Dİplom iŞİ



Yüklə 1.23 Mb.
Pdf просмотр
səhifə1/6
tarix16.07.2017
ölçüsü1.23 Mb.
  1   2   3   4   5   6

 

 

 



DİPLOM İŞİ                                                     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2015 

MƏMMƏDOVA NƏRMİN  

 

AZƏRBAYCAN DÖVLƏT 



İQTİSAD UNİVERSİTETİ                              

ƏMTƏƏŞÜNASLIQ  FAKÜLTƏSİ            

RƏHBƏR – CƏFƏROVA AFƏT M.

 

01.01.2015 

KOMVOL YUN PARÇALARIN 

KEYFİYYƏTİNİN ESKPERTİZASI 

 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

 

АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ 

 

АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ 

 

 

Факултя : «Ямтяяшцнаслыг» 



Ихтисас : «İstehlak mallarının ekspertizası və marketinqi» 

 

 

Б У Р А Х Ы Л Ы Ш   И Ш И 



Мювзу:

 «Komvol yun parçaların keyfiyyətinin ekspertizası»

 

 

Ишин рящбяри:  

b/m Cəfərova A.M.

 

Тялябя:          

Məmmədzadə Nərmin       

 

Бюлмя:         

 азярбайжан 

 

Груп:            

qr.310

 

 

«Тясдиг едирям» 



Кафедра мцдири :__________ prof.Ə.P.HƏSƏNOV 

«___» __________ 

 

 

 



 

Б А К Ы   201

 

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

 

 

MÜNDƏRİCAT 

 

 

 

 



 

 

   Giriş .......................................................................................................3 

 

I Fəsil. 

Nəzəri icmal.................................................................................6 

 

1.Komvol yun parçaların keyfiyyətinə qoyulan ümumi istehlak 

tələbləri və istehlak xassələrini formalaşdıran amillər. 

 

2. Iplik və sapların quruluşunun istehsal prosesində 

formalaşdırılmasının keyfiyyətə təsiri .......................................19 

 

3. Komvol yun parçaların keyfiyyətinin toxunma və 

bəzəndirilmə prosesində formalaşdırılması ...............................27 

II Fəsil.  Tədqiqat üçün metodika və obyektin seçilməsi .....................32 

1.Komvol yun parçaların keyfiyyət səviyyəsinin               

qiymətləndirilməsi metodları. 



2.Məhsulun keyfiyyətinin idarə  edilməsinin   

aspektləri...................................................................................39 



III Fəsil.  Komvol yun parçaların keyfiyyətinə nəzarətin təşkili ..........56 

1.Komvol yun parçaların əzilməyə,cirilmya, sürtünməyə qarşı 

davamlılığının təhlili. 



2.Komvol yun parçaların standartlaşdırılması və keyfiyyətinə 

nəzarət .......................................................................................71 



3.Komvolyun parçaların keyfiyyət səviyyəsinin 

qiymətləndirilməsi və sortlaşdırılması prinsipləri .....................76 

Nəticə və təkliflər ......................................................................79 

İstifadə edilmiş ədəbiyyat siyahısı .............................................83 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

 

 

 

GİRİŞ 

 

Toxuculuq malları qeyri-ərzaq malları içərisində özünəməxsus yer tutur. Ona 

görə  də  inkişaf  etmiş  hər  bir  ölkədə  əhalinin  tikili  mallara  olan  tələbatının 

ödənilməsi,  birinci  növbədə,  parça  istehsalının  düzgün  istiqamətləndirilməsindən, 

yeni xammal növlərinin istifadəsindən, buraxılan parçaların çeşidi və keyfiyyətinin 

yaxşılaşdırılması  problemlərinin  həllindən  çox  asılıdır.  Keçmiş  SSRİ  məkanında, 

bütövlükdə  desək,  parça  istehsalında  elə  bir  həll  edilməmiş  problemlərin  sayı  o 

qədər  də  çox  olmamışdır.  Odur  ki,  ədəbiyyat  mənbələrindən  göründüyü  kimi, 

keçmiş  sovetlər  birliyi  ümumi  parça  malları  istehsalına  görə  Avropa  ölkələri 

içərisində  birinci,  dünyada  isə  ikinci  yerdə  dururdu.  Statistik  rəqəmlərə  nəzər 

salsaq görərik ki, ötən əsrin 70-ci və 80-ci illərində keçmiş SSRİ məkanında 10-12 

mlrd.m


2

  parça  malları  istehsal  edilmişdir.  O  cümlədən  respublikamızın  parça 

sənayesinin  də  bu  sahədə  özünəməxsus  payı  olmuşdur.  Demək  olar  ki, 

respublikamızda  1970-1980-ci  illərdə  parça  sənayesi  digər  sənaye  sahələri  ilə 

yanaşı  formalaşmış  və  inkişaf  etmişdir.  Bir  neçə  iri  istehsal  müəssisələri  yenidən 

qurulmuş,  bəziləri  isə  tikilib  istifadəyə  verilmişdi.  Bunun  üçün  toxuculuq 

sənayesində  təbii  liflərlə  yanaşı,  süni  və  sintetik  liflərdən  də  istifadə  olunmanın 

səviyyəsi  durmadan  artırılmış  və  yuxarıda  qeyd  edildiyi  kimi  bu  sahədə  mövcud 

olan problemlər öz  həllini tapa bilmişdi.  Lakin sovetlər birliyinin dağılması bütün 

sahələrdə  olduğu  kimi,  parça  malları  istehsalında  daha  mürəkkəb  çətinliklərin 

yaranmasına  gətirib  çıxardı.  Bu  cəhətdən  də  respublikamızın  parça  istehsalı  ilə 

məşğul  olan  müəssisələri  demək  olar  ki,  ilbəil  geriləməyə  başladı.  Bir  vaxtlar 

özünəməxsus  şöhrət  qazanmış  Bakı  Komvol  Kombinatı,  zərif  mahud  parçalar 

istehsal edən kombinat, Hacı Zeynalabdin adına Bakı parça Kombinatı hal-hazırda 

özünün çətin dövrünü keçirirlər. 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

Son  dövrlərdə  əhalinin  parça  mallarına  olan  tələbatı  ancaq  xarici  ölkələrdən 

gətirilən  parça  hesabına  ödənilir.  Hazırda  respublikamızın  istehlak  bazarına  parça 

materialları  Rusiya,  Türkiyə,  İngiltərə,  Çin,  Fransa,  İtaliya  və  digər  Avropa 

ölkələrindən gətirilir. Lakin hələ də bir çox parça növlərinə olan əhali tələbatı tam 

ödənilməmiş  olaraq  qalır,  xüsusilə,  pambıq  parçalara  olan  tələbatın  ödənilməməsi 

buna  misaldır,  təbii  ipək  parçaların  çeşidi  və  keyfiyyəti  də  müasir  dövrün 

tələbatına cavab vermir. 

Əmtəəşünaslıq  praktikasında  parçalara  xas  olan  fiziki,  kimyəvi,  fiziki-

kimyəvi  xassələrdən  elələri  vacib  hesab  edilir  ki,  bunlardan  parçaların  xidmət 

müddəti,  gigiyenikliyi  və  onun  xarici  görünüşü  asılı  olsun  və  belə  xassələr  də 

istehlak xassələri adlanır. 

Bütün parçalar kimi yun parçaların da keyfiyyətinə müəyyən tələblər qoyulur. 

Onların  qalınlığı,  xarici  tərtibatı  təyinatına  uyğun  olmalıdır,  lazımi  gigiyenik 

tələblərə  cavab  verməli,  fiziki-mexaniki  təsirlərə  qarşı  davamlı  olmalıdırlar.  Belə 

parçalar  istini  yaxşı  saxlamaq  qabiliyyətinə  malik  olmalı,  insanın  normal  həyat 

şəraitinə  pis  təsir  göstərməməli,  forma  saxlama  qabiliyyətinə  malik  olmalıdır. 

Onlardan hazırlanan paltarlar kifayət qədər uzunömürlü olmalıdır.  

Deməli,  tikili  malların  istehsalı  zamanı  komvol  yun  parçaları  müxtəlif 

texnoloji tələbləri tam ödəməlidir. 

Komvol  yun  parçaların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  də  hazırki 

şəraitdə ən vacib problemlərdən biridir. Belə ki, respublikamızın istehlak bazarına 

müxtəlif  ölkələrdən  müxtəlif  növ  parçalar  daxil  olur  ki,  bunların  da  keyfiyyət 

səviyyəsi bir-birlərindən çox fərqlənir. Odur ki, bu parçaların keyfiyyətinə nəzarət, 

keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin düzgün təşkil edilməsi çox  vacibdir. 

Xüsusilə, komvol yun parçaları bu cəhətdən özünəməxsus yer tutur. Ümumiyyətlə, 

hər bir növ parçanın keyfiyyət səviyyəsi qiymətləndirilərkən onun təyinatı əsas yer 

tutur.  Hələlik  eyni  lif  tərkibinə  və  quruluşuna  malik  olan  parçalar  müxtəlif 

bəzəndirilmə  prosesində,  ola  bilsin  ki,  müxtəlif  istehlak  xassələrinə  malik  olan 

parçalar  halına  salınmış  olsun.  Odur  ki,  parçaların  keyfiyyət  səviyyəsi 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

qiymətləndirilərkən xassələr seçildikdə, ilk növbədə, onun təyinatı, istehlak şəraiti, 

lif  tərkibi  nəzərə  alınmalıdır  ki,  vacib  xassələrin  siyahısı  buna  müvafiq  olaraq 

seçilmiş olsun.  

Hazırki  diplom  işi  dissertasiyasında  da  çalışmışıq  ki,  yuxarıda  göstərilən 

məsələlərə  aydınlıq  gətirə  bilək.  Dissertasiya  işində  yun  parçaların  istehlak 

xassələri  və  ona  təsir  edən  amillər,  yun  parçaların  keyfiyyət  səviyyəsinin 

qiymətləndirilməsi  metodları  yun  parçaların  keyfiyyətinin  idarə  edilməsi 

prinsipləri,  keyfiyyətin  qiymətləndirilməsininmetodoloji  əsasları,  habelə  yun 

parçaların bəzi mexaniki xassələrinin təhlili məsələləri nəzərdən keçirilmişdir. 

 

 

 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

 

 

 

                                      I FƏSİL. NƏZƏRİ İCMAL 

1.Komvol yun parçaların keyfiyyətinə qoyulan ümumi istehlak tələbləri və 

istehlak xassələrini formalaşdıran amillər. 

Komvol  yun  parçaları  kompleks  faydalı  xassələrin  məcmusunu  özündə 

birləşdirir.  Bu  xassələrin  bir  qrupu  parçalardan  məmulat  hazırlayanda  lazım  olur 

ki,  bunlara  texnoloji  xassələr  deyilir.  Bir  qrup  xassələr  istismar  zamanı  meydana 

çıxdığından  istismar  xassələri  adlanır.  Istismar  xassələrindən  fərqli  olaraq, 

parçaların  istehlak  xassələri  anlayışı  da  mövcuddur.  Bəzi  müəlliflər  istehlak 

xassələri  ilə  istismar  xassələrini  eyniləşdirirlər.  Lakin  qeyd  etmək  lazımdır  ki, 

istehlak xassələri istismar xassələrindən geniş məfhumdur. Belə ki, parçaların bəzi 

xassələri  onların  keyfiyyətini  qiymətləndirərkən  nəzərə  alınmır.  Amma  istehlak 

zamanı həmin xassələr özünü büruzə verir. 

 

Ümumiyyətlə, komvol yun parçaların istehlak xassələri aşağıdakı qruplara bölünür: 



1)  komvol yun parçaların xidmət müddətinə təsir edən istehlak xassələri; 

2)  komvol yun parçaların gigiyenikliyinə təsir edən istehlak xassələri; 

3)  komvol yun parçaların xarici görünüşünə təsir edən istehlak xassələri; 

4)  komvol yun parçaların emalı zamanı lazım olan istehlak xassələri. 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

Toxuculuq  mallarının  istehlak  xassələrinin  əsasını  onların  təbii  xassələri 

təşkil  edir.  Məlum  olduğu  kimi,  parçaların  istehlak  dəyərini  təşkil  edən  bütün 

xassələr  məcmusu  kompleks  halda  götürülərək  istehlak  xassələri  adlanır.  Lakin 

müasir  ədəbiyyatlarda  malların  istehlak  dəyəri  anlayışının  daha  çoxcəhətli 

olduğunun dönə-dönə izah edildiyini də bilirik. 

V.P.Skliyannikovun,  V.Q.Parxomenkonun  və  digər  əmtəəşünas  alimlərin 

müəllifliyi  ilə  yazılan  dərsliklərin  köməyi  əsasında  toxuculuq  mallarının  istehlak 

xassələri haqqında daha məqsədyönlü fikrə gəlmək olur.  

Toxuculuq  malları  arasında  parçaların  istehlak  xassələrinin  öyrənilməsinə 

daha çox üstünlük verilir. Çünki bu qrup toxuculuq malları xalq istehlakında geniş 

tətbiq  edilir,  həm  də  əmtəəşünaslığın  bir  çox  nəzəri-metodoloji  məsələlərinin 

parçalar  üzrə  nəzərdən  keçirilməsi  onun  başqa  qrup  toxuculuq  mallarına  da  aid 

edilməsini asanlaşdırır. 

Komvol  yun  parçaların  istehlak  xassələri  dedikdə,  onların  müəyyən  təyinat 

üzrə  istifadə  edilməsi  mümkünlüyünü  şərtləndirən  xassələrin  məcmusu  başa 

düşülür. Bu xassələr parçaları təşkil edən materialların təbii xassələrindən, həm də 

süni,  sintetik  üsullarla  və  ya  texnoloji  emal  yolu  ilə,  onları  istehlak  üçün  yararlı 

hala  salmaq  məqsədi  ilə  dəyişdirilən  və  ya  təkmilləşdirilən  xassələrinin 

xarakterindən  asılı  olur.  Əslində,  parçanın  istehlak  dəyərini  təşkil  edən  həmin 

xassələr  özlüyündə  fiziki,  kimyəvi,  bioloji  və  estetik  xassələrin  məcmusundan 

ibarət olur. 

Qeyd  etmək  lazımdır  ki,  komvol  yun  parçaların  istehlak  xassələri,  birinci 

növbədə,  onların  təyinatına  nəzərən  öyrənilməlidir  və  bu  bütün  imkanlarda 

parçaların 

funksional 

cəhətdən 

əhali 


tələbatını 

ödəyən 


xassələrinin 

yaxşılaşdırılmasına 

xidmət 

etməlidir. 



Texnoloji 

tələbat 


və 

texnoloji 

təkmilləşdirmələr  isə  buna  tabe  edilirlər.  Parçaların  funksional  xassəsi  onların 

konkret  olaraq  müəyyən bir tələbi ödəmək xassəsidir.  Lakin  yeri  gəlmişkən, qeyd 

etmək  lazımdır  ki,  parçaların  ticarət  çeşidi  bir  geyim  materialı  kimi  onların 

xassələrinin  zəngin  olmasına  və  müxtəlif  təyinat  üçün  işlədilə  bilməsini  təmin 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 



 

etməyə  yönəldilir.  Yəni  çalışmalıyıq  ki,  müəyyən  bir  artikulda  parça  daha  çox 

növlərdə  geyim  nümunələrinin biçilib tikilməsi  üçün  yararlı olsun. Əlbəttə, bu bir 

tərəfdən  yaxşıdır.  Lakin  təcrübə  göstərir  ki,  parçalarda  istehlak  xassələrinin  bu 

istiqamətdə  təkmilləşdirilməsi  onların  çeşidini  məhdudlaşdırır.  Bu,  parçaların 

mənəvi  cəhətdən  tez  köhnəlməsinə  səbəb  olur,  az  bir  dövr  ərzində  parçalar  öz 

rənginə, tərtibatına, kaloritinə görə əhalinin istək və arzularından, alıcılıq tələbinin 

inkişafı  səviyyəsindən  geri  qalır.  Buna  görə  də  parçaların  təyinat  üzrə  çeşidinin 

çoxaldılması,  onların  funksional  xassələrinin  konkret  bir  tələbat  mövqeyindən 

formalaşdırılmasına  səy  göstərilməsi  işi  daha  perspektivli  hesab  edilməlidir.  Bu 

deyilənləri  nəzərə  alaraq  parçaların  istehlak  xassələrini  ətraflı  təhlil  etmək  üçün 

həmin  xassələrin  V.P.Skliyannikovun  təklifi  üzrə  təsnif  edilməsi  məqsədyönlü 

hesab edilir. 

Əhali tələbini ödəmək mövqeyindən müəllif parçaların istehlak xassələrini üç 

sinfə bölür: 

1.  Maddi tələbatı ödəyən xassələr; 

2.  Qeyri-maddi tələbləri ödəyən xassələr; 

3.  Mövsümi (dövrü) tələbləri ödəyən xassələr. 

Bunlardan  insanın  maddi  tələbatının  ödənilməsi  “İnsan-məmulat-mühit” 

sistemində  həyata  keçirilir.  Müşahidə  zamanı  aydın  olur  ki,  parçaların  insan 

tələbatını  ödəməsi  istehlakçının  cins,  yaş,  peşə  görkəmindən,  onun  mənəvi 

səviyyəsindən,  onun  seçdiyi  milli  ənənədən,  iqlim  şəraitindən,  mövsümdən, 

modanın inkişaf istiqamətindən, həm də parşadan tikilməsi lazım gələn məmulatın 

növündən  və  istehlak  şəraitindən  daha  çox  asılı  olacaqdır.  Əlbəttə,  bu 

çoxcəhətliliyi  aydınlaşdırmaq  üçün  parçaların  insan  tələbatını  müəyyən  fiziki 

mühitdə  ödədiyini,  həmin  fiziki  mühitin  insanla  əlaqədə  olduğunu  və  parçanın 

utilitar  xassələrə  malik  olması  zəruriliyini  nəzərə  almaq  lazımdır.  Zahirən  belə 

görünür ki, fiziki mühit maddi tələbatın ödənilməsində rol oynamır. Lakin insanın 

istirahət etdiyi, işlədiyi, yolda olduğu və s. istər-istəməz onun geyimi üçün spesifik 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

10 



 

istehlak  mühiti  yaradır  və  bu  parçaların  və  onlardan  tikilən  məmulatın 

köhnəlməsinə çox müxtəlif səviyyədə təsir göstərir. 

Qeyd  etmək  lazımdır  ki,  parçaların  ənənəvi  (faydalılıq)  xassələri  əsasən  üç 

qrupda  istehlak  tələblərinin  ödənilməsinə  təminat  verir.  Bunlar  da  özlüyündə 

antropometrik, fizioloji və gigiyenik tələblər adlandırırlar. 

Antropometrik  tələblər  parçanın  ölçü  göstəricilərinin  ondan  tikilən  geyimin 

insan qamətinin ölçülərinə uyğun tikilməsini təmin etməyi nəzərdə tutur. Bu şərtlər 

əsasən  tikili  mallara  aid  bölmədə  daha  ətraflı  öyrənilir.  Lakin  burada  da  parçanın 

məmulata  çevrilməsi  zamanı  onun  itkisinin  minimuma  endirilməsi  imkanı  nəzərə 

alınmalıdır.  Bu  da  parçanın  eninin,  bəzək  və  güllərinin  formasının  və  digər 

şərtlərinin optimallaşdırılmasını tələb edir. 

Fizioloji tələblərdə parçanın  insan qamətini  yükləməsini,  insanın  fəaliyyətini 

məhdudlaşdıra,  kütləşdirə  bilən  cəhətlərin  azaldılması  nəzərdə  tutulur.  Məsələn, 

parçaların  qalınlığı,  codluğu,  daha  çox  nazik  olması,  deformasiya  zamanı 

strukturunun  dəyişməsi,  saplarının,  tikilişinin  sürüşməsi  və  bu  kimi  şərtlər  burada 

nəzərə  alınır.  Məsələn,  xarakterizə  etdikdə  aydın  olur  ki,  323736,  32391,  32396, 

32496,  32188  artikullarda  yun  parçalar  çox  nazikdir,  əziləndir,  onların  tikişləri 

qırışır.  Belə parçaların bərk dartılması onların strukturunu  dəyişir.  Bu parçalardan 

hazırlanmış  geyimləri  istehlak  edərkən  istehlakçılar  öz  bədən  hərəkətlərini 

məhdudlaşdırmalı  olurlar.  Belə  parçalardan  bədənə  kip  yapışan  geyim 

nümunələrinin tikilməsi məsləhət görülmür. 

Komvol  yun  parçaların  gigiyenik  tələbləri  ödəməsi  üçün  onların  hava 

keçirməsi,  buxar  keçirməsi,  hiqroskopikliyi,  çirklənməsi,  çirkdən  təmizlənməsi, 

şüa  keçirməsi,  elektriklənməsi  (kimyəvi  maddədən  alınan  lifli  parçalarda  bu  daha 

çox  nəzərə  çarpır),  bədən  qıcıqlandırması  və  bu  kimi  xassələrə  nəzarət  edilir. 

Bunlar həmin parçalar üzrə hazırlanan geyimlərdə insanın hissi rahatlığını, normal 

fəaliyyətini və iş qabiliyyətini təmin etməyi nəzərdə tutur. 

Parçaların  hər  biri  insanın  əşya  mühitinin  elementlərindən  bir  olur.  O,  insan 

bədəni  ilə  təmasda  olur.  O,  əşya  mühitinə  daxil  olmaqla  insanın  yuxarıda  adı 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

11 



 

çəkilən  maddi  tələbatənə  ödəyir.  Belə  ki,  hər  bir  parça  nümunəsi  və  ondan 

hazırlanan  məmulat insanın antropometrik, fizioloji, gigiyenik tələblər üzrə maddi 

tələbatının konkret sahə üzrə daha yüksək səviyyədə ödənilməsini təmin etməlidir. 

Məsələn,  geyimdirsə,  unsan  bədəninin  normal  fəaliyyətinə  təminat  verməli, 

qiymətin  ölçülməsinə  və  formasına  tam  uyğun  gəlməlidir  və  müəyyən  funksiyanı 

yerinə yetirməlidir. Orqanizmə mənfi təsir göstərməməlidir. Beləliklə, parça insan 

üçün  əşya  mühitinin  yaradılmasında  ən  yararlı  istehlak  şeyləri  kimi  iştirak 

etməlidir. 

Parçanın  xassələri  insanın  iqlim  şəraiti  ilə  əlaqəsinin  elementi  kimi  özünü 

göstərməsi çox təbii haldır. Belə ki, “insan-məmulat-təbii iqlim şəraiti” sistemində 

geyim  insanın  orqanizminin  mühitlə  əlaqəsi  vasitəsi  olur.  Bu  bir  tərəfdən  insanı 

mühitin  kəskin  təsirlərindən  mühafizə  etmək,  digər  tərəfdən  isə  mühitlə  rabitə 

yaratmaq məqsədi güdür. Özü də bu baxımdan parça və ya ondan olan geyim ətraf 

mühiti  hava-nəmlik  şəraitindən,  hərarətindən,  təmizliyindən  və  bir  sıra  digər 

parametrlərindən  asılı  olaraq  seçilir.  Burada,  deməli,  parça  fiizki-mexaniki 

davamlılıq xassələrinə, mühitlə rabitə yaradan xassələrə malik olmalıdır. Məsələn, 

bədəni  mexaniki  təsirlərdən,  zədədən,  istilikdən,  rütubətdən,  birbaşa  günəş 

şüasından  mühafizə  etmək  üçün  parçanın  dartılmaya,  sürtülməyə,  cırılmaya, 

deşilməyə,  deformasiyaya,  əzilməyə,  qatlanmağa,  sökülməyə  qarşı  davamlılığı 

təmin  edən  xassələri,  həm  də  istilik,  işıq,  rütubət  təsirindən  mühafizə  qabiliyyəti 

olmalıdır. 

Ətraf mühitlə qaz-nəmlik əlaqələrini qurmaq üçün parçalar hava keçirmək, su 

keçirmək xassələrinə, bir sözlə, sorbsiya və keçirmə xassələrinə malik olmalıdır. 

Parçalarda  belə  xassələrə  onların  təyinatından  asılı  olaraq  çox  müxtəlif 

formada  üstünlük  verilir.  Xüsusilə  mövsümi  istifadə  ilə  əlaqədar  olaraq  parçalar 

yaxşı  hava  keçirən,  tənəffüsü  asanlaşdıran  olmalıdırlar.  İsti  vaxtlarda  parçalar 

geyimdə  istilik-mühafizə  materialı  kimi  çıxış  edə  bilir.  Məsələn,  xarici  mühitdə 

40ºC  hərarət  olan  şəraitdə  kostyumun  səthində  39ºC,  kostyumla  dəyişən  arasında 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

12 



 

37ºC,  dəyişiklə  alt  dəyişəyi  arasında  36ºC,  dəyişiklə  bədən  arasında  isə  33ºC 

olmalıdır. 

Parçanın  kütləsi,  çəkisi,  sıxlığı,  codluğu  göstəriciləri  isə  onun  qamətin 

fəaliyyətinə təsirini müəyyən edir. 

Beləliklə,  aydın  olur  ki,  parçalar  və  onlardan  olan  məmulat  insanla  ətraf 

mühitin  təbii  iqlim  şəraiti  arasında  əsas  rabitə  vasitələrindən  biri  olur.  Bu  da 

ticarətə  daxil  olan  parçaların  konkret  təyinat  üzrə  növlərinin  çoxaldılmasını  tələb 

edir. 

Komvol yun parçaların xassələrinin insanın ətraf mühitlə əlaqəsinin elementi 



kimi  özünü  göstərməsi  yuxarıda  qeyd  edilən  mühafizə  xarakterli  əlamətləri 

qiymətləndirmək üçün vacibdir. Bu cəhət insanın yaşadığı maddi (əşya) mühitinin 

insana  göstərə  bildiyi  təsirləri  xarakterizə  edir.  Əşya  mühiti  insanın  əhvalına, 

mənəvi  aləminə,  fiziki  və  bioloji  fəaliyyətinə  müsbət  təsir  etdiyi  kimi  mənfi 

cəhətdən  də  təsir  edə  bilər.  Parçalarda  əsasən  bu  mexaniki  təsirlərdən  (turşu, 

qələvi,  çirk  mühiti),  fiziki  amillərdən  (istilik  şüalanması,  elektrikləşmə),  bioloji 

təsirlərdən  (həşəratlardan)  mühafizə  qabiliyyətini  nəzərdə  tutur.  Bundan  əlavə, 

parçaların əşya mühitində digər funksiyalarını da nəzərə almaq lazımdır. Məsələn, 

tül  pərdə  məmulatı  otağı  günəş  şüasından  mühafizə  edir,  həm  də  səsi  udur.  Ev 

əşyaları kimi müxtəlif tələbləri ödəyə bilir. 

Komvol  yun  parçaların  qeyri-maddi  tələbatını  ödəmək  xassələri  özü  də 

onların  maddi  tələbatı ödəməsi  və  ya əşya  mühitinin təşkili  ilə əlaqədar baş  verir. 

Burada  adamların  hissi  qavrama  qabiliyyəti  ilə  əlaqədar  olan  tələblər  əsas 

götürülür. Komvol yun oarçalarda hissi qavramaya aid olan cəhətlər qeyri-material 

xassələri  adlandırılır.  Məsələn,  parçaların  gözəlliyi  haqqında  alıcıların  təsəvvürü 

bir  qədər  formalaşmalı,  sonra  isə  müşahidə  ilə  parçaların  naxışına,  rənginə, 

materialına  və  ondan  hazırlanacaq  məmulatın  formasına  müvafiq  olaraq  onun 

estetikliyi, hissi qavranmalı, insanın bütün hiss üzvlərinə müvafiq olaraq xoşagələn 

təəssürat doğurmalıdır. Alıcılar parçanı seçərkən ondan mənəvi ləzzət də almalıdır. 

Bu baxımdan biz  gözəllik anlayışı  ilə daha çox  rastlaşırıq ki, bu da estetikanın ən 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

13 



 

mühüm kateqoriyalarından biridir. Buna görə estetik tələbləri yaratmaq və parçalar 

üzrə  həmin  tələblərin  mənəvi  ödənilməsini  təmin  etmək  üçün  bu  materialların 

qeyri-maddi  tələbləri  ödəyən  xassələrini  qiymətləndirmədə  nəzərə  almalıyıq. 

Həmin  xassələri  isə  müəllif  V.P.Skliyannikov  toxuculuq  materiallarına  müvafiq 

olaraq aşağıdakı qruplara bölür: 

1.  Parçaların estetik xassələri; 

2.  Parçaların xassələrində xoşagəlmə kateqoriyaları. 

Parçalara  həm  də  dekorativ-tətbiqi  incəsənət  nümunələri  kimi  baxılır.  Onlar 

özlüyündə adamların estetik tələbatını ödəyə bilən estetik dəyərə, sambala, nüfuza 

malik  olmalıdır.  Bu  xassə  bir  sıra  yun,  ipək  və  pambıq  parçalarda  daha  çox 

üstünlük  təşkil  edir.  Məsələn,  yun  parçalar  istər  gigiyenikliyinə  və  istərsə  də 

istismar  xassələrinə,  ucuzluğuna  görə  bütün  digər  parçalardan  üstün  olur.  Yəni 

onların  istehlak  xassələri  onlara  qoyulan  qiyməti  daha  yüksək  səviyyədə  ödəyə 

bilir.  Kamvol  yun  parçalar  onlardan  hazırlanan  məmulatın  insana  daha  zəif, 

yaraşıqlı  görkəm  verməsinə,  material  mühitinin  təşkilinin  ətraf  mühitlə  əlaqəsini 

təmin  etməsinə,  mənəvi-bədii  tərtibat  üsullarını  daha  yaxşı  nümayiş  etdirməsinə, 

cəlbedici  olmasına  görə  yeri  gəldikcə  istehlakçı  rəğbətini  daha  yüksək  hərarətlə 

qazana bilir. 

Parçaların  estetikliyi  həm  də  onun  funksional  xassələri  ilə  əlaqədə  olur.  O, 

harmoniyanın  ümumi  qanunlarına,  üslub  tərtiblərinə,  milli  ənənələrə,  modanın 

tələblərinə, fərdi zövqə, intellektual yaradıcı kompozisiyaya daha çox uyğun gəlir. 

İntellektual  yaradıcı kompozisiya  istehlakçıların öz zövqü əsasında  yaradılan əşya 

mühitinin estetik təzahürünü (təsirini) ifadə edir. 

Bütün  bu  deyilənlər  parçaların  modalılığı  haqqında  əmtəəşünaslıq  biliyinin 

genişləndirilməsini və işdə istifadə edilməsini zəruri edir. 

Əlbəttə,  burada  nəzəri  ədəbiyyatlar  üzrə  verilən  materialları  yenidən 

ümumiləşdirməyə ehtiyac yoxdur. Lakin yadda saxlamaq lazımdır ki, ticarətə daxil 

olan  parçaların  istehlak  xassələrinin  qiymətləndirilməsində  parçanın  forması, 

estetik  tərtibatı,  silueti,  kütləsi  və  bu  kimi  emosional  təsir  oyadan  xassələri 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

14 



 

(plastikliyi,  bərkliyi,  qıvrımlığı,  şəffaflığı,  kalorit  tərtibatı  və  s.)  ciddi  nəzərə 

alınmalıdır.  Ancaq bu sahədə buraxılan səhvlərin  nəticəsidir ki,  mal ehtiyatlarının 

tərkibində  əhali  tələbinə  uyğun  gəlməyən,  mənəvi  cəhətdən  köhnəlmiş  parçaların 

xüsusi çəkisi daha tez və ilbəil artır. Onları tez-tez ucuzlaşdırmaq lazım gəlir. 

Parçalarda  xoşagəlmə  və  nüfuz  kateqoriyalarına  da  daha  böyük  üstünlük 

verilməlidir.  Parçaların  sayalığında,  yumşaqlığında,  istiliyində  xoşagələn  və 

xoşagəlməyən  hislər  doğuran  cəhətlər  olur.  Bunlar  təsadüfi  xarakter  daşımır. 

Xüsusilə yun və ipək parçalarda bu cəhətlərə əhəmiyyət vermək lazımdır. Parçanın 

tutumu, qrifi, tiftiyi, səthi strukturası  insanda zərif  hissi duyğular əmələ  gətirməli, 

onun nəcibliyi haqqında təsəvvürü təmin etməlidir. 

Əlbəttə,  burada  əmtəəşünaslıq  elminin  müəyyən  etdiyi  kimi  müxtəlif  fiziki 

xassələrdən, quruluş  göstəricilərindən  geniş istifadə etmək  lazımdır.  Lakin təəssüf 

ki,  təcrübədə  parçaların  estetik  xassələri  əsasən,  subyektiv  metodlarla,  ekspert  və 

sosioloji təhlillə qiymətləndirilməli olur. 

Parçaların  etibarlılıq  göstəriciləri  də  onun  istehlak  xassələrinin  çox  mühüm 

cəhətlərini əhatə edir. 

Hər  bir  parça  növünün  istehlak  xassələri  bilavasitə  onun  istehsal  prosesində 

formalaşdırılır.  Geyim  malları  istehsalı  zamanı  müasir  modanın  istiqamətləri 

nəzərə  alınmaqla  hazır  məmulatın  keyfiyyətinin  formalaşdırılması  prosesində 

seçilmiş  parça  materiallarının  həlledici  rolu  vardır.  Odur  ki,  rəssam-modelçi 

(dizayner)  nəinki  parçanın  xassələrini  yaxşı  bilməli,  eyni  zamanda  onun  xarici 

tərtibatı  haqqında  da  məlumatı  olmalıdır  ki,  hazırlanmış  geyim  əşyası  geyilməyə 

qarşı  davamlı  olmaqla  yanaşı,  həm  də  gözəl  görkəmə  malik  olsun.  Bundan  əlavə, 

modelçi  seçilmiş  parça  materialının  emalı  xüsusiyyətini  bilməli,  məmulatın 

hazırlanması  mərhələsində parçada baş  verəcək xassə dəyişikliyi barədə  məlumatı 

olmalıdır  ki,  bu  cür  dəyişkənlilik  geyimin  formasının  və  siluetinin  yaradılmasına 

müsbət təsir göstərmiş olsun. 

İplik  və  sapların  keyfiyyət  göstəriciləri  öz  növbəsində,  parçaların  istehlak 

xassələrinə  təsiri  şübhəsizdir.  Odur  ki,  iplik  və  sapların  keyfiyyəti  də  onun 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

15 



 

texnoloji  hazırlığı  ilə  əlaqədardır.  İplik  və  sapların  vacib  keyfiyyət  göstəriciləri 

uzunluğu  boyunca  eyni  qalınlığa  malik  olması,  burulma  dərəcəsi,  davamlılığı  və 

uzanmasıdır.  Odur  ki,  qüvvədə  olan  standartlarda  və  sapların  keyfiyyətini  təyin 

edən  xassələr  üçün  normalar  müəyyənləşdirilmişdir.  İplik  və  saplarda  rast  gələn 

nöqsanlar  görünə  bilən  və  gizli  nöqsanlara  ayrılır  ki,  bunlar  da  kostyumluq 

parçaların  istehlak  xassələrinə  mənfi  təsir  göstərir.  Görünən  nöqsanları  adi  gözlə 

aşkar  etmək  mümkündür.  Lakin  gizli  nöqsanlar  əsasən  iplik  və  sapların  əyrilməsi 

prosesində  baş  verir  və  bu  nöqsanlar  nəinki  hazır  materialın  xarici  görünüşünü, 

eyni  zamanda  parçaların  mexaniki  xassələrini  pisləşdirir.  Belə  nöqsanlar,  öz 

növbəsində, 

lif 


növünün 

aşağı 


keyfiyyətli 

olmasından, 

həddən 

artıq 


zibilləşməsindən,  əyrici  maşınların  düzgün  işləməməsi  və  s.  kimi  amillərdən 

yaranır.  Belə  nöqsanlar  ipliklərinə  zibilləşmədən  yaxşı  təmizlənə  bilməməsi, 

əyrilmiş  ipliklərinə  ayrı-ayrı  yerlərində  yoğunlaşma  və  ya  nazikləşmə,  ipliklərinə 

bəzi  yerlərində  şişmə  halları,  ilgək  və  ya  burulma  halların  olması,  burulmanın 

həddən  çox  və  ya  az  olması,  çirklənmə  halları,  xovluluq,  yapışma  halları  və  s. 

aiddir. 


Parçaların  istehlak  xassələrinin  formalaşdırılmasının  əsas  amillərindən  biri 

toxunma  prosesidir.  Parça  dedikdə,  toxuculuq  dəzgahında  iki  sistem,  yəni  əriş  və 

arğac saplarının bir-birləri ilə çarpazlaşması nəticəsində baş verən sistem kimi başa 

düşülür.  Parçanın  uzunu  istiqamətində  gedən  saplara  əriş,  köndələn  istiqamətində 

gedənlərə  arğac  sapları  deyilir.  Parçanın  toxunması  prosesi  iki  mərhələdən,  yəni 

hazırlıq  və  toxunma  əməliyyatlarından  ibarətdir.  Burada  hazırlıq  əməliyyatlarının 

əsas  vəzifəsi  əriş  və  arğac  saplarının  toxunmaya  hazırlanmasından,  toxunma 

əməliyyatları  isə  parça  polotnosunun  alınmasından  ibarətdir.  Arğac  sapının 

toxunmaya  hazırlığı  onun  bobinlərə  və  ya  məkiklərə  sarınmasından  ibarətdir. 

Lakin  əriş  saplarının  toxunmaya  hazırlanması  bir  neçə  mürəkkəb  əməliyyatlardan 

ibarətdir  ki,  burada  sarınma,  snovka,  yumşaldıcı  maddələrlə  hopdurulma, 

remizkadan keçirilmə aiddir. 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

16 



 

Sarınma  sarıyıcı  maşınlarla  həyata  keçirilir.  Bunun  üçün  toxunacaq  parça 

eninə  müvafiq  iri  bobinlərə  əriş  sapları  sarınır.  Sarınma  zamanı  lazımi  dartılma 

dərəcəsi  seçilir  ki,  hazırlanan  parçanın  quruculuğunun  bərabər  səviyyəyə  təmin 

olunmasına  şərait  yaradır.  Sarınmadan  əvvəl  ipliyin  tiftiklərini  təmizləyir, 

zibillərdən  azad  edilir,  bir  sözlə,  görünən  nöqsanlar  aradan  qaldırılır.  Bu 

əməliyyatların  yerinə  yetirilməsi  parçanın  həm  xarici  tərtibatına  və  həm  də 

parçanın quruluşuna həlledici təsir göstərir. 

Snovka  xüsusi  maşınların  köməyi  ilə  əriş  sapının  müəyyən  ardıcıllıqla  ayrı-

ayrı  tağalaqlardan  və  ya  bobinlərdən  eyni  səviyyədə  dartılmaqla  vallara  sarınır. 

Snovkalama  partiyalarla  və  lentvari  ola  bilər.  Birinci  halda  valın  üzərinə  eyni 

vaxtda sapın müəyyən hissəsi sarınır ki, bu zaman müəyyən enə malik parça alınır. 

Nəticədə  istənilən  enə  malik  parça  almaq  üçün  bir  neçə  vala  sap  sarımaq  lazım 

gəlir. Sonra isə bu vallara sarınmış əriş sapları bir-birləri ilə birləşdirilir. 

Lentvari snovkalama zamanı əriş sapları lent şəklində ardıcıl olaraq barabana 

sarınır ki, nəticədə istənilən miqdarda əriş sapının sarınması əldə olunur. 

Yapışqanlanma  və  ya  hopdurulma  əriş  saplarının  mexaniki  davamlılığının 

artıtılması,  hamarlığının  çoxaldılması  və  dartılmasının  azaldılması  üçün  tətbiq 

edilir.  Toxunma  zamanı  əriş  sapı  təkrar  qüvvələrə  və  sürtünməyə  məruz 

qaldığından əriş sapını xüsusi tərkibli yapışqanlı məhlulla hopdurulur. Qeyd etmək 

lazımdır  ki,  həddən  artıq  hopdurulma  sapın  həddən  çox  qabalığının  artırılmasına 

səbəb  olur  və  upruqluğunun  itirilməsinə  gətirib  çıxarır.  Bunun  üçün  barabanlı  və 

kameralı  maşınlardan  istifadə  edilir.  Yapışqanlanma  prosesinin  həlledici  rolu 

ondan  ibarətdir  ki,  toxunma  prosesində  sapın  sürtülüb  qırılması  halı  aradan 

qaldırılır, remizkanın gözündən sap keçərkən rahat hərəkət edir, nəticədə toxunma 

prosesi keyfiyyətli başa çatır. 

Remizkalama  dedikdə,  hopdurulmuş  əriş  sapı  remizkanın  gözcüyündən 

keçirilməsi kimi başa düşülür. Toxunan parçanın növündən asılı olaraq remizkanın 

sayı  da  müxtəlif  ola  bilər.  Qoşa  remizkalama  zamanı  cüt  saplar  bir  remizkanın 

gözündən, tək saplar isə digər remizkanın gözündən keçirilir. Çelnokunun sayından 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

17 



 

asılı  olaraq  toxuculuq  dəzgahları  bir  və  çox  çelnoklu  dəzgahlara  ayrılır.  Çoxsaylı 

çelnoklu  toxucu  dəzgahları  müxtəlif  rəngli  arğac  saplarından  rangli  parça 

toxunuşunda işlədilir. Habelə, jakkard maşınlarından istifadə etməklə, mürəkkəb iri 

naxışlı parça istehsal olunur. 

Kostyumluq parça istehsalında  müxtəlif toxunma növlərindən istifadə olunur 

ki,  bunun  da  nəticəsində  parçanın  quruluşu,  parçanın  eni  müəyyən  uzunluğa  (10 

sm)  düşən  sapların  miqdarı,  toxunuş  naxışları  formalaşdırılır.  Istənilən  quruluşa 

malik  parça  almaq  üçün  toxunma  prosesində  əriş  və  arğac  saplarının  dartılma 

dərəcəsi,  əriş  sapının  hərəkət  sürəti,  remizkanın  sayı,  onların  yerdəyişmə 

ardıcıllığı, habelə digər texnoloji şərtlər nizamlaşdırılır.  

Ümumiyyətlə,  toxunuş  növləri  sadə  və  ya  boş  toxunmalara,  xırda  naxışlı, 

mürəkkəb  və  irinaxışlı  toxunmalara  bölünür.  Qeyd  etmək  lazımdır  ki,  parçaların 

əksəriyyəti istehlak xassələrinin formalaşdırılmasında toxunma növlərinin həlledici 

rolu  vardır. Sadə toxunmalara polotno, sarja  və atlas  toxunmaları aiddir.  Bunların 

içərisində  ən  geniş  yayılanı  polotno  toxunmasıdır  ki,  kostyumluq  parçaların 

istehsalında  geniş  istifadə  olunur.  Bu  toxunuşda  bir  əriş  və  bir  arğac  sapı  iştirak 

edir ki, parçanın üzərində şahmata bənzər naxış yaranır. Parçanın üzü və astarı eyni 

görünüşə  və  hamarlığa  malikdir.  Belə  toxunuşda  parçanın  üzü  arğac  sapından 

ibarət  olduğundan  parça  qaba  olur,  yüksək  davamlılığa  malikdir.  Uzanmaya, 

cırılmaya və sürtünməyə qarşı davamlı olur. 

Diaqonal  toxunma  növü  parçanın  üzərində  soldan  sağa  relyef  naxışı  yaradır. 

Bu  xətlərin dönmə bucağı parçanın sıxlığından asılı olaraq az  və çox da ola  bilər. 

Belə halda parçanın fiziki-mexaniki xassələri də dəyişilə bilər. Bəzi növ parçaların 

(kostyumluq və donluq) toxunmasında  mürəkkəb toxunma növlərindən də istifadə 

olunur.  Belə  parçalara  qalın,  nisbətən  ağır  çəkili,  mexaniki  cəhətdən  dözümlü 

parçalar  hesab  olunur.  Bu  parçaların  üz  və  astar  tərəfləri  toxunmadan  asılı  olaraq 

fərqlənir və hətta rəngli naxış da görsənir. Parçanın üzü və astarı üçün müxtəlif növ 

ipliklərdən  istifadə  olunur  ki,  nəticədə  parçanın  sıxlığında  dəyişiklik 

yaratmaqlamexaniki xassələrin müəyyən istiqamətdə dəyişdirilməsinə nail olunur. 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

18 



 

Son  bəzək  əməliyyatları  da  kostyumluq  parçaların  bəzi  istehlak  xassələrinin 

formalaşdırılmasına  təsir  edən  amillərdən  sayılır.  Bu  baxımdan,  yun  parçaların 

arayışlandırılması  digər  növ  parçaların  bəzəndirilməsindən  xeyli  fərqlənir.  Bu  da 

yun  lifinin  quruluşundan  və  xassələrindən  asılıdır.  Bundan  əlavə,  ayrı-ayrı  növ 

kostyumluq  yun  parçalarının  lif  tərkibindən,  ipliyinin  növündən  və  quruluşundan 

asılı  olaraq  müxtəlif  arayışlandırma  əməliyyatları  tətbiq  edilir.  Bu  baxımdan, 

daranmış  ipliklərdən  və  apparatda  əyrilmiş  ipliklərdən  toxunan  kostyumluq  yun 

parçalarının  bəzəndirilməsi  bir-birlərindən  fərqlidir.  Eyni  zamanda,  xalis  yun  və 

yarımyun  parçaların  arayışlandırılmasına  ütmə,  bişirmə,  yuyulma,  döyülmə, 

karbontizasiya,  xovlaşdırma,  ağardılma,  yaş  buxarlama  əməliyyatları  aiddir. 

Göstərilən hər bir əməliyyatların özlərinə məxsus əhəmiyyəti vardır. 

Ütmənin  mahiyyəti  odur  ki,  qaz  alovunun  və  yaxud  da  qızmar  dəmirin 

üzərindən  keçirməklə  xüsusi  maşınlarda  parçanın  üzərindəki  artıq  iplik  və  lif 

qalıqları  üzülərək  yox  edilir.  Bu  zaman  parçadakı  relyeflik  və  toxunuş  naxışları 

açıq-aydın görünərək, parçanın səthi hamarlaşdırılır ki, görkəmi yaxşılaşsın. 

Bişirməklə  mahiyyəti  ondan  ibarətdir  ki,  15-20  dəqiqə  ərzində  parça  qaynar 

suda  emal  edilərək  parçanın  toxunması  zamanı  dartılmış  liflərinə  daxili  gərginliyi 

azaldır.  Nəticədə  yunun  tərkibindəki  keratin  maddəsi  bərkidilmiş  vəziyyətə 

düşərək,  parça  və  ipliklər  bərabər  quruluşa  malik  olur  ki,  sonrakı  əməliyyatlar 

zamanı pozulma halları baş verməsin. Bu əməliyyat, eyni zamanda arayışlandırma 

mərhələsində  dəzgahlarda  parçada  baş  verən  qatlanma  izlərinin  sınmasının  da 

qarşısını ala bilir. 

Yuyulma  zamanı  parçada  mövcud  olan  kənar  qarışıqlar  yox  edilir.  Adətən 

xam  halda  yun  parçaların  tərkibində  8-12%-ə  qədər  yağ  birləşməsi  və  şlixta 

maddəsi  olur  ki,  belə  maddələr  parçanın  bəzəndirilməsi  prosesinə  mənfi  təsir 

göstərir.  Bunu  isə  40º-li  kalsium  tərkibli  sodalı  məhlulda  3-4,5  saat  ərzində 

yuyulmaqla  başa  çatdırırlar.  Yarımyun  parçaların  tərkibində  sintetik  lif  növü 

vardırsa, yuyulmadan sonra termotənzimləmə mərhələsinə verilərək parçanın enini 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

19 



 

bərpa  edirlər.  Bundan  əlavə,  belə  parçaları  yenidən  antistatik  məhlullarla  da  emal 

edirlər ki, elektrikləşmənin qarşısı alınmış olsun. 

Döyülmə  kamvol  parçalar  istehsalında  ən  vacib  arayışlandırma  əməliyyatı 

sayılır.  Bu  əməliyyat  apparat  ipliyindən  toxunan  xalis  və  yarımyun  parçalarda 

tətbiq  olunmaqla  onun  quruluşuna  və  xassələrinə  əsaslı  surətdə  təsir  göstərir. 

Döyülmə zamanı parçanın eni  və  uzunu  istiqamətlərdə sıxlaşma baş  verərək,  həm 

də  parçanın  qalınlığı  artırılır.  Yun  lifinin  keçələşmə  qabiliyyətindən  istifadə 

olunaraq  parçanın  üzərində  keçəyə  bənzər  təbəqə  əmələ  gəlir.  Bu  əməliyyatdan 

sonra  parça  yumşalır,  sıxlaşdırılır,  istiliksaxlama  qabiliyyəti  artırılır  və  parçanın 

geyilməyə  qarşı  davamlılığı  çoxaldıla  bilir.  Bu  əməliyyat  xüsusi  maşınlarda 

parçanın  üz  tərəfində  təzyiq  nəticəsində  liflərin  kütləvi  yerdəyişməsi  hesabına 

keçəyəbənzər qatın yaradılmasına qədər davam etdirilir. Xüsusilə zərif yun lifindən 

olan  parçalar  bu  prosesə  daha  yararlı  olur.  Döyülmə  əməliyyatının  müddətindən 

asılı olaraq yun parçaların bir neçə yararlı xassələrini formalaşdırmaq mümkündür. 

Bu baxımdan,  güclü  mülayim  və zəif döyülmə tətbiq edilir.  Güclü  döyülmə 3,5-8 

saat  ərzində  aparılır  ki,  parçanın  toxunma  naxışı  keçəyəbənzər  təbəqənin  altında 

qalaraq  görsənmir.  Mülayim  döyülmə  prosesi  2  saat  ərzində  aparılır  və  nəticədə 

parçadakı  toxunma  naxışı  azacıq  görsənir.  Zəif  döyülmə  boston  və  paltoluq 

parçalarda tətbiq edilir və bu proses 20-40 dəqiqə ərzində başa çatdırılır. Bu ən çox 

daranmış  yundan  olan  parçalar  üçün  tətbiq  edilir  və  parçanın  üzərində  toxunma 

naxışları aydın görsənir. 

Karbonizasiyalı  əməliyyatı  yun  parçalarının  arayışlandırılmasında  tətbiq 

olunan  vacib  əməliyyatdan  birisi  olmaqla,  ancaq  xalis  yundan  olan  parçalar  üçün 

istifadə  olunur.  Məqsəd  yun  parçanın  tərkibinə  düşən  sellülozanı  yox  etməkdən 

ibarətdir. Bunun üçün parça 4-5%-li kükürd turıusu məhlulu ilə emal edilib, sıxılıb, 

qurudulur.  Sonra  isə  onu  105-110ºC-də  qızdırılma  əməliyyatından  keçirdirlər  ki, 

əmələ gələn hidrosellüloza kömürləşib yox olur. Sonra isə parçada qalan artıq turşu 

qalığı və parçalanmış sellüloza hissəciklərinin yox edilməsi baş vurur. Bunun üçün 

zəif tərkibli soda məhlulundan istifadə edilir. 



Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

 

20 



 

Xovlaşdırma  əsasən  mahud  parçalarında  aparılır  ki,  nəticədə  parçanın  xarici 

görkəmi  yaxşılaşdırılır.  Bu  xüsusi  maşınlarda  yerinə  yetirilməklə  parçanın 

üzərindəki  keçəyəbənzər  təbəqə  didişdirilir.  Nəticədə  parçanın  üzərində  daranmış 

xov  yaranır.  Bu  məqsədlə  iynəli  vallardan  istifadə  olunur,  bəzən  də  xovlaşdırıcı 

dişli  şarlardan  istifadə  olunur.  Bitki  yumurcuqlardan  istifadə  edildikdə,  parçanın 

mexaniki  xassələri  zəifləyir,  parçanın  üzərində  vors  təbəqəsi  qeyri-bərabər 

hündürlüyə  malik  olduğundan  tiftil  qatı  oval  şəkilli  görünür.  Tiftik  təbəqəsini 

bərabərləşdirmək üçün yenidən polimer kürəciklərindən istifadə edilir. 

Ağardılma  yun  parçalarında çox  nadir  hallarda tətbiq edilir, çünki ağardılma 

əməliyyatı 

parçanın 

mexaniki 

xassələrini 

pisləşdirir. 

Yun 


parçaların 

ağardılmasında kimyəvi və optiki ağardılma üsullarından istifadə olunur.  

Nəmli  üsulla  parçalarda  baş  verən  gərginliyi  bərabərləşdirmək  üçün 

bişirilməyə  oxşar  əməliyyat  aparılır,  lakin  bişirilmədən  fərqli  olaraq,  parça  bu 

qaydada  emal  edildikdən  sonra  buxara  verilir.  Bütün  bu  göstərilən  əməliyyatlar 

nəticəsində yun parçaların əksəriyyət istehlak xassələri formalaşdırılır. 

 


Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə