Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
28
3. Komvol yun parçaların keyfiyyətinin toxunma və bəzəndirilmə prosesində
formalaşdırılması
Malların keyfiyyətinin formalaşdırılmasına
təsir edən obyektiv amillər
sırasında texnoloji proses vacib rol oynayır. O cümlədən, hər bir növ parçanın
istehsalında keyfiyyətli xammal və materiallarla yanaşı,
toxunma prosesinin də
həlledici əhəmiyyəti vardır. İstehlak üçün vacib sayılan yararlı xassələrin
əksəriyyəti toxunma prosesində formalaşdırılır. Parçaların toxunmasının özü
hazırlıq əməliyyatlarına və toxunmanın özünə ayrılır.
Ümumiyyətlə, parça
polotnosu 2 sistem, yəni əriş və arğac saplarının dəzgahlarda çarpazlaşması
nəticəsində alınan material hesab olunur.
Hazırlıq əməliyyatı əriş və arğac saplarının toxunmaya hazırlanması kimi
başa düşülür. Burada həm əriş saplarının və həm də arğac saplarının
toxunmaya
hazırlanmasını bir-birlərindən fərqləndirmək lazımdır. Əriş saplarının toxunmaya
hazırlıq əməliyyatı sarınmadan, şlixtalandırmadan və remizkalaşdırmadan
ibarətdir.
Sapların sarınması prosesi sarıyıcı maşınların köməyi ilə həyata keçirilməklə
xırda və iri babinlərə sarınmaqla başa çatdırılır. Məqsəd isə sapların
uzunluğunun
artırılmasından ibarətdir. Sapın babinlərə sarınması zamanı müəyyən səviyyədə
dartılmaya məruz qalır, düzləndirilir, bu isə onun quruluşunun formalaşdırılmasına
şərait yaradır. Sarınma zamanı sapın gövdəsindəki lif qır-qırıntıları, zibillər
tökülür, gözəçarpan nöqsanlar aradan qaldırılır. Daha sonra əriş sapı
müəyyən
qaydada çoxlu sayda kələfin sarıyıcı maşınların köməyi ilə sarıyıcı vala dərilir.
Şlixtovlaşdırma dedikdə əriş saplarına yüksək hamarlılıq, davamlılıq vermək
üçün yapışqanlı və yumşaldıcı tərkibə malik olan maddə vasitəsilə hopdurulur.
Toxunma zamanı sapların qırılmasının qarşısının alınmasında şlixtalaşdırıcı
maddənin rolu çox böyükdür.
Bunun
üçün
nişastadan, həlməşikdən,
poliakrilamiddən, karboksimetilsellülozadan, dülgər yapışqanından istifadə olunur.
Liflərin növündən asılı olaraq şlixtanın tərkibi də müxtəlifdir.