526) Qleyz tozlarını hansı maye ilə qatmaq lazımdır?
A) Distillə suyu ilə
B) Qleyz üçün maye ilə
C) Modelləşdirmə mayesi ilə
D) Opak mayesi ilə
E) Adi su ilə
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 88
527) Dentin və emal qatlarının mütənasibliyi pozularsa nə baş verə bilər?
A) Keramik kütlə metal üzərindən qopar
B) Anatomik forma alınmaz
C) Lazımi rəng alınmaz
D) Çeynəmə hərəkətləri pozular
E) Keramik kütlə çatlayar
Ədəbiyyat: Макото Ямамото. Базисная техника изготовления металлокерамических зубных протезов. Москва. 1998 səh 40-48
Anatomiya, fiziologiya çeynəmə aparatının biomexanikası ilə
528) Okklüziya nədir?
A) Antaqonist dislərin patoloji toxunmasıdır
B) Dişlərin qapanmasıdır
C) Artikulyasiyanın bir anı olaraq ayrı-ayrı diş qruplarının və ya bütövlükdə diş sırasının qapanmasıdır
D) Aşağı çənənin bütün dişlərinin dişlər bir-biri ilə göruşməsidir
E) Diş sıralarının mərkəzi okklüziya halında qarşılıqlı qapanmasıdır
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 36
Dostları ilə paylaş: |