Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə192/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnostika
Çəhrayı dəmrovu sifilis rozeolası, kəpəklənən dəm-
rov, toksikodermiya, parapsoriaz, seboreyalı ekzema, in-
feksion ekzantemalarla diferensiasiya edirlər. 
Müalicə
Xəstəliyin əlverişli gedişi zamanı müalicə tələb olun-
Şək.24.1.Çəhrayı dəmrovda
tipik səpgilər


293
mur və 4-6 həftədən sonra özbaşına sağalır. Kəskin qaşınma zamanı histaminəleyhinə 
preparatlar (tavegil, suprastin, və s.), kalsium preparatları; yerli olaraq – tərkibində anas-
tezin və mentol olan çalxalayaraq işlədilən qarışıqlar və ya zəif qlükokortikoid məhləm-
lər (prednizolon, hidrokortizon) təyin edirlər. Eritrodermiya ilə xəstələr hospitalizasiya 
olunur və onlara qarşı aktiv sistem terapiyası aparılır.


294
XXV FƏSİL. Birləşdirici toxumanın diffuz zədələnməsi ilə gedən xəstəliklər
QIRMIZI QURDEŞƏNƏYİ
Qırmızı qurdeşənəyi (lupus erytematodes)
, sin. eritematoz, çapıqlaşan eritematoz– 
dərinin, daxili orqanların zədələnməsinin və aydın dərəcədə fotohəssas olan mürəkkəb 
autoimmun sindromdur.
E p i d e m i o l o g i y a. Bütün qitələrdə, bütün irqlərin nümayəndələrində, qadınlar-
da kişilərdən daha çox qeydə alınmışdır. İnsanlar ən çox 20-40 yaşlarında xəstələnirlər. 
Qırmızı qurdeşənəyinin irsiyyət meyilliyi haqqında məlumatlar vardır. Bunu xəstəliyin 
ailəvi təsadüfləri, diziqotla müqayisədə monoziqot əkizlərin daha yüksək konkordant-
lığı, anası eritematozdan əziyyət çəkən yenidoğulmuşlarda qırmızı qurdeşənəyinə rast 
gəlməsi halları göstərir.
Qırmızı qurdeşənəyinin ümumi qəbul olunmuş təsnifatı mövcud deyildir. Adətən 
xəstəliyin iki forması ayırd edilir – dəri və sistem.
Qırmızı qurdeşənəyinin dəri forması:
∙ diskoid qırmızı qurdeşənəyi (lupus erythematodes discoides), 
∙ disseminə olunmuş qırmızı qurdeşənəyi (lupus erythematodes dissiminatus),
∙ Biettin mərkəzdənqaçan eriteması (lupus erythematodes centrifugum), 
∙ Kapoşi-İrqanq dərin qırmızı qurdeşənəyi (lupus erythematodes profundus).
Qırmızı qurdeşənəyinin dəri forması bütün dermatozların 0,5-1,0 % hallarında qeyd 
olunmuşdur, qadın cinsində cüzi üstünlük olmuşdur, xəstəlik 30 yaşdan yuxarı dövrdə 
pik həddinə çatır. 
Sistem qırmızı qurdeşənəyinə xeyli az - 0,1-0,25 % hallarda rast gəlinir. Sistem qır-
mızı qurdeşənəyində kişilər və qadınlar arasında nisbət 1:8 – 1:10-dır. 70 %-dən çoxu 
14 - 40 yaşlarında xəstələnir, xəstəlik pik həddinə 14-20 yaşlarında çatır. Beləliklə, qır-
mızı qurdeşənəyinə adətən məktəbəqədər, kiçik və orta məktəb yaşlarında rast gəlinmir. 
E t i o l o g i y a v ə p a t o g e n e z qırmızı qurdeşənəyində kifayət qədər öyrənilmə-
mişdir. Aparıcı rolu dövredən antitellər, xüsusilə də bütöv nüvəyə və onun komponent-
lərinə qarşı antinüvə anticismi ( ANA), eləcə də dövredən immun komplekslər (DİK) 
oynayır. Bazal membranda yığılaraq DİK iltihab reaksiyasının inkişaf etməsi ilə onları 
zədələyir. Qırmızı qurdeşənəyinin baş verməsində və kəskinləşməsində ümumən ekzo- 
( insolyasiya, stress vəziyyətləri, antibiotiklər, sulfanilamidlər,vaksin, zərdabların tətbiq 
olunması) və endogen faktorlarının( xroniki infeksiya ocaqları, interkurrent xəstəliklər) 
rolu məlumdur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin