Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə19/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   15   16   17   18   19   20   21   22   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Lentin nazikləşdirilməsi. Düzləndirilmiş lentlər xeyli səviyyədə qalın olur 
ki, onun nazikləşdirilməsi vacibdir. Bu proses xüsusi təyinatlı maşınlarda həyata 
keçirilir. Bu maşının dartıcı mexanizmi, zəif burma və sarıyıcı hissələri vardır. 
Dartıcı maşınlarda lentlər 6-30 dəfə dartılır. Qalınlığından asılı olaraq lentlər bir


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

24 
iki və üç ədəd nazikləşdirici maşınlardan keçirilir. Sonuncu maşında nazik bərabər 
səthli lent alınır ki, bu da əyrilmək üçün yararlı materialdır. 
Əyrilmə iplik və sapların quruluşu və xassələrinin formalaşdırılmasında 
həlledici rol oynayır. Əyrilmə prosesi nazikləşdirilmiş və uzunluğu boyunca 
hamarlaşdırılmış lent vəziyyətində olan lifli materialın istənilən yoğunluqda əyrilib 
kağız patrona və yaxud da ağacdan olan iyə sarınmalıdır. Bu proses həlqəli əyirici 
dəzgahlarda eşilərək sap vəziyyətinə salınır. Burulma zamanı liflər biri-birlərinə 
sıxılır, bunlar arasında sürtünmə qüvvəsi hesabına liflərin burulması baş verir. 
Burulma dərəcəsi yuxarı olduqca liflər bir-birlərini yaxşı sıxır. Burulma 
yüksəldikcə, ipliyin davamlılığı, elastikliyi və dartılması da yüksəlir. Lakin 
burulmanın səviyyəsi daha da çoxaldıqca, liflərin gərginliyi çoxalır və ipliyin 
dözümlülüyü azalır. 
Yun ipliyi həm xalis, həm pambıq və həm də kimyəvi liflərin qarışığı ilə 
istehsal olunur. Bu növ sapların alınmasında həm apparat və həm də daranma 
üsulundan istifadə edilir. Apparat üsulu ilə alınan yun sapları mahud parçalarının 
toxunmasında tətbiq olunur, özü də qısa yun liflərindən alınır. Apparat iplikləri 
müxtəlif keyfiyyət göstəricilərinə və yoğunluğa malik olduğunda müxtəlif xassə 
göstəricilərinə malik parçalar istehsal edilir. Apparat sapları yüksək xovluluq 
xassəsinə malikdir. Daranmış ipliyin əyrilməsində daha uzun liflərdən istifadə 
olunduğundan ipliyin səthi hamar, saya, yüksək sıxlıqlı və nazikliyə malikdir ki
bütün bunlar parçaların istehlak xassələrinə müsbət təsir göstərir. 
İpəyin əyrilməsinin də öz xüsusiyyətləri vardır. Təbii ipəkdən 3 növdə 
əyrilmə üsulundan istifadə olunur. Birinci halda ipək lifinin tör-töküntü darayıcı 
maşınlarda darandıqdan sonra lent halına salınır, bərabər gövdəli nazikləşdirilmiş 
lent əyrilmə prosesinə verilərək sap halına salınır. Ikinci üsul apparat əyrilməsidir, 
üçüncüsü isə baramanın isladılıb birbaşa əyrilməsi yolu ilə ipək sapının 
alınmasıdır. 
Parça sənayesində kompleks və monosaplardan da istifadə edilir. Bunlar təbii 
ipəkdən, kimyəvi saplardan buruqlarının sayı müxtəlif olmaqla müxtəlif quruluşa 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin