Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə23/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   19   20   21   22   23   24   25   26   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

29 
Remizkalama zamanı əriş sapının hər birisinin remizkanın gözündən 
keçirilməsi prosesi yerinə yetirilir. Adətən remizkanın sayı toxunacaq parçanın 
naxışlarının sayından asılıdır. 
Arğac 
sapının 
hazırlanması 
prosesi 
onun 
məkiyə 
sarınması 
və 
rütubətləndirilməsindən ibarətdir. Bu zaman arğac sapı zibildən təmizlənir, bir 
neçə əyrilmə nöqsanlarından kənar olunur, habelə sapın uzunluğu çoxaldılır. Arğac 
sapının rütubətləndirilməsində məqsəd qırılmanın azaldılmasından ibarətdir ki, 
bunu da ya buxara verilməklə və yaxud da emulsiya iştirakı ilə emal edilməklə 
başa çatdırırlar. 
Parçanın quruluşu və xassələri əsasən toxunma prosesində formalaşdırılır. 
Toxunma xüsusi dəzgahlarda əriş və arğac saplarının bir-birləri ilə növbəti 
qaydada çarpazlaşdırılması hesabına yaradılır. Parçaların toxunmasında müxtəlif 
növ toxucu dəzgahlardan istifadə edilir. Ən çox avtomaşın çelnoklu toxuculuq 
dəzgahlar işlədilir. Belə ki, çelnokların sayından (bir çelnoklu, çox çelnoklu) asılı 
olaraq avtomaşın olaraq onların yeri dəyişdirilməklə toxunma prosesi aparılır. 
Çoxsaylı çelnoklu toxuculuq dəzgahları müxtəlif rəngli, lif tərkibli, müxtəlif 
quruluşlu arğac saplarından parçaların toxunmasında tətbiq edilir. Daha mürəkkəb 
naxışlı parçaların toxunmasə zamanı əriş sapları daha çoxsaylı remizkalardan (10-
20) istifadə edilir. Remizkaların qaldırılması zamanı arabacıqlardan istifadə edilir.. 
Mürəkkəb naxışlı parçaların toxunması üçün Jakkard toxucu dəzgahları tətbiq 
edilir. Jakkard fransız mexanikidir, onun ixtira etdiyi toxuculuq dəzgahında 
remizka əvəzinə nazik qaytandan istifadə edilir ki, bunun da sayı əriş saplarının 
sayına bərabər olur. Hər bir qaytana aşağıdan gözcük yapışdırılır ki, buradan əriş 
sapları keçir. Əriş sapları xüsusi sistemli qarmaqlarla aşağı və yuxarı qaldırılaraq, 
istənilən naxışlı parça yaradılır. 
Parçanın toxunması prosesində sapların növündən, toxuculuq dəzgahından və 
doldurulma parametrlərindən, məsələn, polotnonun enindən 10 sm sahəyə düşən 
əriş və arğac saplarının sayından, toxunuş naxışından asılı olaraq parçanın 
quruluşunun əsas xarakteristikası müəyyən edilir. İstənilən quruluşa malik olan 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin