İlk Tibbi Yardım
645) Diş texnikliyi ilə məşğul olan mütəxəssislərin əsas məsələləri hansılardır?
A) Damağın sağlam vəziyyətə gətirilməsi
B) Çeynəmə funksiyasının, estetik görünüşün bərpası
C) Diş cərgəsi qüsurunun aradan qaldırılması
D) Pozulmuş funksiyaların bərpası, qüsurların əvəz olunması, sağlam toxumaların və üzvlərin dağılmasının qarşısını almaq
E) Mədə-bağırsaq sisteminin işinin bərpa edilməsi
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 35
646) Yuxarı çənə qövsü “A” xəttindən nə qədər aralı olmalıdır ?
A) 18 mm
B) 12 mm
C) 1,002 sm
D) 1,02 mm
E) 1,2 sm
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
647) Diş cərgəsində oral tərəfə əyilmiş yan kəsiciləri hansı elementlərlə əvvəlki yerinə qaytarmaq olar?
A) Əlvari və itələyici (protrogiruyuşi) yaylar
B) Koffin yayı
C) Adams qarmağı
D) Oxvari Şvarts qarmağı
E) Vestibulyar lövhə
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Dostları ilə paylaş: |