Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Hipoallergen pəhrizə daxil edilir



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə168/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   446
DERMATOLOGİYA-dərslik 1

Hipoallergen pəhrizə daxil edilir:
• 
yüksək sensibilizasiya aktivliyi olan (yumurta, balıq, qoz, kürü, bal, şokolad, 
kofe, kakao, alkoqollu içkilər, konservlər, hisə verilmiş məhsullar, xardal, mayonez, əd-
valar, turp, badımcan, göbələk, giləmeyvə, meyvə, tərəvəz, qırmızı və narıncı rəngi 
olan: çiyələk, moruq, böyürtkən, şaftalı, ərik, sitruslar, ananas, kök, pomidor) ərzaqların 
istifadəsinin məhdudlaşması və ya qidadan tam çıxarılması;
• 
səbəbindən asılı olan qida allergenlərin tam eliminasiyası;
• 
xəstəni əsas qida maddələrindən xaric olunmuş ərzaqların adekvat əvəz edilmə-
si ilə enerjinin təmin edilməsi;
• 
Hipoallergen pəhrizə daxil edilməsi məsləhət görülür: açıq rəngdə giləmeyvə, 
meyvə, süd məhsulları, yarmalar (düyü, qarabaşaq, çovdar, arpa yarması); ət (mal, donuz 
və qoyunun yağlı olmayan hissələri, dovşan, hind quşu, at əti); yağlardan bitki və əri-
dilmiş kərə yağı; arpa çörəyi, ikinci dərəcəli buğda, qəndlərdən – fruktoza, ksillit. Qida 
buxarda hazırlanır və ya bişirilir. Kartof və yarmalar soyuq suda 12-18 saat müddətində 
isladılır, ət 2 dəfə bişirilir.
Belə pəhriz xəstəliyin kəskin və ya yarım kəskin dövründə 1,5-2 ay müddətinə təyin 
olunur, sonra isə onu tədricən eliminasiya edilmiş ərzaqlarının daxil olunması ilə geniş-
ləndirilir. Əgər istifadə edilən pəhrizdən 10gün müddətində müsbət dinamika yoxdursa, 
yeni pəhriz üsulu tərtib etmək lazımdır. 
Yerli terapiya. Atopik dermatitli pasientlərin müalicəsi yerli terapiyadan ibarətdir 


261
(cədvəl 18.3). Onun nəticəsinin müvəffəqiyyəti çox faktorlardan asıdılır – müalicənin 
motivləşdirilməsi, xəstə tərəfindən müalicə üsulunun və məhdudlaşdırmaların başa dü-
şülməsi, həkimin xəstəyə uyğun proqnozunun verilməsi və onun təyin etdiyi müalicənin 
terapevtik effektivliyi. Belə ki, pasientlərin çoxu müalicədən tam razı qalmırlar. Çünki 
xəstəyə effektiv nəzarət etmək üçün uzun müddət bədənin müxtəlif nahiyələrinə çoxlu 
miqdarda preparatların istifadəsi tələb olunur. Son zamanlar istifadə olunan pimekroli-
mus və takrolimus kimi topik aktiv qeyri-steroid immunmodulyatorlar patensial olaraq 
belə xəstələr üçün əsl proqres sayılır. 
50 il bundan əvvəl atopik dermatitdə kortikosteroidlərin istifadəsi əsl inqlab idi və 
çox pasientlərin müalicəsində əsas vasitə kimi qalmaqdadır. Yerli atrofiya və sistem 
toksik riski kimi olan kənar təsirləri, kortikosteroidlərin xəstəliyin ağır formasının müa-
licəsində optimal preparatlar kimi, xüsusən həssas dəridə və uşaqlarda istisna edilir. 
Lakin effektli müalicənin yolunda ən böyük maneə xəstələr tərəfindən kənar təsirlərdən 
qorxu hissidir. 
Hallogenizasiya olunmayan efirlər (məsələn, prednikarbat, metilprednizalon ase-
ponad, mometazon fumarat) yeni nəslin kortikosteroidləridir, onlarda sistem toksikliyi 
nisbətən azdır və iltihaba qarşı yüksək aktivliyə malikdirlər. Remissiyaya nail olduqda 
pasientlərə nisbətən zəif preparata, yaxud tədricən dərmanin qəbul tezliyini azaltmağın 
vacibliyini məsləhət görmək lazımdır.
Atopik dermatitdə çoxlu iltihab mediatorları identifikasiya olunub, buna görə me-
diatorun hər hansı birini blokada edən maddə çətin ki, klinik xeyir gətirsin. Lakin, bəzi 
antoqonistlər atopik prosesdə (əksərən astmada) qiymətlidir, bu da müəyyən mediator 
mexanizmlərinin yüksək rolunu nəzərə alır. 
Bu yaxınlarda atopik dermatitlə əlaqəli qaşınmaya nəzarət üçün yerli terapiyada dok-
sepin kimi yüksək blokadaya qadir olan trisiklik antidepressant H1, H2 və muskarin 
reseptoplarını tənzimləməsi lisenziyalaşıb.
Makrolid immunsupressantların makrolidəbənzər strukturları var və in vivo, in vitro 
olaraq yüksək immunmodulyator aktivliyə malikdirlər. Bu qrupdan ən məşhuru və sis-
temli istifadəsində aktiv olan siklosporindir. Lakin bu sinfə aid olan bəzi yeni preparatlar 
topik aktivlik nümayiş etdirir və sonrakı tədqiqatların aparılmasına dair maraq yaradır. 
Klinik araşdirma mərhələsində ön sıralarda «Elidel» (pimekrolimus) kremi və «Proto-
pik» (takrolimus) məlhəmləri durur.
Pimekrolimus (krem «Elidel») atopik dermatiti olan xəstələrdə iltihaba qarşı xarici 
müalicədə tətbiq olunub. Pimekrolimus makrolaktam antibiotik qrupuna aiddir və asko-
misinin törəməsidir. Preparat yüksək lipofilliyə malikdir, bununla əlaqədar əsasən dəridə 
paylaşır və praktiki olaraq onun vasitəsilə qan dövranına keçmir. Preparat seçici olaraq
iltihab əleyhinə sitokonlərin sintezini və ifrazını bloklaşdırır, bunun nəticəsində «təkan» 
və iltihab saxlamaq üçün vacib olan T-hüceyrələrin və mastositlərin aktivasiyası əmələ 
gəlmir. Pimekrolimusun seçici olaraq T-limfositlərin iltihabi sitokinlərin sintezinə və
tosqun hüceyrələr tərəfindən iltihab mediatorlarının azad olunmasına təsiri ilə əlaqədar, 
elastik və kollagen liflərin sintezinin dayandırılmaması, onun istifadəsi atrofiya, telean-
giektoziya, dəri hipertrixozunun inkişafını istisna edir. Preparatın göstərilən xüsusiyyət-
lərini nəzərə alaraq onu uzun müddət əlavə effektlər olmadan istifadə etmək olar. 
Pimekrolimusun (Elidel) əsas təyinatı periodik olaraq xaricə kortikosteriodlərin is-


262
tifadə olunmaması şərti ilə remissiyanı uzun müddət saxlamaqdır. Preparat 1% krem 
şəklində istifadə olunur və uşaqlarda 3 aylıq dövrdən başlayaraq tətbiq olunmasına 
icazə verilir. Atopik dermatitin orta və yüngül forması elidelin təyin olunmasına bir başa 
göstərişidir. «Elidel» kreminin effektiv müalicəsinin əsas şərti onu nəmləndirici və yum-
şaldıcı vasitələrlə birgə istifadəsidir. «Elidel» kremini bütün zədələnmiş dəri sahələrinə, 
üz dərisi, boyun, genital, hətta zədə almamış uşaq dərisi də daxil olmaqla sürtmək məs-
ləhət görülür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin