122. Dərinin göbələk xəstəliklərinin profilaktikasına daxil edilir: A) yoluxma mənbəyinin aşkar edilməsi, onların izolyasiyası və otağın dezinfeksiya
edilməsi
B) heyvanlara baytar nəzarəti
C) kontaktların müayinəsi
D) göbələk xəstəliklərinə meylli olan personalın periodik tibbi baxışı (uşaq və
məişət müəssisələrində)
E) bütün sadalananlar
541
123. Mikozların müalicəsində hansı preparat tətbiq edilmir: A) ketokonazol (nizoral)
B) itrakonazol (orunqal)
C) terbinafin (lamizil)
D) azitromisin (sumamed)
E) natamisin (pimafusin)
124. Əlvan dəmrov üçün zədə ocaqlarındakı hansı dəyişikliklər xarakter deyil: A) kəpəklənən qabıqlanma
B) lixenifikasiya
C) çəhrayı, qəhvəyi və ya ağımtıl ləkələr
D) iltihabi təzahürlərin olmaması
E) yüngül qaşınma
125. Kəpəklənən dəmrovun diaqnostik metodlarını göstərin: A) Vud lampası altında baxış
B) zədə ocaqlarının qrattajı
C) Balserin yod sınağı
D) pulcuqların mikroskopik tədqiqi
E) bütün sadalananlar
126. Kəpəklənən dəmrovun differensiasiya edilməsi zəruridir: A) sifilitik (həqiqi) leykodermadan
B) Jiber dəmrovundan
C) vitiliqodan
D) sifilitik rozeoladan
E) bütün sadalananlardan
127. Hansı xəstəliyə trixofiton mənşəli göbələklər şərt deyil: A) favus
B) xroniki trixofitiya
C) rubromikoz
D) parazitar sikoz
E) mikrosporiya
128. Hansı göbələklərə iri buynuzlu mal-qaradan yoluxma daha çox ehtimal olunur: A) Trichophyton rubrum
B) Trichophyton shoenleinii
C) Trichophyton verrucosum
D) Trichophyton violaceum
E) Trichophyton tonsurans
542
129. Səthi trixofitiyaya səbəb olur: A) Trichophyton violaceum
B) Trichophyton verrucosum
C) Trichophyton mentagrophytes
D) Trichophyton gypseum
E) B, C, D düzgündür