Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Hamilə qadınların, yenidoğulmuşların herpesi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə80/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   446
DERMATOLOGİYA-dərslik 1

Hamilə qadınların, yenidoğulmuşların herpesi 
Birincili genital herpes zamanı hamiləliyin birinci üçaylığında dölün inkişaf ağırlaş-
malarının riski 50-80%-ə çatır. Belə hallarda 12 həftəliyə qədər olan hamiləliyin pozul-
ması məsləhət görülür.
Hamilə qadında disseminasiyalı herpes infeksiyası (MSS-nin, daxili orqanların cəlb 
olunması) baş verərsə, hamiləliyin sonrakı müddətində müalicə asiklovirlə standart 


158
sxem əsasında aparılır.
Əgər doğuşdan 1 ay əvvəl hamilə qadında birincili genital herpes halı və ya doğuşa 
bir neçə gün qalmış infeksiyanın klinik residivi baş vermişsə, onda doğuşun Kesar kəsiyi 
ilə aparılmasına göstəriş vardır.
Hamilə qadında SHV-nin gəzdirənliyi təsdiq edilərsə (simptomsuz genital herpes) 
doğuşdan 2 həftə əvvəl asiklovir vasitəsilə profilaktik müalicə (200 mq dozada gündə 4 
dəfə – 5 gün ərzində) aparılır.
Əgər doğuşlar cinsiyyət orqanlarının birncili herpesi ilə üst-üstə düşürsə, yenidoğul-
muşun yoluxma riski daha yüksəkdir. Hamilə qadında genital herpesin residivləri zama-
nı yenidoğulmuşun yoluxma riski cüzidir və 3%-ə qədər təşkil edir.
İnfeksiyalaşmış doğuş yollarından doğulan uşaqlar ömrünün ilk 48 saatı ərzində 
SHV-a görə virusoloji müayinəyə məruz qalmalıdırlar (konyunktivadan, burundan, 
ağız-udlaqdan yaxmalar). SHV və ya xəstəliyinin ilk simptomları aşkar edildikdə müa-
licə aparılmalıdır. 
Sahə herpesin mümkün olan ağırlaşmaları
Herpes ensefaliti, meninqoensefalit (nekrotik forma zamanı letallıq 80%-ə çatır), he-
patit, keratokonyunktivit, infeksiyanın residivləşən gedişi, uşaqlıq boynunun prekankro-
zu.
Bətndaxili herpes infeksiyası zamanı letallıq, prosesin generalizasiyası fonunda
MSS-nin, daxili orqanların zədələnməsi nəticəsində 80%-ə çata bilər. 
Herpes infeksiyasının diaqnostikası metodları
Tsank sınağı. Təzə qovuqcuğun möhtəviyyatında (Gimza üsulu ilə boyadıqda) 
nəhəng çoxnüvəli keratinositlər aşkar edilir (xəstələrin 75%-də müsbətdir).
Qovuqcuqların möhtəviyyatında monoklonal anticisimlər vasitəsilə SHV antigenlə-
rinin təyin olunması.
Hüceyrə kulturasında patoloji materialdan (qovuqların möhtəviyyatı, zədələnmiş 
sahələrdən götürülmüş yaxmalar, biopsiya materialı) virusun aşkar edilməsi.
Qan zərdabında SHV-a qarşı anticisimlərin aşkar edilməsi aktiv prosesin getdiyinə 
dəlalət edir. 
PZR vasitəsilə patoloji materialda SHV-nin DNT-si aşkar edilir. 
Histopatologiya
Epidermis hüceyrələrinin ballon edici və retikulyar degenerasiyası, akantoliz, epi-
dermadaxili qovuqcuqların, hüceyrədaxili virus əlavələri (Tsank hüceyrələri) ilə birgə 
nəhəng çoxnüvəli keratinositlərin olması. Dermada damarların divarlarının neytrofillər-
lə infiltrasiyası, perivaskulyar infiltratlar (limfositlər, neytrofillər).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin