1
DEZINFEKTOLOGIYA
Mühazirənin planı:
1.
Dezinfeksiya, onun növləri və metodları. Sterilizasiya.
2. Dezinseksiya.
3. Kamera dezinfeksiyası.
4. Deratizasiya. Növləri və metodları.
5. Dezinfeksiyanın keyfiyyətinə nəzarət.
I. Dezinfeksiya. Növləri və metodları. Sterilizasiya
Ətraf mühitin müxtəlif obyektlərində çox vaxt yoluxucu xəstəliklərin
törədiciləri ola bilər. İnfeksion xəstəliklərin səviyyəsinin azalması
və müəyyən
xəstəliklərin ləgv edilməsi üçün əks epidemik tədbirlər vacibdir. İnfeksion
xəstəlikərlə mübarizədə dezinfeksiya ayrı tədbir kimi aparılmamalıdı, çünki o,
əksepidemik tədbirin mühüm hissələrindən biridir.
Dezinfeksiya (fransızca “dez”– inkar sözönü və latınca “infection”- infeksiya)
ətraf mühitin abiotik obyektlərində, yəni yoluxucu (parzitar) xəstəlikərin
törədicilərinin (patogen
bakteriyalar, viruslar,
rikketsiyalar, ibtidailər,
göbələklər və
s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilməsidir.
Yoluxucu xəstəliklərin törədiciləri yoluxma mexanizminin realizasiyası
prosesində ətraf mühit obyektlərində müəyyən müddət qala bilərlər. Burada onlar
nəinki həyat qabiliyyətini saxlayır, əlverişli şərait olduqda hətta artıb çoxalır və külli
miqdarda toplanırlar ki, bu da həsas şəxslərin yoluxması təhlükəsini yaradır.
Törədicilərin ətraf mühitdə yaşama müddəti bir sıra amillərlə şərtlənir. Onların
içərisində ətraf mühitin müxtəlif əlverişsiz təsirlərinə qarşı törədicilərin davamlılığı
böyk rol oynayır. Məhz bu yoluxma mexanizminin qırılmasına
yönəldilmiş
əksepidemik tədbirlərin aparılmasına ehtiyac yaradır. Dezinfeksiyanın aparılması
zərurəti ətraf mühitdə törədicinin davamlılığı və yoluxma mexanizminin spesefikliyi
ilə təyin olunur.
Dezinfeksiyanın vəzifəsi ətraf mühit obyektlərində və əşyalarında törədicilərin
məhv edilməsi və ya kənarlaşdırılması yolu ilə onların toplanmasının, çoxalmasının
və yayılmasının qarşısının alınması və ya ləğv edilməsidir. Bununla törədicinin
xəstədən sağlam şəxsə ötürülməsinin qarşısı alınır.
Dezinfeksiya
sterilizasiyadan fərqli olaraq, yalnız patogen mikroorqanizmləri
məhv etmək məqsədini daşıyır.
Dezinfeksiya aparmaq üçün aşağıdakıları bilmək lazımdır.
1. Zərərsizləşdirməyə məruz qalan nədir;