Ekoloji şəraitin bazar iqtisadiyyatında yerini təsəvvür
etmək üçün R.Nussbaumun piramidasına diqqət yetirək: onun
fikrincə bu piramidanın əsasını (oturacağını) ətraf mühit və təbii
ehtiyatlar təşkil edir. Yuxarıdakı mərtəbədə fəhlə qüvvəsi və kapital
(sərmayə, pul) yerləşir. Sonrakı mərtəbədə müəssisələr, firmalar
fəaliyyət göstərirlər. Piramidanın zirvəsi bilavasitə məhsullar və
xidmətlər bazarına verilmişdir. Ənənəvi bazar kiçik kontur (dairə)
ilə işləyir və ekoloji sferaya qismən müdaxilə edir, əsasən istehsalat
prosesinə təbii ehtiyatların cəlb edilməsi şəraitində özünü büruzə
verir (Bax: sxem 6).
Bazar onunla fərqlənir ki, istehsalçı (satıcı) istehsal
etdiyinin sahibi (mülkiyyətçisi) olur, alıcı isə-aldığı məhsulun
(əmtəənin). Lakin heç də bütün təbiət obyektləri istehsalçıların
mülkiyyəti ola bilməz, çünki onların bəziləri ümumi mülkdir
(əmlakdır) və ya hamının malıdır. Bəzi rifahı formalaşdıran təbii
əsaslar hava, su, ətraf mühitin təmizliyi ilkin istehlaka (tələbata) aid
olub, birbaşa, bilavasitə istifadə olunur və kollektiv (ümumi) irsi
təşkil edirlər. Bunlar isə fərdiyyətləşdirilə bilməz. Eyni zamanda bir
çox rifah elementləri daşma bilməzlər. Lakin bu
0
demək deyildir
ki, bazar münasibətləri ekoloji sferada mövcud ola bilməz. Təbii
obyektləri yeni metodlar, yollar axtarmaq vasitəsilə mülkiyyətin çox
subyektliyi sosial və təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələri
əsasında alqı-satqı prosesinə cəlb etmək vacibdir. Yəni elə etmək
lazımdır ki, bazar münasibətləri böyük dairə üzrə fəaliyyət
göstərsin.
Dostları ilə paylaş: