Pielonefrit nədir?
Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən, ara toxumasının qeyri-spesifik iltihabi prosesidir
Böyrək yumaqcılarının qeyri-spesifik iltihabi prosesidir
Aşağı sidik yollarının qeyri-spesifik iltihabi prosesidir
Yalnız kasacıqların qeyri- spesifik iltihabi xəstəliyidir
Yalnız böyrək parenximasının qeyri-spesifik iltihabi xəstəliyidir
«Нефрология»под ред.Проф.Е.М.Шилова,2010,səh 405
Hiperkaliemiya zamanı baş verən dəyişikliyi göstərin?
Ürək ritminin pozulması, T dişinin qalxması və QRS-T kompleksinin ikifazalı olması, mədəciklərin fibrilyasiyasi, asistoliya
Mədəciklərin taxikardiyası , ətrafların rigidliyi, poliuriya
Tənəffüs əzələlərinin iflici, T dişinin enməsi
Paresteziya, poliuriya
Paresteziyalar,nikturiya,ətrafların rigidliyi
«Нефрология»под ред.Проф.Е.М.Шилова,2010,səh 83
Böyrəklərin polikistozu diaqnozunun qoyulmasında aşağıdakılardan hansı daha əhəmiyyətlidir?
Anamnez, KT, sidikdə olan dəyişikliklər
Sidik kisəsinin kateterizasiyası
Sistoskopiya
MRT
Radioizotop müayinə üsulları
«Нефрология»под ред.Проф.Е.М.Шилова,2010,səh 470
Mikroalbuminuriya mərhələsində diabetik nefropatiyanın tez proqressivləşməsinə səbəb olan faktorlara hansılar aid deyil?
A/T <120/85 mm c süt
Albuminuriya>100 mq/sutka
A/T>130/85 mm Hg süt.
Qan zərdabında ümumi xolesterinin 5,2 mmol/l-dən çox olması
Hb A₁c>7,5%
«Нефрология»под ред.Проф.Е.М.Шилова,2010,səh 439
Dostları ilə paylaş: |