Dİkloran ® plus



Yüklə 26.89 Kb.
PDF просмотр
tarix29.05.2017
ölçüsü26.89 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

DİKLORAN 



®

 PLUS     xaricə istifadə üçün gel 

DICLORAN 



®

 PLUS 


 

 

Tərkibi 

Hər qram gelin tərkibində: 

Aktiv maddələr: 

Diklofenak 

dietilamin 

  11,61 


mq 

(10 mq natrium diklofenaka ekvivalentdir) 

Kətan toxumu yağı 

 

 



    30 mq 

Levomentol 

 

 

 



    50 mq 

Metilsalisilat 

 

 

 



  100 mq 

Köməkçi maddələr: 

Butilhidroksianizol 

 

 

   0,2 mq 



Butilhidroksitoluol 

 

 



      2 mq 

Benzil spirti 

 

 

 



   10 mkl 

Dinatrium edetat 

 

 

      1 mq 



Dietilamin 

 

 



 

  7,1 mkl 

Karbomer 980   

 

 



 10,8 mq 

Limon turşusu monohidrat 

 

      1 mq 



Makroqol qliserilhidroksistearat  

(Kremofor RH-40) 

 

 

    35 mq 



Propilenqlikol   

 

 



  100 mq 

Distillə suyu                        1 q-a qədər lazım olan 

 

Farmakoterapevtik qrupu 

Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP). 

 

Farmokoloji xassələri 

Xaricə istifadə üçün qeyri-steroid itihab əleyhinə preparatdır (QSİƏP). Yerli ağrıkəsici, iltihab əleyhinə  və 

antieksudativ təsir göstərir. QSİƏP olan diklofenak natrium və mestilsalisilatın təsir mexanizmi 

prostoqlandinlərin sintezini ləngitməsi ilə  əlaqədardır. Yerli istifadə zamanı oynaqlarda ağrını  və iltihabı, 

oynaqların səhər məhdudluğunu və şişkinliyini azaldır, hərəkət həcminin artmasına köməklik göstərir. Kətan 

yağının  əsas komponenti iltihab əleyhinə  təsirə malik olan α-linolen turşusudur. Levomentol sinir uclarını 

qıcıqlandırır, yerli yayındırıcı və yüngül ağrıkəsici təsir göstərir, preparatın tətbiq olunduğu nahiyədə sərinlik 

hissi yaradır. 



Farmakokinetika 

Yerli istifadə zamanı natrium diklofenak, metilsalisilat və kətan yağı sorularaq dərialtı birləşdirici toxumaya, 

əzələ toxumasına və oynaq kapsulasına nüfuz edir. 

 

İstifadəsinə göstərişlər 

- dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, psoriatik artrit, ankilozlaşan spondiloartrit, periferik 

oynaqların və onurğa sütununun osteoartrozu, sinir kökü sindromu ilə osteoxondroz, radikulit); 

- yumşaq toxumaların revmatik zədələnmələri (tendovaginit, bursit); 

- revmatik və qeyri-revmatik mənşəli əzələ ağrıları (eyni zamanda həddindən çox fiziki gərginlik nəticəsində 

yaranan); 

- yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (dartılma, gərginlik və zədələnmə nəticəsində). 

 

Əks göstərişlər 

Diklofenaka, metilsalisilata və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq, 

bronxial astma, burun və burunətrafı ciblərin selikli qişasının residivləşən polipozunun asetilsalisil turşusu və 

ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dözümsüzlük ilə (həmçinin anamnezdə) tam və ya 

natamam ahəngliyi, hamiləlik (III trimestr), laktasiya dövrü (ana südü ilə qidalandırma), uşaqlıq dövrü (6 yaşa 

qədər), dəri örtüklərinin tamlığının pozulması. 



 

İstifadə qaydası və dozası 

Xaricə istifadə üçündür! 



12 yaşından böyük uşaqlara və böyüklərə gündə 3-4 dəfə  dəriyə  çəkilir və yüngülcə sürtülür. Preparatın 

lazımı miqdarı  zədələnmiş sahənin ölçüsündən asılıdır. Preparatın birdəfəlik dozası - 2-4 q (4-8 sm tubun 

tam açılmış boynu zamanı). 6 yaşından 12 yaşına qədər uşaqlara gündə 2 dəfədən çox olmamaqla

preparatın birdəfəlik dozası 2 q-a qədərdir. 

Həkim məsləhəti olmadan müalicə müddəti 10 gündən artıq olmamalıdır. 

Preparatın uzun müddətə istifadəsi haqqında mümkünlük məsələsini həkim fərdi olaraq həll edir. 



 

Xüsusi göstərişlər 

Preparatı yalnız zədələnməmiş dəri nahiyəsinə çəkmək lazımdır, açıq yaralara düşməsinə yol verilməməlidir. 

Geli çəkdikdən sonra okklüzion sarğı ilə sarımaq lazım deyil. Açıq sahələrə uzunmüddətli çəkilməsi zamanı 

rezorbtiv təsiri nəticəsində sistem əlavə təsirlər yarana bilər. Preparatın gözlərə və selikli qişalara düşməsinə 

yol verilməməlidir. 

Preparatı qaraciyər və böyrək funksiyalarının ağır pozğunluqları, bronxial astma, hamiləliyin I və II trimestri, 

yaşlı xəstələrə 

ehtiyyatla

 təyin etmək lazımdır. 

 

Doza həddinin aşılması 

Məsləhət görülən dozada xaricə istifadə zamanı preparatın aktiv komponentlərinin çox kiçik sistem 

absorbsiyası praktiki olaraq doza həddinin aşılmasını qeyri-mümkün edir. Təsadüfən daxilə  qəbul zamanı 

sistem əlavə təsirlərin inkişafı mümkündür. Daxilə düşməsi zamanı müalicə: mədənin yuyulması, qusmanın 

induksiyası, aktivləşmiş kömürün qəbulu, məcburi diurez, simptomatik müalicə. Dinklofenakın qan plazması 

zülalları ilə yüksək dərəcədə birləşdiyindən (99%-ə qədər) dializ qeyri-effektivdir. 

 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri 

Diklofenak fotosensibilizasiya yaradan preparatların təsirini gücləndirə bilər. Digər dərman preparatları ilə 

kliniki əhəmiyyətli qarşılıqlı təsir təsvir olunmamışdır. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Preparat hamiləliyin III trimestrində  əks göstərişdir. Preparatın hamiləliyin I və II trimestrlərində istifadə 

məsələsi fərdi olaraq həll edilir. Preparatın laktasiya dövründə istifadə  təcrübəsi haqqında məlumat 

olmadığına görə preparatın bu dövrdə istifadəsi məsləhət görülmür. 

 

Əlavə təsirləri 



Yerli reaksiyalar: ekzema, fotosensibilizasiya, kontakt dermatit (işlənilmiş dəri sahəsində qaşınma, qızarma, 

şişkinlik, papulalar, vezikulalar, qabıqlanma). 



Sistem reaksiyalar: generalizəolumuş  dəri səpgisi, allergik reaksiyalar (örə, angionevrotik ödem

bronxospastik reaksiyalar). 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Preparat  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə  mənfi təsir 

göstərmir. 

 

Buraxılış forması 

30q gel alüminium və ya plastik laminə olunmuş tubda buraxılır. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya 

yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 il. 


Qutunun üzərində göstərilən yararlılıq tarixindən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz. 

 

 



Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 


Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

İstehsalçı 



«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə