Selikli qişa, dəri və dırnaq lövhəciklərinin səthi kandidozu
Lokalizasiyası - ağız ( dil,yanaqlar, ağız və diş damaqları, badamcıq vəziləri) və cin-
siyyət orqanların selikli qişası (uşaqlıq yolu və uşaqlıq yolu dəhlizi); barmaqlararası
bükümlərin d ə r i s i (əsasən əl barmaqları, III barmaqarası nahiyyəsindəki büküşlər),
iri büküşlər (qasıq, sağrıarası, süd vəzilərinin altı), qoltuqaltı çuxurlar, qulaq seyvanının
arxası, kişi cinsiyyət orqanının selikli qişası, göbək ətrafı, dırnaq yastıqları; d ı r n aq
lövhəcikləri, əşasən III və IV əl barmaqları.
Səpgi elementləri
Ağızın selikli qişasında (Candidosis stomatitis, glossitis, tonsillitis,
gingivitis, soor) -hiperemik və infiltrasiyalaşmış selikli qişalarda şəraitində bir-birin-
dən ayrı, a ğ rəngli, darı və ya mərci böyüklükdə, Candidae
göbələklərinin vegetativ elementləri təmsil edir və onların üzərində ərplər əmələ gə-
lir. Sonralar, ərplərin sayı və ölçüsü artır, birləşərək müxtəlif həcmli,ağ, bozumtul və ya
sarımtıl rəngdə qartmaqlar –“ağ lövhəciklər” əmələ gəlir (white plaques). Uşaqlarda
ağ lövhəciklər selikli qişanı zədələmədən daha asanlıqla sorulur. Yaşlılarda olan ağ
lövhəciklər daha qalın və kobuddur, selikli qişaya sıx yapışmışdır, sağaldıqdan sonra
yerində eroziv elementlər yaradır. Dilin səthi çoxsaylı uzununa və eninə dərin çatlarla
örtülür, bu çatların dibində qırıntı şəklində ağ ərplər və ya ağ lövhəciklər müşahidə
olunur. Ağız boşluğunun kandidozu tez-tez kandidoz xeyliti (candidis cheilitis) və
zayedaya (parçalanma)
(candidis angulusoris) çevrilir. Bu vaxt dodaqların qırmızı haşiyəsinin infiltrasiya-
laşmış , g ö y ü m t ü l çalarlı boz rəngli, cüzi pulcuqlu qabıqlarla örtülmüş olur, dodaq-
ların dərisi nazikləşir və incə radial büküşlərə yığılır. Ağız kənarlarındakı dəri b o z u m
t u l – a ğ r ə n g d ə , b i r qədər parlaqdır;
çəhrayımtıl – qırmızı çalarlı e r o z iy a və y a ç a t l ar müşahidə olunur. Göy-
nətmə hissiyyatı və bəzən də ağrı səciyyəvidir.
Uşaqlıq yolları, uşaqlıq yolları dəhlizi və uşaqlıq boynu selikli qişası (candidosis
vullvovaginitis, endocervicitis) nisbətən h i p e r e m i k, ş i ş k i n d i r, içərisində qo-
vuqçuqlar, xırda, parlaq zolaqlı e r o z i y a l a r qeyd olunur. Uşaqlıq yollarında tampon
vasitəsilə asanlıqla silinən b o z u m t u l–a ğ qartmaqlar toplanır. Cinsiyyət orqanların-
dan axan ağımtıl qatı ifrazat və qaşınma hissiyyatı səciyyəvidir.
•
Barmaqarası iri büküşlərin ( candidosis interdigitale, inguinale), qulaq seyvanı-
nın arxası, nadir hallarda başqa nahiyyələrin ( candidosis cutis superficialis) dərisində
sonradan göyümtül-qırmızı rəngində lövhəciklər bir-biri ilə birləşərək e r i t e m a t o z
, e r i t em o-s k v a m o z və ya papulo – vezikullyoz, pustulyoz elementlərlə müşahidə
olunur. Büküşlərdəki lokalizasiya zamanı t o x u n a n s ə t h l ə r i n maserasiyası
geniş sulanan e r o z i y a l a r ı n yaranmasına səbəb olan irinciklərin və qovuqcuqların
tamlığının pozulmasına şərait yaradır; bu eroziyalar parıltılı olur və yalnıız büküşlərin
197
sürtünən səthlərini əhatə edir. Zədə ocaqlarının kənarları –laylanmış, maserasiya olun-
muş a ğ ı m t ı l epidermisin qalıqları ilə örtülür. Dəri kandidozunun səciyyəvi xassəsi
– zədə ocaqlarına yaxın sağlam dəri üzərində xırda eritematoz papulalar, irinciklər və
ya eritematoz-skvamoz elementlərlər şəklində çoxsaylı “xırda-satellitlər”-dir. Subyektiv
qaşınma və göynətmə səciyyəvidir.
Kişi cinsiyyət orqanının dərisində lokalizasiya zamanı kandidoz balanopostiti əmələ
gəlir (candidosis balanopostitis). Kandidoz balanopostiti əsasən, sirkumsiziya edil-
məyən kişilərdə inkişaf edir. Candida göbələkləri üçün —daralmış və uzunlaşmış pülük
kisəsinin speqmanın yığılması və artması, maserasiya əlverişli şərait yaradır. Ötürülmə
yolları – əsasən, cinsi əlaqə və ya autoinokulyasiya ( peyvənd) nəticəsindədir.
Kandidoz balanopostitin gedişi yavaşımır, sezilmədən keçir; cinsiyyət orqanı tac şırı-
mının və pülük kisəsinin y ü n g ü l h i p e r e m i y a s ı, cinsiyyət orqanının kəlləsində
xırda, göbəkvari basıqlığı olan papulo- irincikli elementlər əmələ gəlir; bu cür səp-
gilərin tamlığının pozulması zamanı tez epitelləşən “ağ eroziyalar” yaranır, ağ qırıntılı
təbəqələrin yığıntısı müşahidə olunur. Belə formalar özünübərpaya daha meyllidirlər.
Kandidoz balonopostitinin kəskin formasında analoji təzahürlərin nəzərə çarpacaq
dərəcədə tez iltihabı komponentlərlə inkişaf edir. Cinsiyyət orqanının kəllə nahiyəsində
hiperemiya , şişkinlik, infiltrasiya və ağrı artır. Yaranmış ağımtıl-bozumtul ərp təmiz-
ləndikdən sonra iri eroziyalı səthlər aşkar olunur. Tədricən iltihablı təzahürlər zəifləyir,
eroziv ocaqlar epitelləşir və prosses izsiz reqres edir.
Dırnaq valcıqlarının dərisinin zədələnməsinin kəskin mərhələsi zamanı, h i p e r e m
i y a, yastığabənzər ş i ş k i n l i k, a ğ r ı l ı, p a s t o zluq, elementin üzərindən basdıqda
axan qaymağabənzər irin təzahürləri ilə müşahidə olunur. Zaman keçdikcə şişkinlik
zəifləyir, valcıqlar yastılaşır, valcıqların konsistensiyası bərkiyir, üzərində qartmaqları
və q a b ı q l a r ı ayıran p u l c u q l a r, xırda ç a t l a r əmələ gəlir.
Dırnaqlar ikincili olaraq dırnaq valcıqlarından infeksiya keçməsi ilə yoluxurlar.
Əsasən III, IV əl barmaqlarının dırnaq plastinkaları zədələnir. Dırnaq lövhəciklərinin
zədələnməsi əsasən, l a t e r a l k ü n c d ə n başlayır (lateral onikomikoz). Dırnaq
lövhəciklərinin zədələnmiş sahəsi solğunlaşır, qalınlaşır,yumuşaqlaşır, qaramtıl-qonur
rəngə çalır, üzərində zolaqlı basıqlıqlar əmələ gəlir, sonralar nazikləşir və bəzən də
lay-lay olaraq qopur.
X r o n i k i generalizə olunmuş ( dənəcikli ) k a n d i d o z ( C a n d i d o
s i s c h r o n i c a g r a n u l e m a t o s i s ) -- əsasən, anadangəlmə və ya sonradan
yaranmış immunçatışmamazlığı, ağır endokrin pozğunluqları olan insanlarda uzunmüd-
dətli davam edən üzücü xəstəliklərin nəticəsində yaranır. Maya infeksiyalarının xroniki
formaya keçməsinə antibiotiklərlə müalicə, kortikosteroidlərin, immunsupressantların
uzun müddətli tətbiqi nəticəsində baş verir.
Lokalizasiyası – üzün dərisi, başın tüklü hissəsi, bədən və ətraf əzaların dərisi.
Səpgi elementləri– dairəvi və qeyri-bərabər formalı, tədricən dəri üzərində vegetativ
artımlı infiltrativ lövhələrə və ya irinli, təbəqələşən, sarı rəngli quruyan qartmaqlı, v e
g e t a t i v a r t ım l ı d ü y ü n l ə r ə çevrilən eritematoz-skvamoz l ə k ə l ə r.
Dərin dənəcikli kandidoz zamanı əmələ gələn qeyri-adi təzahürləri stafilokok infek-
siyasının qoşulması ilə izah edilir. Xroniki generalizə olunmuş dənəcikli kandidoz - ağır
gediçli, qan azlığı, halsızlıq, subfebril hərarət, residivləşən bronxit, pnevmaniya, mə-
198
də-bağırsaq dispepsik pozğunluqlar uzun borulu sümüklərin osteoporosu ilə müşahidə
olunur. Prosses hamar dəri üzərində çapıq atrofiyası, başın tüklü hissəsində -sabit dazlıq
ilə nəticələnir.
Dostları ilə paylaş: |