Etiologiya və patogenez
Qadınlar kişilərə nisbətən tez-tez xəstələnirlər. Peşə riski amillərinə kimyəvi irrian-
tantlarla kontaktlar, rütubətli mühitdə işləmək, xronik sürtünmə və sensibilizasiya edən
(allergen) kimyəvi maddələrlə iş.
Ekzogen amillər. İrriantlara kimyəvi maddələr (məsələn, həlledicilər, detergenlər,
qələvilər və turşular), sürtülmə, soyuq hava və aşağı rütubət aiddir. Allergenlər işlə bağlı
və işə aidiyyəti olmayan allergen ekspozisiya mənbəyindən əmələ gələ bilərlər. I tip üzrə
təcili inkişaf edən allergiya lateksə və qida proteinlərinə qarşı olan reaksiyasını özün-
də birləşdirir, daha geniş yayılmış IV tip ləng tipli allergiya isə rezin əlavələrə, nikel,
dərman maddələrinə (baktrasin, neomisin və hidrokortizon) və geniş yayılmış şəxsi
gigiyena vasitələrinin tərkibində olan kimyəvi inqredientlərə (məsələn, konservantlara,
aromatizatorlara, günəşdən qoruma vasitələri və digər əlavələrə) qarşı yaranan reksi-
yaları özündə birləşdirir. Qida allergenləri də müəyyən rol oynaya bilər. İnfeksiyalar
zamanı “id”-reaksiya, o cümlədən ovucların ekzeması (göbələk və ya bakterial mənşəli
uzaq infeksiya ocağına qarşı reaksiya kimi) da iştirak edə bilər.
Endogen amillər. Atopik diatez (ot qızdırması, astma, atopik ekzema) təkanverici
amil olub xəstəliyə həssaslığın artmasına və müvafiq müalicə və profilaktika tədbirləri-
nin aparılmasına baxmayaraq prosesin xronikləşməsinə səbəb olur.
Klinik şəkil
Xəstəliyin inkişafına şərait yaradan amilləri müəyyən etmək, həmçinin digər der-
matozları (məsələn, psoriazı) istisna etmək üçün bütün dəri örtüklərini diqqətlə müa-
yinə etmək lazımdır. Bu vəziyyət dəyişkəndir; kəskin, yarımkəskin və xronik ekzematoz
dəyişikliklər müşahidə olunur. Baxmayaraq, klinik şəkil və etiologiya arasında möv-
cud olan əlaqəni tam dürüstlüklə müəyyən etmək mümkün deyil, lakin bəzi əlamətlər:
kseroz, eritema, ovucların arxa və iç səthində göynəmə halları qıcıqlanma amillərindən
şübhələnməyə əsas verir. Sikkəyəbənzər ekzema, əllərin və barmaqların arxa hissəsi al-
lergiyanın, qıcıqlanmanın və ya atopiyanın olmasından xəbər verir; bəzən bunun səbəbi
kontakt övrəsi (I tip allergiya) sayılır. Barmaqların və ovucların lateral səthində əmələ
223
gələn çoxlu sayda, residivləşən, intensiv qaşınan vezikullar dishidrotik ekzemanın əmələ
gəlməsinə dəlalət edir. Barmaqların uclarının ekzeması (quruluq, ağrı, parçalanma, qa-
şınmanın olmaması) zamanı qıcıqlandırıcının, endogen amilin olmasından (qış fəslinin
atopiya) və ya friksion ekzema haqda düşünmək lazımdır. Barmaqların əsasında eritema,
qabıqlanma, qaşınma baş verərsə, atopiyanın olmasını güman etmək lazımdır.
Əgər pasiyentin hansı irriantlar və ya allergenlərlə təmasda olduğunu müəyyən et-
məklə onu xəstəliyin başlanğıcında aradan qaldırsaq, tam sağalma proqnozu mümkün-
dür. İrriantantlar və ya allergenlərlə fasiləsiz, uzunmüddətli kontakt xroniki prosesə gə-
tirib çıxarır. Provokasiya amilləri ilə təmasdan çəkinmək və dəriyə müvafiq qulluq çox
vaxt xəstənin vəziyyətini yaxşılaşdırır, lakin bəzi xəstələrdə xəstəlik tamamilə sağalmır.
Müalicə
Müalicə, əsasən qıcıqlandırıcı amillərin identifikasiyasını nəzərdə tutur, onlarla tə-
masdan yayınmaq lazımdır. Belə amillərə əllərin tez-tez yuyulması, suyun, sabunun,
detergentlərin və həlledicilərin təsiri aiddir. Xronik sürtünmə nəticəsində meydana çıxan
zədə qıcıqlandırıcı amil sayılır və xronik residivləşən dermatit əmələ gəlir. Təhlükəsiz-
lik tədbirlərini həyata keçirmək (məsələn, su və ya kimyəvi maddələrlə işlədikdə vinil
əlcəklər geyinmək) vacibdir. Orta təsir effektivliyinə malik topik kortikosteroidlər gündə
2 dəfə (II-IV qrup) təyin olunur. Kremlərə nisbətən məlhəmlərə üstünlük vermək lazım-
dır. Polietilen plyonkası altında okklüziya tətbiq edilə bilər. Əgər dermatit ağır deyildir-
sə, çox güclü kortikosteroidlərin (I qrup) qəbul edilməsini dayandırmaq lazımdır. Əllərin
dermatiti zamanı topik kortikosteroidlər fasilələrlə deyil, daima təyin edirlərsə, daha
effektiv təsir göstərərlər.
Ağır dermatit zamanı çox güclü farmakoloji effektivliyə malik topik kortikosterid
Burov məhlulunda isladılmış yaş kompresslərdən sonra gündə 2 dəfə müalicənin ilk
3-5 günü ərzində tətbiq olunur, sonra orta təsirə malik kortikosteroidlər gündə 2 dəfə bir
neçə həftə ərzində təyin edilir. Əllər üçün “Balneotar” yağı ilə vannalar təyin etmək olar.
2-3 qapaq həcmində yağı içərisində su olan qabda həll edir və əlləri orada 10-15 dəqiqə
ərzində saxlayırlar. Prosedur gündə 2 dəfə təkrar olunur. Bundan sonra topik kortikoste-
roidlər tətbiq edilir.
Sistem steroidlər (prednizon gündə 0,75-1 mq/kq 3 həftə ərzində dozanı tədricən
azaltmaqla) bəzən güclü və kəskin iltihab zamanı təyin edilə bilər. Əgər qıcıqlandırıcılar
aradan qaldırılırsı, topik kortikosteroidlərlə müalicə aparılırsa və yumşaldıcı vasitələr
müntəzəm, tez-tez tətbiq edilirsə, xəstələrin əksəriyyətinin vəziyyəti yaxşılaşır. Aller-
giyaya şübhə olduqda (ovucların şişkinliyi, vezikullar, qaşınma və xüsusilə ovucların
arxa səthi zədələnmişsə və ya barmaqların uclarının ekzeması varsa), xəstəliyi törədən
və onun inkişafını təmin edən allergenləri müəyyən etmək məqsədilə dəri testlərini apar-
maq lazımdır. Test üçün işlədilən materiala xəstənin peşə fəaliyyətinə müvafiq aller-
genlər daxil edilməlidir. Xroniki torpid gedişli xəstəlik zamanı pasiyent dermatoloqun
nəzarəti altında olmalıdır. Digər müalicə metodikalarında psoralenin yerli olaraq A dia-
pazonunda ultrabənövşəyi şüalanma və səthi qısafokuslu retgenoterapiya ilə birgə kom-
binasiyada tətbiqi nəzərdə tutulur. Əmək qabiliyyətinin itirilməsi zamanı hər həftə aşağı
dozalarda metotreksat (hər həftə 5-15 mq) və ya hər gün aşağı dozalarda siklosporin
daxilə qəbul edilir.
|