Dialoq” mpm sistemlərinin strukturu


Şəkil 1. "Dialoq" dispetçer mərkəzləşdirməsi (DM) sistemi



Yüklə 1,23 Mb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#35630
1   2   3   4   5
muhazirə 4.

Şəkil 1. "Dialoq" dispetçer mərkəzləşdirməsi (DM) sistemi
Rəqəmsal siqnalların emalı üçün xüsusi hazırlanmış adapterdən istifadə edən Dialoq DM sisteminin post cihazları, bu sistemlərin bütün funksiyalarını qoruyaraq və dispetçerin avtomatlaşdırılmış iş yerinin imkanlarını genişləndirərək mövcud dispetçer mərkəzləşdirmə sistemlərinin (Neva, Luch, Minsk, Lisna və s.) rabitə kanallarına qoşula bilər. Sistemdə küydən, maneədən müdafiə kodlarından və informasiyanın qorunması üsullarından istifadə olunur. "Dialoq" (DM) sistemi stansiyalarda və pereqonlarda istənilən avtomatlaşdırma cihazları üçün istifadə olunur. Dəmir yolunun idarə olunan hissəsinin uzunluğu qatar hərəkətinin intensivliyindən asılı olaraq 200-400 km və ya daha çoxdur. "Dialoq" DM sistemi aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • sahədəki avtomatlaşdırma avadanlıqları tərəfindən təmin edilmiş miqdarda yol qurğularının, enerji qurğularının və səyyar blokların vəziyyətinə nəzarət, təsvir edilmə və qeydiyyat;

  • qatarların hərəkətinə və bölmə peroqonlarının stansiyalarında siqnal qurğularının vəziyyətinə nəzarət;

  • uyğun komandaların formalaşdırılması və və xətti (icraedici və ya idarə olunan) nöqtələrə təhvil verilməsi;

  • qonşu ərazilərin "Dialoq" DM və ən yüksək səviyyəli məlumat və nəzarət sistemləri ilə məlumat mübadiləsi.

Sistemin elastikliyi sayəsində funksiyalar siyahısı texniki vasitələr üçün əhəmiyyətli xərclər olmadan genişləndirilə bilər.

"Dialoq" DM sisteminin strukturu iki səviyyəyə malikdir:



  1. Mikro EHM, məlumatın daxil edilməsi və ekranda əksetdirilməsi cihazları, məlumatın qeyd edən cihazlar daxil olmaqla mərkəzi post avadanlığı. Siyahıda göstərilən cihazlar qatar dispetçeri üçün avtomatlaşdırılmış iş yerini (QD AİY-АРМ ДНЦ) təşkil edir.

  2. Təhlükəsiz idarəetməni təmin edən mikro EHM, məlumatın daxil edilməsi və ekranda əksetdirilməsi cihazları, stansiyalarda və dəmir yollarında avtomatlaşdırma cihazlarının icraedici və idarə olunan elementləri ilə əlaqə yaratmaq üçün interfeys təhlükəsiz elementləri daxil olmaqla xətti nöqtə (məntəqə) avadanlığı (XN).

"Dialoq" DM sisteminin strukturu aşağıdakı kimidir:




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin