186
eyni tezlikdə belə yoluxmalara rast gəlinir. 40-60 yaş arası insanlarda bu xəstəliyə yolux-
ma halları kəskin azalır. 7 yaşına qədər olan uşaqlardarast gəlinməmişdir.
• Yoluxuculuq qüvvəsi zəifdir.
• Meyilli amillər -yüksək tərləmə, tərin kimyəvi tərkibinin dəyişməsi, dərinin fıziolo-
ji qabıq soyulma qabiliyyətinin azalması,endogen pozğunluqlar.
• Yoluxma mənbəyi -xəstə insan.
• İnfeksiya ötürülmə yolları—xəstə insanla birbaşa təmas, həmçinin yoluxmuş
məişət əşyaları, alt paltarları, yataq camaşırları,hamam ləvazimatları, həsirlər və s.
• Törədici -Malassezia furfur (Pityrosporum orbiculare) -normal dəri florası tərkibinə
daxil olan şərti-patogen lifli maya göbələyidir. Müəyyən edilmişdir ki, sağlam insanların
90%-i saprofit formalı M.fiırfur göbələklərinin daşıyıcısıdır. Ekzo- və endogen amillərin
təsiri nəticəsində şərti-patogen maya göbələkləri Malassezia furfur qeyri-patogen şəkil-
dən patogen şəklinə düşür.
Dostları ilə paylaş: