hisslər, iradə, fəaliyyət


Bu bölməni təsadüfi olaraq «hisslər, iradə, fəaliyyət» adlandırmamışıq. Burada işlədilən sözlərin şəxsiyyətin fəallığında rolu inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq hissləri doğuran emosional təəssüratdan başlayır. Bu zaman şəxsiyyət üçün əhəmiyyətli obyektə baxdıqda (proyeksi­ya­­ olunduqda) həmin obyekt insanın sərvət meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb olur ki, bu da öz növbəsində konkret işin başa çatdırılmasına iradi cəhdi aktuallaşdırır.
Emosional təəssüratın özünün yaranması stereotiplərin, ustanovkanın dəyişməsi və ya pozulması, başqa sözlə gerçəkliyin əks olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn, milli futbol komandamızın oyunu qələbə ilə nəticələndikdə yaranan emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı hissi yaradır. Yaxud, işgüzar partnyorumuzla bağlı yeni əlaqənin yaranması ilə bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə, tamas alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur. Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəlişliyinə görə bir-birindən fərqlənən hisslər doğurur. İnsanın keçirdiyi bu cür fərqli hisslər onun iş və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik olur.
Adətən, neytral hisslər olmur və ya belə demək mümkündürsə, emosional neytrallıq uzun ömürlü olmur. İnsan gah bir, gah da digər tərəfə meyilli olur və nəticədə ya müsbət, ya da mənfi hisslər keçirir. Modallığından asılı olmayaraq onların təzahürü həmişə müəyyən obyektə yönəlmiş olur. Bu zaman həmin obyektin harada olması əsas deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin neqativizmi və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə şərtlənir. Bu cür hissi yönəlişlik və yaxud hissi proyeksiya olduqca vacibdir. Məhz bunun sayəsində proyeksiya olunmuş hissləri şəxsi sərvət meyilləri ilə əlaqələndirmək olar.
Bunu müvafiq misallar əsasında aydınlaşdıraq. Yerinə yetirdiyimiz işin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt bizdə narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz ünvanımıza yönələn tənqidi dinləməklə biz həmin hissləri keçirməyə başlayırıq və onlar bizdə qalmır, şəxsi əhəmiyyət daşıyan obyektlərin üzərinə keçir. Bu cür obyekt tənqidin irəli sürüldüyü şərait, ola bilsin ki, tənqid edilən adam və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.
Bu zaman biz ya özümüzü pis işlədiyimizə görə danlayır, ya rəisin günahkar olduğunu düşünür, ya yerinə yetirdiyimiz işi pisləyirik, lakin tənqidin məzmunu haqqında fikirləşmirik. İnsan hissinin bu fenomeni məişət psixologiyası səviyəsində hamıya yaxşı məlumdur.
Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə başlarkən «inciməyin, lakin…» ifadəsini işlədir və tənqid etdiyimiz adamın tənqidin məzmununa diqqət verməli olduğunu və onu şəxsi səviyyəyə keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı arzu olaraq qalır, belə ki, simasız tənqid mümkün deyildir. Bu cür tənqid özünü göstərirsə bu artıq tənqid deyil, boş danışıqdır. Belliklə, aydın şəkildə təsəvvür etmək lazımdır ki, «proyeksiya olmamış» hisslər olmur, əgər təzahür edərsə onlar artıq hisslər deyil, sadəcə olaraq emosional təəssürat – emosiyadır. Bu cür nəticəyə gəlmək olduqca vacibdir. Beləki, Bu bizim sonrakı addımı atmağımıza, proyeksə olunmuş hisslərin daima bizim sərvət meyllərimizlə əlaqələnməsinə kömək edir. Başqa sözlə, bizdən kimsə mütəəssir olur, öz hisslərini duyur və şəxsi əhəmiyyətli obyektə proyeksə edirsə, mütləq onları öz şəxsi sərvətləri ilə əlaqələndirir. Burada «əlaqələndirmək» anlayışını dəqiqləşdirmək zəruridir. Beləki, bu iki aspektdə təzahür edə bilər. Birinci tip xarici (zahiri) əlaqələndirmə olub, burada əlaqələndirmə hisslərin zahiri proyeksləşməsində təzahür edir, insan tərəfindən qiymətləndirilir, lakin həqiqi şəxsi sərvət səviyyəsinə qalxa bilmir. Bu cür hadisə çox vaxt sözdə fəallıq şəklində təzahür edir və «Belə də iş olar», «Bu heç bir çərçivəyə sığmır» və s. ifadələrində özünü göstərir, faktiki olaraq yalançı informasiya xarakteri daşıyır. Xarici təzahür edən hisslər və onları müşayət edən replika insanın həqiqi niyyəti, məqsəd və dəyərlərinə uyğun gəlmir. Buna görə də proyeksləşdirilmiş hisslərin xarici və ya yalançı qarşılaşdırılması şəxsiyyətin sərvət özəyinin həqiqi qarşılaşdırılmasında aydın şəkildə fərqləndirilməlidir. Belə olduqda iş və hərəkətlərin həyata keçirilməsi ilə bağlı olan iradi cəhd aktuallaşır. Bu da qarşılıqlı əlaqələndirilmiş elementlər silsiləsində insan davranışının istiqamətini izah etməyə imkan verən son mərhələni təşkil edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin