Dərslik (üç hissədə) III hiSSƏ XX əSRİN İKİNCİ yarisinda və XXI əSRİN ƏVVƏLLƏRİNDƏ azərbaycanda kitabxana



Yüklə 10.33 Mb.
Pdf просмотр
səhifə1/41
tarix22.07.2017
ölçüsü10.33 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   41
24390

ABUZƏR XƏLƏFOV
AZƏRBAYCANDA 
KİTABXANA İŞİNİN 
TARİXİ
Dərslik 
(üç hissədə)
III  HİSSƏ
XX ƏSRİN İKİNCİ YARISINDA VƏ 
XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
AZƏRBAYCANDA KİTABXANA 
İŞİNİN TARİXİ
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 
23.11.2009-cu  il  tarixli  1311  saylı  əmri  ilə ali 
məktəb tələbələri üçün  dərslik kimi  təsdiq 
edilmişdir.
BAKI-2010

Elmi redaktor: 
Knyaz Aslan
pedaqoji  elmlər  namizədi,  dosent
Rəyçilər: 
E.Əhmədov
pedaqoji  elmlər namizədi,  dosent 
M.Məmmədov
pedaqoji  elmlər namizədi,  dosent
Xələfov  Abuzər Aü oğlu
.Azərbaycanda  kitabxana  işinin  tarixi: 
Dərslik.  III  hissə.-  Bakı: 
"Bakı  Universiteti" nəşriyyati,  2010.  -432  s.
"Azərbavcanda  kitabxana  işinin  tarixi”  dərsliyinin  III  hissəsi  XX  əsrin  ikinci 
şansında  və  XXI  əsrin  əvvəllərində  respublikamızda  müxtəlif  kitabxana  şəbəkə- 
lənnın  inkişafı  və  formalaşması  məsələlərinin  araşdırılmasına  və  ümumiləşdiril­
məsi nə həsr edilmişdir.
Müəllif kitabxana  işinin  tarixini  Azərbaycan  mədəniyyətinin  tərkib  hissəsi  kimi 
tədqiq  etmiş,  ölkəmizin  mədəm  inkişafında  kitabxanalann  rolunu  və  vəzifələrini 
elmi  şəkildə sistemləşdirmişdir
Dərslikdə  XX  əsrin  70-80-ci  illərində  respublikamızda  kitabxana  işinin  inki­
şafında  Hevdər  Əliyev  mərhələsinin  hərtərəfli  tədqiqinə  və  öyrənilməsinə  xüsusi 
diqqət  yetirilmişdir
Müəllif  .Azərbaycanın  müstəqilliyi  dövründə  dövlətin  kitabxana  işi  sahəsində 
həyata  keçirdiyi  tədbirlərə,  ilk  növbədə  ulu  öndər  Heydər  Əliyevin  kitabxana  işi 
siyasətinin  şərhinə  geniş  yer  ayırmış,  statistik  faktlar  əsasında  geniş  ümumiləş- 
dırmələr aparmışdır
Dərsliyin  son  hissəsində  XX  əsrin  əvvəllərində,  o  cümlədən  İlham  Əliyevin 
hakimiyyəti  illərində  ölkəmizdə  müxtəlif kitabxana  şəbəkələrinin  inkişafının  aydın 
mənzərəsi  yaradılmışdır.
Dərslikdə "Kitabxana  ışı  haqqında" Azərbaycan  Respublikasının  Qanunu da  şərh 
edilmişdir
Dərslik  Kıiabxanaçılıq-ınformasiya  fakültəsinin  tələbələri  eləcə  də  kitabxana  işi 
və  mədəniyyət  tarixi  sahəsində araşdırmalar aparan  mütəxəssislər,  habelə geniş oxu­
cu kütləni  üçün faydalı  bir clmı  mənbədir.
X
4405000000 
-
 005 
.V/ -  658(07) -  005
-0 0 5 -2 0 1 0
© uBakt  Universiteti" nəşriyyatı,  2010
ELMİ  REDAKTORDAN
Demokratik  dövlət  və  hüquqi  cəmiyyət  quruculuğu  istiqa­
mətində  inamla  irəliləyən  müstəqil  Azərbaycan  Respublikasın­
da  ictimai-siyasi,  sosial-iqtisadi  və  elmi-mədəni  sahələrdə  apa­
rılan  köklü  islahatlar  təhsil  sisteminin  hərtərəfli  inkişafı  üçün 
də  əsaslı  zəmin  hazırlamışdır.  Son  zamanlar  Azərbaycanın  təh­
sil  sisteminin  daha  da  təkmilləşdirilməsi,  uzun  illər ərzində  ya­
ranıb  formalaşmış  milli  ənənələri  qorumaqla  təhsil  siyasətinin 
beynəlxalq  standartlar səviyyəsinə qaldırılması  yönümündə hə­
yata  keçirilən  mühüm  dövlət  tədbirləri  bunun  əyani  təzahü­
rüdür.
Bu  baxımdan  böyük  iftixar  hissi  ilə  demək  olar  ki,  son  il­
lərdə  Kitabxanaşünaslıq  kafedrasının  müdiri,  Azərbaycan  Res­
publikasının Əməkdar elm  xadimi.  Əməkdar  mədəniyyət  işçisi, 
BMT  yanında  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyası­
nın  akademiki,  Azərbaycan  Kitabxanaçılar Cəmiyyətinin  prezi­
denti,  “Şöhrət”  ordenli,  Prezident  təqaüdçüsü,  tarix  elmləri 
doktoru,  professor Abuzər  Alı oğlu  Xələfovun  yazıb  nəşr etdir­
diyi  dərsliklər  və  dərs  vəsaitləri  mühüm  əhəmiyyətə  malikdir. 
Azərbaycanda  kitabxanaşünaslıq  elminin  banisi  və  ali  kitabxa- 
naçılıq  təhsilinin  təşkilatçısı  kimi  böyük  nüfuza  malik olan gör­
kəmli  alimin  ilk  dəfə  hazırladığı  ikicildlik  “Kitabxanaşünaslığa 
giriş”  və  üçcildlik  “Azərbaycanda  kitabxana  işinin  tarixi"  adlı 
dərslikləri  sistemli,  məqsədyönlü  şəkildə  aparılan  tarixi  əhə­
miyyətli  işlərdir.
Əlbəttə,  elmi  ictimaiyyətin  diqqətini  cəlb  edən  bu  cür  fun­
damental  və  epoxal  əsərlərin  meydana  gəlməsinin  əsaslı  səbəb­
ləri  və  kökləri  var.  Belə  ki,  prof.  A.Xələfovun  ömrünün  50  il­
dən  çoxu  Bakı  Dövlət  Universitetində ali  kitabxanaçılıq  təhsili­
nin  yaranması  və  təkmilləşməsi,  eləcə  də  Azərbaycanda  kitab­
xana  işi  tarixinin  tədqiqi  və  kitabxanaşünaslıq  elminin  inkişaf 
istiqamətlərinin  müəyyənləşdirilməsi  ilə sıx  bağlıdır.
Milli  kitabxanaşünaslıq  elminin  banisi,  Azərbaycamla  ki­
3

tab.xana  işinin  tarixinin  ilk  tədqiqatçısı,  ali  təhsilli  kitabxanaşü- 
nas-bıblıoqrat'  və  kitabşünas  mütəxəssislər  hazırlayan  fakültə­
nin  yaradıcısı  kimi  prof.  A.Xələfovun adı  vətənimizin sərhədlə­
rindən çox-çox uzaqlarda da məşhurdur.
Ölkəmizdə  mədəniyyət  və  kitabxana  işi  quruculuğunun  ta­
rixi  problemləri,  humanitar  elm  kimi  kitabxanaşünaslığın 
ümumnəzəri  və  metodoloji  problemlərinin  işlənilməsi,  kitabxa­
naların  sosial  funksiyalarının  araşdırılması,  ali  kitabxanaçılıq- 
bıblıoqrafıya təhsili  məsələləri,  habelə  kitabxana  işi  nəzəriyyəsi 
%
 ə  bir  sıra  digər aktual  elmi  problemlər  prof.  A.Xələfovun  təd­
qiqatlarının özəyini təşkil  edir.  Bütövlükdə milli  mədəniyyətşü- 
naslıq  və  kitabxanaçılıq  elmi  və  təcrübəsi  üçün  mühüm  əhə­
miyyət  kəsb  edən  sanballı  əsərlər  həmin  uğurlu  elmi  tədqiqat­
ların parlaq  nəticələridir.
Prof.  A.Xələfov kitabxanaşünaslıq-biblioqrafıya elmi  sahə­
sində  mütəxəssis  elmi-pedaqoji  kadrların  hazırlığında  da  əvəz­
siz  rol  oynamışdır.  XX  əsrin  60-cı  illərindən  başlayaraq  res­
publikamızda  kitabxanaşünaslıq  və  biblioqrafiyaşünaslıq  sahə­
sində  doktorluq  və  namizədlik  dissertasiyaları  müdafiə  etmiş 
alimlərin,  demək  olar  ki,  hamısı  prof.  A.Xələfov  elmi  məktəbi­
nin  yetirmələridir.  Azərbaycan  kitabxanaşünaslığı  sahəsində 
xüsusi  elmi  məktəb yaradan  prof.  A.Xələfovun  rəhbəriyi  ilə  in­
diyə qədər  1  doktorluq  və  13  namizədlik  dissertasiyası  müdafiə 
edilmişdir.  Tanınmış  alim  25  nəfər  elmlər  namizədi  və  elmlər 
doktorunun  hazırlanmasında  da  elmi  məsləhətçi  və  ya  oppo­
nent  kimi  fəallıq  göstərmişdir.  O,  Rusiyada,  Gürcüstanda,  Öz­
bəkistanda  mədəniyyət,  kitabxana  quruculuğu,  kitabxanaşünas- 
lıq  tarixi  və  nəzəriyyəsi  problemləri  üzrə  müdafiə  edilmiş  bir 
çox  namizədlik  və  doktorluq  dissertasiyalarının  opponenti,  ya­
xud  müdafiə şuralarının  üzvü  kimi də  iştirak  etmişdir.
Prof.  A.Xələfovun  rəhbərliyi  ilə  Bakı  Dövlət  Universiteti­
nin  Kitabxanaşünaslıq  kafedrası  ixtisas  üzrə  mühüm  elmi-təd­
qiqat  mərkəzinə çevrilmiş,  burada  kitabxanaçılıq  işinin  tarixinə 
və nəzəriyyəsinə dair irihəcmli tədqiqatlar yerinə yetirilmişdir.
4
Prof.  A.Xələfov  270-dən  artıq  elmi  məqalənin,  30-dan  ar­
tıq  monoqrafiya,  dərslik  və  dərs  vəsaitinin  müəlifidir.  Onların 
arasında  üçcildlik  "Azərbaycanda  kitabxana  işinin  tarixi"  adlı 
fundamental  dərsliyi  xüsusi  yer  tutur.  Müstəqillik  illərində  ana 
dilimizdə  ilk  dəfə  yazılıb  nəşr edlilən  bu  sanballı  əsər ən  qədim 
zamanlardan  indiyə  qədər  ölkəmizin  ərazisində  meydana  gəl­
miş  kitabxanaların  inkişafını  xronoloji ardıcıllıqla  əks etdirir.
2004-cü  ildə  Bakı  Universiteti  Nəşriyyatında  nəfis  şəkildə 
çap  edilmiş  dərsliyin  I  hissəsi  20  çap  vərəqindən  artıqdır  və 
“Azərbaycanda  kitabxana  işinin  tarixi  (Ən  qədim  dövrlərdən 
XX  əsrə  qədər)”  adlanır.  Bu  hissə  milli  tariximizin  əsas  tərkib 
hissələrindən  olan  elm  və  mədəniyyət  ocaqlarımızın  -   müxtəlif 
tipli  və  müxtəlif növlü  kitabxanalarımızın  meydana  gəlməsi  və 
inkişafı  problemlərinin  elmi  cəhətdən  araşdırılmasına  və  ümu- 
miləşdirilməsinə  həsr olunmuşdur.
Dərsliyin  2007-ci  ildə  nəşr  olunmuş  11  hissəsi  “XX  əsrin 
birinci  yarısında  Azərbaycanda  kitabxana  işinin  tarixi”  adlanır 
və 35  çap  vərəqi  həcmindədir.  Bu  hissənin  I  fəsli  “XX  əsrin əv­
vəllərində  Azərbaycanda  kitabxana  işinin  tarixi  (1901-1920-ci 
illər)”,  II  fəsli  “XX  əsrin  20-ci  illərində  Azərbaycanda  kitabxa­
na  işi  (1920-1929-cu  illər)”.  111  fəsli  isə  “XX  əsrin  30-40-cı  il­
lərində  Azərbaycanda  kitabxana  işi”  mövzularını  əhatə edir.
Xüsusi  vurğulamaq  lazımdır  ki,  dərslikdə  1918-1920-ci 
illərdə  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  kitabxana 
siyasətinə də ayrıca diqqət  yetirilmişdir.
Prof.  A.Xələfov  XX  əsrin  20-50-ci  illərində  Azərbaycanda 
kitabxana  işinin  tarixinin  öyrənilməsinə  də  mühüm  yer  ayır­
mışdır.  Bu  dövr  sovet  hakimiyyətinin  ziddiyyətlərlə  dolu  olan 
ilk  illərinə  təsadüf etdiyindən  kitabxana  quruculuğu  problemi­
nin  öyrənilməsinə  xüsusi  nəzəri  yanaşma  tələb  olunurdu.  Ona 
görə  də  müəllif arxiv  sənədlərindən,  dövri  mətbuat  materialla­
rından,  elmi-nəzəri  və  metodoloji  tədqiqatlardan  geniş  istifadə 
etməklə  həmin  işi  uğurla  başa çatdırmışdır.
Alim  bəhs  olunan  dövrdə  Azərbaycanda  kitabxana  işinin
5

ümumi  vəziyyəti,  respublika  ərazisində  yaranan  yeni  kitabxana 
tipləri  və  növləri  haqqında  zəngin  faktları  arxiv  materialları 
əsasında müəyyənləşdirərək elmi  şəkildə sistemləşdirmişdir.
Prof  A.Xələfovun  hazırda  mütəxəssislərin  və  geniş  oxucu 
auditoriyasının  istifadəsinə  verdiyi  “Azərbaycanda  kitabxana 
işinin  tarixi” dərsliyinin  III  hissəsi  XX  əsrin  ikinci  yarısında  və 
XXI  əsrin  əvvəllərində  kitabxanalarımızın  inkişaf tarixinə  ayna 
salır.  Əsərdə  ölkəmizdə  fəaliyyət  göstərən  bütün  kitabxana  şə­
bəkələrinin -  kütləvi, elmi,  elmi-texniki,  xüsusi,  eləcə də böyük 
elmi  kitabxanalarm,  ilk  növbədə  Milli  Kitabxananın  tarixinin 
öyrənilməsinə  geniş  yer  ayrılmışdır.  Burada  əhaliyə  kitabxana 
xidmətinin  təşkili  problemlərinə  də  diqqət  yetirilmiş,  təcrübi 
əhəmiyyət  kəsb edən elmi ümumiləşdirmələr aparılmışdır.
XX  əsrin  50-60-cı  illərində  respublikamızda  ictimai-siyasi 
və  sosial-iqtisadi  sahələrlə  yanaşı,  mədəniyyət  sahəsində  də 
xeyli  geriləmələrin  baş  verdiyini  dəlillərlə  əsaslandıran  müəllif 
bir sıra acınacaqlı  faktları oxucuların  diqqətinə çatdırmış,  bu  is­
tiqamətlərdə  ciddi  tərəqqinin  yalnız  Heydər  Əliyevin  Azər­
baycan  KP  MK-mn  birinci  katibi  vəzifəsinə  təyin  edildikdən 
sonra baş  verdiyini  tutarlı  faktlarla sübuta  yetirmişdir.
Xüsusi  qeyd  etməliyik  ki,  tarixçilərin  haqlı  olaraq  Azər­
baycanın  ictimai-siyasi,  sosial-iqtisadi  və  elmi-mədəni  həyatın­
da  dönüş  dövrü  kimi  dəyərləndirdikləri  1969-cu  ildən  sonrakı 
mərhələdə,  yəni  Heydər Əliyevin  respublikamızın  rəhbəri  vəzi­
fəsində  çalışdığı  müddətdə  bütün  sahələrdə  baş  vermiş  müsbət 
dəyişikliklərin  və qazanılmış  nailiyyətlərin  təhlil  edilib öyrənil­
məsi  və  ümumiləşdirilməsi  problemi  hazırda  mühüm  aktuallıq 
kəsb edir.  Bu  baxımdan  həmin  illərdə ölkəmizdə  kitabxana  qu­
ruculuğu  sahəsində  həyata  keçirilmiş  tədbirlərin,  əhaliyə  kitab­
xana  xidmətinin  təşkilində  meydana  çıxmış  yeni  iş  üsullarının 
konkret  faktlar  əsasında  obyektiv  şəkildə  araşdırılması  da  öz 
elmi  həllini  gözləyirdi.  Bu  məsdliyyətli  və  şərəfli  vəzifənin  öh­
dəsindən  ona  tam  mənəvi  haqqı  çatan  prof.  A.Xələfov  böyük 
əzmkarlıqla  gəlmiş,  XX  əsrin  70-80-ci  illərini  Heydər  Əliyev
6
mərhələsi, dönüş dövrü  kimi  dəyərləndirmişdir.
Dərslikdə  müstəqillik  illərində  Azərbaycanda  kitabxana  işi 
mövzusu  da  geniş  işıqlandırılmışdır.  Burada  alim  1993-2003- 
cü  illərdə  kitabxana  işi  sahəsində  respublikamızda  aparılan 
dövlət  siyasətini,  bu  siyasətin  həyata  keçirilməsində  Heydər 
Əliyevin  böyük qayğısını geniş şəkildə əks etdirmişdir.
Professor  A.Xələfov  yazır  ki,  Heydər  Əliyevin  xalqın  tə­
kidli tələbi  ilə  1993-cü  ildə  hakimiyyətə  qayıdışına  qədər digər 
sahələrdə  olduğu  kimi,  kitabxana  işi  sahəsində  də  dözülməz 
özbaşınalıqlar  törədilmişdi.  Alimin  fikrincə,  əgər  bu  proses 
davam  etsəydi,  onda  respublikamızın  kitabxana  ictimaiyyəti 
böyük  faciə qarşısında qala  bilərdi.  Müəllifin  qeyd  etdiyiı  kimi, 
yalnız  Heydər  Əliyev  yenidən  hakimiyyətə  gəldikdən  sonra 
ölkəmizdəəsl  vətəndaş  cəmiyyəti  quruculuğuna  başlanıldı.  Ulu 
öndərin  bilavasitə  rəhbərliyi  və  qayğısı  sayəsində  dövlət  səviy­
yəsində  kitabxanalarm  qorunub  saxlanılması  uğrunda  mübari­
zəyə  başlanıldı,  kitabxanalar  ləğv  edilməkdən  xilas  oldu.  Ona 
görə  də  1993-1999-cu  illər  Azərbaycanda  kitabxana  işinin 
tarixinə  kitabxanalarm qorunub saxlanılması uğrunda  mübarizə 
illəri kimi daxil olmuşdur.
Heydər  Əliyevin  1993-2003-cü  illərdə  mənəvi  sərvətimiz 
sayılan  kitabxanalara  qayğısını,  respublika  kitabxana  şəbəkələ­
rinin  qorunub  saxlanması  sahəsində  həyata  keçirdiyi  tədbirləri 
qiymətləndirmək  üçün  prof.  A.Xələfov  konkret  faktlara  isnad 
etmişdir.  Alim  yazır  ki,  respublikamızda  ən  böyük  kitabxana 
şəbəkəsinə  malik  Mədəniyyət  və  Turizm  Nazirliyi  sistemində 
hazırda  1  milli  kitabxana,  3  respublika  əhəmiyyətli  sahəvi  ki­
tabxana,  74  şəhər  və  mərkəzi  rayon  kitabxanası,  3744  kənd 
kitabxanası  fəaliyyət  göstərir.  Orta hesabla  əhalinin  hər  700 nə­
fərinə  bir  stasionar  kitabxana  düşür.  Bütün  kitabxanalarm  fon­
dunda təxminən 36  milyon nüsxə kitab (sənəd) toplanmışdır.
Müəllif  XXI  əsrin  əvvəllərində  müstəqil  Azərbaycanın 
siyasi,  iqtisadi,  elmi  və  mədəni  inkişafı  fonunda  ölkə  prezidenti 
İlham  Əliyevin  mədəni  quruculuq  sahəsindəki  fəaliyyətinə,  o
7

cümlədən  kitabxana  işinin  inkişafına  göstərdiyi  qayğıya  da 
xüsusi diqqət  yetirmiş,  müəyyən ümumiləşdirmələr aparmışdır.
Ümumiyyətlə,  dərslik  yazılarkən  müasir  cəmiyyətin  tələb­
ləri  nəzərə  alınmış,  sınaqdan  çıxmış  elmi  tədqiqat  üsullarına 
ciddi  əməl  edilmiş,  xalqımızın  tarixi  öyrənilərkən  müstəqillik 
dövrünün  metodologiyası,  milli  dövlətçilik  və  Azərbaycançılıq 
ideologiyası əsas götürülmüşdür.
İlk  dəfə  nəşr edilən  “Azərbaycanda  kitabxana  işinin  tarixi” 
dərsliyi  Kitabxanaçılıq-informasiya  fakültəsinin  tələbələrinə 
ölkəmizdə  kitabxana  işinin  tarixinin  öyrədilməsi  baxımından 
böyük  əhəmiyyət  kəsb  edir.  Bütövlükdə  geniş  bir  tarixi  dövrü 
özündə  əks  etdirən  bu  dərslik  uzunmüddətli  gərgin  axtarışların 
bəhrəsi  kimi  qiymətləndirilə  bilər.  Bir alim  ömrünün arxivlərdə, 
kitabxanalarda  keçmiş  məqamlarınm  ilmə-ilmə  sapa  düzülmüş 
bənzərsiz  xalısını  xatırladan  bu  üçcildlik  kitab əsrlərdən-əsrlərə, 
nəsillərdən-nəsillərə  miras  qalmış  kitab  və  kitabxana  yaddaşı­
mızın yazıya kötürülmüş salnaməsi kimi  çox dəyərlidir.
Əminik  ki,  kitabxanaşünas-informator  ixtisasına  yiyələnən 
ali  məktəb tələbələri üçün  nəzərdə tutulmuş  hazırkı  dərslik eyni 
zamanda  bu  sahədə dərs  deyən  müəllimlər,  eləcə  də dissertant­
lar,  magistrantlar,  kitabxanaçılıq  sahəsində təhsil  alan texnikum 
tələbələri,  digər  elmlərin  tarixi  ilə  məşğul  olan  mütəxəssislər, 
habelə  milli  mədəniyyətimizlə  maraqlanan  geniş  oxucu  kütləsi 
üçün də çox gərəkli  və  faydalı  mənbə rolunu oynayacaqdır.1
Knyaz ASLAN 
pedaqoji elmlər namizədi,  dosent
1  Dərslikdə  prof.  A.Xələfov  haqqında  materiallar  elmi 
redaktor tərəfindən əlavə edilmişdir.
8
I  FƏSİL
XX ƏSRİN  50-60-C1  İLLƏRİNDƏ 
AZƏRBAYCANDA  KİTABXANA  İŞİ 
(1950-1969-cu  illər)
1.1.  Əhaliyə  kitabxana  xidməti  sisteminin  inkişafı.
Kitabxana  işinin  daha  da  inkişafına dair tədbirlər.
Kitabxana  işinə  rəhbərliyin  təkmilləşdirilməsi
II  Dünya  müharibəsindən  sonrakı  beşillik  planın  vaxtın­
dan  əvvəl  yerinə  yetirilməsi,  müharibənin  vurduğu  yaraların 
aradan qaldırılması  yeni  və  daha  geniş  planların  qəbul  edilməsi 
üçün əlverişli  şərait  yaratdı.
1952-ci  ilin  oktyabrında  Sov.  İKP-nin  XIX  qurultayı 
SSRİ  xalq  təsərrüfatının  inkişafına  (1951-1955-ci  illər)  dair 
beşillik  plan  haqqında  direktivlər  təsdiq  etdi.  Bu  direktivlərdə 
xalq  təsərrüfatının  bütün  sahələrinin  inkişaf  etdirilməsi,  ölkə 
iqtisadiyyatının  daha  da  yüksəldilməsi  nəzərdə  tutulmuşdu. 
Direktivlərdə  xalqın  mədəniyyətinin  hərtərəfl  yüksəldilməsinə 
xüsusi  diqqət  yetirilir,  mədəni  quruculuğun  geniş  inkişaf pers­
pektivləri  müəyyənləşdirilirdi.  Qurultay ölkədə  mədəni qurucu­
luğun  nəzərdə  tutulan  inkişafına  uyğun  olaraq  səhiyyə  və 
maarif  işinə,  elm  və  mədəni-maarif ocaqlarına  ayrılan  kapital 
qoyuluşunun  həcminin  əvvəlki  beşilliyə  nisbətən  50  taiz  artı­
rılmasını  lazım bilmişdi.
Qurultay  mədəni  quruculuğun  mühüm  sahələrindən  biri 
olan  kitabxana  işinin  daha  da  inkişaf etdirilməsinə  xüsusi  diq­
qət  yetirmişdi.  Qurultayın  qətnaməsində  göstərilirdi:  «1955-ci 
ildə  kütləvi  kitabxanaların  sayı  1950-ci  ilə  nisbətən  azı  30%. 
klubların  sayı  isə  15%  artırılsın,  onların  əhaliyə  xidmət  etmək 
işi  yaxşılaşdırılsm»1.  Bu  planın  müvəffəqiyyətlə  yerinə  yetiril­
məsi  əhaliyə  kitabxana  xidmətinin  kökündən  yaxşılaşdırılması­
nı,  bütün  zəhmətkeşlərin  kitabxana  xidməti  ilə əhatə edilməsini 
nəzərdə tuturdu.  Bu  mühüm vəzifələrin  respublikamızda  həyata
9

keçirilməsində  Azərbaycan  KP  XIX  qurultayının  qərarları  mü­
hüm  rol  oynadı.  Mədəni-maarif  müəssisələrinin  fəaliyyətində 
olan  geriliyi  və  nöqsanları  tezliklə  aradan  qaldırmaq  üçün  dər­
hal  təsirli  tədbirlər görüldü.
.Azərbaycan  KP  XIX  qurultayının  qərarları  respublika 
partiya  təşık lat larinin  diqqətini  bilavasitə  kitabxana  işinə  cəlb 
etdi  ku  bu  da  yerlərdə  kitabxana  işinin  xeyli  yaxşılaşmasına 
səbəb oldu.
Müharibədən  sonrakı  ikinci  beşillik  dövründə respublika­
da  kütləvi  kitabxana  şəbəkəsinin  böyük  inkişafı  nəzərdə  tutul­
muşdu.  Kənd  yerlərində  yeni  müstəqil  kənd  kitabxanalarının 
yaradılması,  onların şəbəkəsinin qaydaya salınması,  kitabla  təc­
hiz  edilməsi,  kitabxanaçı  kadrların  yetişdirilib  tərbiyə  edilməsi 
ön plana çəkilmişdi.
Artıq  1952-ci  ildə  respublikamızda  1645  dövlət  müstəqil 
və  klub  kitabxanası,  140  həmkarlar  ittifaqı  kitabxanası,  777 
kolxoz  kitabxanası  fəaliyyət  göstərirdi2.  Ağdamda,  Tovuzda, 
Ağdərədə  mədəniyyət  sarayları,  İsmayıllıda.  Şamaxıda,  Bala- 
kəndə. Qubadlıda,  Şahbuzda,  Zaqatalada,  Ağcabədidə,  Xudatda, 
Ağcakənddə,  Ağsuda,  Kəlbəcərdə kitabxana binaları  tikilib  isti­
fadəyə  verilmişdi.  Əli  Bayramlıda  (indiki  Şirvanda),  Mərəzədə 
və  Astraxanbazarda  (indiki  Cəlilabad)  kitabxana  binalarının, 
Xanlarda  (indiki  Göygöl),  Qaxda,  Lerikdə  və  Masallıda  mədə­
niyyət  saraylarının  tikintisi  başa çatmaq  üzrə  idi.  Bakıda  böyük 
mədəniyyət  ocağı  olan  respublika  kitabxanası  binasının  tikinti­
sinə başlanılmışdı.
Kolxozçu  kəndlilərin  vətənpərvərlik  hərəkatı  nəticəsində 
respublikanın  kəndlərində  Mədəni-Maarif  Müəssisələri  Komi­
təsinin  layihəsi  əsasında  300  yaraşıqlı  mədəniyyət  evi  və  klub 
btnası tikilib  istifadəyə verilmişdi3.  Bütün  bu  nailiyyətlər  kitab­
xana  işinin  gələcək  inkişafı  üçün  əlverişli  şərait  yaradırdı. 
1953-cü  ilin  mayında,SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  Fər­
manı  ib   ittifaq  respublika  mədəniyyət  nazirlikləri  yaradıldı.  Bu 
fərmana  uyğun  olaraq  həmin  ildə  Azərbaycan  SSR-də  də  Mə­
10
dəniyyət  Nazirliyi  fəaliyyətə  başladı.  Kitabxana  işinə  rəhbərlik 
Mədəniyyət  Nazirliyinin  yanında  təşkil  edilmiş  M ədəni-M aarif 
Müəssisələri  İdarəsinə tapşırıldı.  Respublikada  Mədəniyyət  Na­
zirliyinin  yaranması  kitabxana  işinə  rəhbərliyin  mərkəzləşdiril- 
məsinə,  kitabxana  şəbəkələrinin  qaydaya  salınmasına  və  onla­
rın  düzgün  yerləşdirilməsinə  səbəb  oldu.  Mədəniyyət  Nazirliyi 
dövlət  kitabxana  şəbəkəsi  ilə  yanaşı  olaraq  ayrı-ayrı  idarə  və 
müəssisələrin  kitabxana  şəbəkələrinə  dövlət  rəhbərliyini  həyata 
keçirməyə  başladı  ki,  bu  da  respublikada  kitabxana  işinin  əla­
qələndirilməsi  üçün  şərait  yaratdı.  Mədəniyyət  Nazirliyinin  ya­
ranması  ilə  əlaqədar  olaraq  Naxçıvan  MSSR-də  Mədəniyyət 
Nazirliyi,  keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  mədə­
niyyət  şöbəsi,  həmçinin  bütün  böyük  şəhər  və  rayonlarda  şəhər 
və  rayon  sovetləri  yanında  mədəniyyət  şöbələri  təşkil  edildi. 
Müstəqil  mədəniyyət  şöbələrinin  təşkili  kitabxana  işinə  diqqəti 
daha  da artırdı.
Belə  ki,  Azərbaycan  SSR  Mədəniyyət  Nazirliyi  yerlərdə 
kitabxana  işinin  vəziyyətini  hərtərəfli  öyrəndikdən  sonra  1953- 
cü  il  iyulun  31-də  kollegiya  iclasında  «Respublikada  kitabxana 
işinin  vəziyyəti»  haqqında  məsələ  müzakirə  etdi.  Müzakirə 
nəticəsində  kitabxana  işinə  rəhbərlik,  kitabxanaların yerləşdiril­
məsi,  oxuculara  xidmət  və  kitabxanaçı  kadrların  seçilməsi  sa­
həsində  mövcud  nöqsanlar  aşkara  çıxarıldı.  Kollegiya  bu  nöq­
sanların  aradan  qaldırılması  üçün  tədbirlər  müəyyənləşdirdi. 
Mədəniyyət  Nazirliyi  1953-cü  ilin  oktyabrında  Bakıda  respub­
lika  kitabxana  işçilərinin  seminar-müşavirəsini  keçirdi.  Müşa­
virədə  respublika  kitabxanalarının  qarşısında  duran  vəzifələr, 
kitabxana  işinin  inkişaf  perspektivləri  hərtərəfli  şərh  edildi4. 
Belə  bir  faktı  qeyd  etmək  kifayətdir  ki,  1952-1953-cü  illərdə 
bir  il  müddətində  Mədəniyyət  Nazirliyinin  kitabxanalarına  500 
min  nüsxədən  artıq  kitab  daxil  olmuşdu,  kitab  verilişi  8  milyon 
nüsxəyə  çatmışdı.  Kitab  fondunun  orta  hesabla  dövriyyəsi  
dəfə  artmışdı5.  Mədəni-maarif  işinə  ayrılan  vəsait  müntəzəm 
olaraq  artırdı.  1946-cı  ildə  bu  məqsəd  üçün  25  milyon  manat.
11

1953-cü  ildə  isə  35  milyon  manat  ayrılmışdı.  Kitab  fondunun 
konplektbşdırilməsinə ayrılan  vəsait  daha  böyük məbləğ  təşkil 
edirdi.  1953-cü  ildə  kitab  fondunu  komplektləşdirmək  üçün  6 
milyon  manat,  1954-cü  ildə  isə  7  milyon  manat  vəsait  ayrılmış­
dı".  Respublikamızda  mədəni-maarif işlərinə  1955-ci  ildə  38,8 
milyon  manat  ayrılmışdısa,  bu  rəqəm  1958-ci  ildə  48,7  milyon 
manata  çatmışdı  .  Görülən  bu  tədbirlər  nəticəsində  müharibə­
dən  sonrakı  ikinci  beşillik  dövründə  kütləvi  kitabxana  şəbəkə­
sinin  inkişafı  böyük  viisət  almışdı.
Altıncı  beşillikdə  respublikada kütləvi  kitabxana  şəbəkəsi 
əhəmiyyətli dərəcədə genişlənmişdi.
1950-ci  ildə  Azərbaycanda  4203,1  nüsxə  kitab  fonduna 
malik  olan  2290  kütləvi  kitabxana  var  idisə,  1955-ci  ildə  96 
min  142  nüsxə  kitab  fonduna  malik  olan  2394  kütləvi  kitabxa­
na  fəaliyyət  göstərirdi.  Göründüyü  kimi,  beş  il  müddətində  104 
yeni  kitabxana  açılmış,  onların  kitab  fondu  isə  58  min  111 
nüsxə artmışdı4.
Müharibədən  sonrakı  ikinci  beşillik  dövründə  açılmış 
müstəqil  kitabxanaların  sayı  360-a  çatmışdı.  Bunun  315-i  kənd 
yerlərində  açılmışdı.  Klub  kitabxanalarının  sayı  isə  159  ədəd 
azalmışdı.  Bu  da  klub  kitabxanalarının  müstəqil  kitabxanalara 
çevrilməsi  ilə əlaqədar  idi.  Bu dövrdə kolxoz  kitabxana  şəbəkə­
si də  xeyli azalmışdı.  Əgər  1950-ci  ildə  706  kolxoz  kitabxanası 
var  idisə,  onların  sayı  1955-ci  ildə  536-ya  enmişdi.  Kolxoz 
kitabxanalarının  sayının  azalması o  dövrdə respublikamızda  ki­
tabxana  şəbəkəsinin  qaydaya  salınması  ilə  əlaqədar  idi.  Çünki 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə