Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə172/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   446
DERMATOLOGİYA-dərslik 1

Hiperbarik oksigenasiya 
Bu metod hipotoniya əlamətləri olan atopik dermatitli xəstələrdə, asteniklər və ane-
miya ilə müşaiyət olunan xəstəliklər zamanı göstərişə malikdir. Seans bir yerlik 
barokamerada aparılır. Oksigenin təzyiqi 1,5 atm., davamlılığı 40 dəq, müalicə kursu 
10 seans təşkil edir. Bu metodun terapevtik təsiri antioksidant sistemlərin ferment
həlqəsinin aktivləşməsi, zədələnmiş toxumalarda xüsusən dəridə oksigenin porseal 
təzyiqinin artırılması və qan dövranın sürətləndirilməsi nəticəsində mikrosirkulyasiya-
nın yaxşılaşdırılması, qanın reoloji xassələrinin və eritrositlərin aqreqasiya dərəcəsinin 
azalması ilə mütənasibdir. 


268
Plazmaferez 
Plazmafarez şəklində ekstrokorporal detoksikasiyası metodu torpid gedişatlı, 
xəstəliyin eritrodermik variantı və dərmanın qəbulu çətinliyi olan xəstələrə təyin olunur. 
Cərrahi prosedurlu şəraitdə dirsək venasından götürülmüş qan plastik konteynerlərə 
tökülür və dəqiqədə 3000 dövriyə, 10 dəq ərzində, 22 0C temperaturda sentrifuqada
həll edilir. Plazma atılır, formalı elementlər plazmaəvəzedici məhlullarda xəstələrə re-
infuziya olunur. 
Atılmış plazmanın həcmi 300–800 ml təşkil edir, bu da eyni miqdarda plazmaəvə-
zedicilərlə əvəzlənir. Prosedurlar adətən 2-3 gündən bir, 8-10 kursa kimi; xüsusi ağır 
formalarda – hər gün aparılır. Plazmaferez zamanı orqanizm sirkulyasiya edən immun 
komplekslərdən, patoloji metabolitlərdən azad olur, reseptorları təmizlənir, müxtəlif 
müalicəvi və medikamentoz təsirlərə həssaslığı artır.
Atopik dermatitli xəstələrin müalicəsində başqa fizioterapiya metodları da tətbiq 
olunur: punktur fizioterapiya (lazeropunktura, fonopunktura); millimetr dalğalı terapi-
ya; ultrasəsterapiya; antihistamin preparatların endonazal elektroforezi, boyun simpatik 
düyünlərinin diadinamoterapiyası.
Beləliklə, yayılmış, ağır yerli terapiyaya cavab verməyən atopik dermatit sistemli 
müalicə tələb edir. İltihab və qaşınmanı çox hallarda yuxarıda qeyd olunan maddələri
tətbiq etməklə stabilləşdirmək olar. Əlimizdə olan sistem metodlar kəskin qaşinmanı 
azalda bilər və hər zaman xəstəliyin kəskin və torpid gedişatında tətbiq olunmalıdır.
Sanator – kurort müalicə adət olunmuş iqlimdə (Evpatoriya , Anapa, Soçi, Yalta, 
Naftalan, Mərdəkan) istirahəti nəzərdə tutur. İqlim terapiya ilin isti fəslində hava, 
günəş vannalarının qəbulu və dənizdə çimməklə aparılır. Kurortlar kükürd-hidrogen, 
rodon, dəniz vannaları, palçıqla müalicə imkanını yaradır. Mineral sularla müalicə paral-
lel gedişatlı mədə- bağırsaq və qara ciyər xəstələrinə təyin olunur. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin