Direktorun el kitabi A5 21 04 2021. indd


arasında əlaqələrin planlaşdırılmaması –



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə37/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Direktorun el kitabi A5 21 04 2021

arasında əlaqələrin planlaşdırılmaması – Məktəb və ailə 
münasibətləri yalnız valideyn görüşləri və şəxsi görüşlərlə 
məhdudlaşmamalıdır;
• Valideynlərin öz məktəb həyatının mənfi olması – 
Bir çox valideynlərin mənfi məktəb həyatı təcrübəsi mək-
təbə qarşı xoş olmayan münasibət bəsləməsinə səbəb olur;
• Valideynlərin məktəbə göstərə biləcəkləri kömək 
barədə yetərli məlumatlarının olmaması – Məktəblər 
valideynlərin məktəb fəaliyyətlərində iştirakını dəstəkləyən 
siyasət və təcrübə formalaşdırmalıdırlar. Bundan əlavə, 
valideynlərə evdə övladlarına necə kömək edə biləcəkləri 
barədə məlumat verilməlidir;
• Ailələrin iqtisadi problemləri – Çox vaxt ailələr 


116
iqtisadi töhfə istənildiyi üçün məktəbə dəvət olunur. Bu 
yanlış yanaşma maddi çətinlik çəkən ailələrin məktəbə verə 
biləcəkləri digər töhfələri aradan qaldırır;
• Ailələrin vaxtının məhdud olması – İşləyən vali-
deyn lər iş saatları boyunca məşğul olurlar və məktəbə get-
mək üçün kifayət qədər vaxt ayıra bilmirlər;
• Ailənin aşağı təhsil səviyyəsi – Valideynlər məktə-
bə müsbət münasibət bəsləsələr də, təhsil səviyyələri aşağı 
olduğu üçün məktəb fəaliyyətlərində hansısa rol oynaya 
biləcəklərinə inanmaya bilərlər;
• Ev və məktəb mədəniyyətinin müxtəlifliyi – Ailələ-
rin və müəllimlərin fərqli mədəni səviyyələrə malik olmaları
sağlam məktəb-ailə əməkdaşlığı üçün əngəllərdən biridir;
• Mövcud məktəb-ailə əməkdaşlıq fəaliyyətlərinin 
və valideyn görüşlərinin səmərəsizliyi – Valideynlər təh-
sil prosesi ilə bağlı qərarlarda öz fikirlərini qəbul etdirə bil-
mirlər, görüşlərdə onlara kifayət qədər söz verilmir, verildiyi 
təqdirdə bu müəyyən valideynlərlə məhdudlaşır, alınan rəy 
və təkliflərdən istifadə edilmir.
Məktəb-ailə münasibətlərinin yaxşılaşdırılması mək-
təbdəki intizam problemlərinin azalmasına səbəb ola bilər. 
Ailənin yüksək səviyyədə iştirakına nail olunduqda vali-
deynlər uşaqlarına evdə daha çox kömək etməli olduqlarını 
düşünürlər. Məktəbdə öyrədilənləri daha çox başa düşür, 
müəllimlə şəxsi münasibətlərində daha müsbət ünsiyyət 
qurur və müəllimin ümumi tədris səriştəsini daha yüksək 
görürlər. Valideynlərin məktəbə güvən hissi artır və vali-


117
deyn olaraq özlərinə inamlarını da artırırlar (Henderson və 
Berla, 1994).
Aşağıdakı fəaliyyətlər məktəb-ailə əməkdaşlığını təmin 
etmək və ailə iştirakını artırmaq üçün faydalıdır (Aydın, 
2004):
• Məktəbdə keçiriləcək görüşlərin və tədbirlərin vaxtı 
əvvəldən elan edilməli, ailələrin iştirak etmələri üçün lazımi 
hazırlıq və tənzimləmələr aparılmalıdır;
• Ailələrə istədikləri vaxt məktəbi ziyarət etmələri, ki-
tabxanadan istifadə etmələri, müəllimlər və direktorla gö-
rüşmələri və sinfi ziyarət etmələri üçün icazə verilməlidir;
• Məktəbin imkanları və mənbələri ailələrin məktəb 
üçün təşkil etdiyi fəaliyyətlərdə istifadə olunmalıdır;
• Məktəbdəki ailə görüşləri üçün imkanlar təmin edil-
məlidir;
• İşləyən ailələrin iştirak etməsi üçün axşam iclasları 
təşkil edilməlidir;
• Faydalı töhfələr və ailələrin işi mükafatlandırılmalı və 
təşviq edilməlidir;
• Ailələrə övladlarının evdəki dərs hazırlıqları üçün nə 
edə biləcəkləri barədə məlumat verilməlidir;
• Görüşlər və tədbirlər son anda təxirə salınmamalı və 
ya ləğv edilməməlidir.


118

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin