Development prospects of vegetable farming in lankaran economic district tomato plant as an example



Yüklə 17,84 Kb.
səhifə1/2
tarix10.05.2023
ölçüsü17,84 Kb.
#110470
növüXülasə
  1   2
isaq tezis


LƏNKƏRAN İQTİSADİ RAYONUNDA TƏRƏVƏZÇİLİK TƏSƏRRÜFATININ İNKİŞAF PERSPEKTİVLƏRİ-POMİDOR BİTKİSİ MİSALINDA
DEVELOPMENT PROSPECTS OF VEGETABLE FARMING IN LANKARAN ECONOMIC DISTRICT - TOMATO PLANT AS AN EXAMPLE
İsaq QURBANZADƏ
Lənkəran Dövlət Üniversiteti,Aqrar və mühəndislik fakültəsi, Qida mühendisliyi
ORCID NO: 0000-0002-2175-398X
iqurbanzade@gmail.com
Xülasə
Lənkəran rayonunun iqtisadiyyatında tərəvəzçilik aparıcı sahələrdən birini təşkil edir. Ötən əsrin 70-80-ci illərində rayonda 220 min tondan çox tərəvəz məhsulları istehsal olunub.Torpaq islahatından sonra rayonda tənəzzülə uğrayan tərəvəzçilik hazırda özünün yeni dirçəliş dövrünü yaşayır. Son illərdə ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Lənkəranda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Bölgədə tərəvəzçiliyin əsasən də faraş tərəvəzçiliyinin inkişaf etdirilməsi üçün böyük dövlət proqramları və elmi – tədqdiqat işləri həyata keçirilmişdir .
Pomidor bitkisi ölkənin kənd təsərrüfatında özünün əkin sahəsinə və istehsal həcminə görə xüsusi əhəmiyyət kəsb edir. Pomidor bitkisi üçün ən yaxşı sələf bitkiləri-xiyar, bostan bitkiləri, soğan, kələm, paxlalılar hesab edilir. Respublikanın tərəvəzçilik bölgələrində şitillər əsasən parniklərdə və polietilen örtüklü istixanalarda 35-40 gün ərzində becərilir. Bölgələrin iqlim şəraitindən asılı olaraq əkin üçün hazır olan şitillər may ayının I on günlüyünə qədər olan müddətdə açıq sahədə 70x 35-40 sm sxemi üzrə əkilir.
Pomidor bitkisinin Quba-Xaçmaz zonası üçün səpin vaxtının 1-5 III, əkin vaxtının 25 IV; 5 V, Lənkəran-Astara zonası üçün uyğun olaraq 20-25II, 5-10 IV, Abşeron zonası üçün 20.III-1.IV, 1-10.V da aparılması məqsədəuyğundur.Yazda, əkin ərəfəsində 20-25 sm dərinliyində II yaz şumu və malalama aparılmalıdır.Malalama zamanı hektara superfosfat, kalium-sulfat və ammonium sorasının hərəsindən 1 sen verilməlidir. Pomidor bitkisi mineral qidalanmağa çoxtələbkardır.
Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir. Son illər ərzində Azərbaycanın kənd təsərrüfatında bir sıra innovativ metod və üsullardan istifadə olunmağa başlamışdır. Kənd təsərrüfatında dronlardan istifadə, ağıllı bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satellitlər vasitəsilə müəyyənləşməsi və s. buna aid edilə bilər
2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxış çərçivəsində müəyyən edilmiş məqsəd kənd təsərrüfatı sektorunun tam müasirləşdirilməsi və onun rəqabət qabiliyyətinin gücləndirilməsidir. Buraya məhsulların istehsal həcminin artırılması, yüksək dəyər yaradan bitkiçilik məhsullarının istehsalı və kənd təsərrüfatı məhsullarının emalının artırılması daxildir. Eyni zamanda, bitkiçilik məhsullarının istehsalının artırılması istiqamətində görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin dəyər zəncirində daha mühüm rol oynaması təmin ediləcəkdir. Prioritet təşkil edən bitkiçilik məhsulları əsas ticarət marşrutlarına və nəqliyyat qovşaqlarına yaxın yerləşən emal müəssisələri vasitəsilə daha yüksək dəyər yaradan məhsul kimi yerli və xarici bazarlara çıxarılacaqdır.
Tərəvəzçilik təsərrüfatının inkişafında Dövlət proqramının davamı davam etdirilməlidir. Bu sahəyə diqqətin artırılması, ölkənin daxili təlabatının ödənilməsi vacib məsələlərdəndir.

Yüklə 17,84 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin