Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə89/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiyası
İnsanın VI və XI tip papilloması virusudur. DNT-tərkibli proonkogen virusdur.
Yoluxma yolları. Cinsi əlaqə, yoluxmuş məişət əşyaları. İnsanların əksəriyyətində la-
tent vəziyyətdə olurlar. Kontagiozluq klinik əlamətlər zamanı daha kəskin nəzərə çarpır. 
Yenidoğulmuşlar xəstə anadan yoluxurlar.
Risk amilləri: şəxsi gigiyenaya riayət olunmaması, dərinin nəm olması və maserasi-
yası, cinsiyyət orqanlarından ifrazatın gəlməsi, zədələnmə, immundefisit vəziyyətləri, 
İİV-yoluxma, sidik-cinsiyyət orqanlarının xəstəlikləri.
Klinik şəkil
İnkubasiya dövrü: 1-9 ay və daha çox.
Əsas lokalizasiyası: kişilərdə – cinsiyyət üzvünün tac şırımı, pülük kisəsinin iç 
vərəqəsi, cinsiyyət üzvünün gövdəsi, perianal sahə (homoseksualistlər); qadınlarda – 
cinsiyyət dodaqcıqları, klitor, uşaqlıq yolunun girişi, uretranın ətrafı, sidik kisəsi, uşaqlıq 
boynu, düz bağırsaq sahəsi, aralıq, ağız-udlaq.
Dəri əlamətləri. İtiuclu və ya konusşəkilli xırda, yumşaq konsistensiyalı, məməcikli 
törəmələrdir. Birləşdikdə gül kələmini xatırladan paycıqlı törəmələr əmələ gətirir. Par-
laq-qırmızı rəngli, maserasiyalı, eroziv səthə malikdir. İkincili infeksiya qoşulduqda xo-
şagəlməz qoxu əmələ gəlir. 
Diaqnostika
Klinikaönü mərhələdə 5%-li sirkə turşusu ilə diaqnostik sınaq qoyulur. Sirkə turşu-
sunda isladılmış tənzif salfet 5-10 dəqiqə ərzində müayinə olunan sahələrə sərilir. Lupa 
altında baxdıqda və ya kolposkopiya zamanı kandilomalar xırda ağ düyüncüklər şəklin-
də görünürlər.
Qadınlarda biopsiya bədxassəli şiş prosesinə şübhə yarandıqda aparılır, sonra isə hər
il uşaqlıq boynundan sitoloji yaxmaların müayinəsi həyata keçirilir.


167
Histopatologiya
Kəskin papillomatoz və akantoz, buynuz qişanın nazikləşməsi və parakeratoz əlamət-
ləri. Epidermisin vakuollaşması. Dermanın ödemi, kapilyarların genişlənməsi, limfoid 
və plazmositar hüceyrələrlə infiltrasiya. Məməciklərdə xronik iltihabi infiltrat, qan və 
limfa damarlarının genişlənməsi nəzərə çarpır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin