10
çinin funksional xüsusiyyətləri ilə fərqlənir. Epidermisin əsasını bazal və ya rüşeym qatı
təşkil edir (stratum germinativum), onun ardınca tikanlı (stratum spinosum), dənəli hü-
ceyrələr qatı (stratum granulosum), parlaq (stratum lucidum) və buynuz (stratum cor-
neum) qatı gəlir.
Bilavasitə derma ilə sərhəddə prizmatik silindr hüceyrələrindən ibarət təksıralı bazal
(rüşeym) qatı ayırd olunur ki, o da bazal membranm üzərində yerləşir. Bazal membran
bu hücyerələrin aşağı səthinin kökvari çıxmtıları sayəsində əmələ gəlir. O, epidermisin
derma ilə sıx əlaqəsini təmin edir.
Bazal qatın keratinositləri funksional olaraqmitotik proses
vəziyyətindədir, ona görə də onların hüceyrələrinm sitoplazmasında çoxlu miqdarda
DNT və RNT-tərkibli struktur birləşmələri, ribosom və mitoxondrilər vardır. Bazal qatın
keratinositlərinin mitotik aktivliyi epidermisin yuxarıda yerləşmiş strukturlarınm forma-
laşmasını təmin edir. Bazal qatın hüceyrələri arasında melanin piqmentini əmələ gətirən
melanositlər, ağ çıxmtılı epidermositlər (Langerhans hüceyrələri)
və hissi hüceyrələr
(Merkel hüceyrələri) yerləşir. Langerhans hüceyrələrinin səthində immun cavabın ilkin
mərhələsində iştirak edən HLA-Dr-molekullar vardır. Onların sitoplazmasında adeno-
zintrifosfataza, qələvi və turş fosfataza, xolinesteraza fermenti aşkar edilir. Sitoplazmada
mitoxondrilərdən başqa Holci kompleksi, ribosomlar, vakuollar da vardır.
Bazal qatın üzərində tikanlı epidermositlər qatı yerləşmişdir ki, o da çoxsayh sitop-
lazmatik çıxıntıları olan 3-8 sıra hüceyrələrdən təşkil olunmuşdur. Daha möhkəm hü-
ceyrəarası əlaqəni desmosomlar yaradır (desmos - birləşmə, soma - cisim) ki, onlarda
Dostları ilə paylaş: