Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi


Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir



Yüklə 93,23 Kb.
səhifə18/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   ...   12   13   14   15   16   17   18   19   20
Konspektlər

Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin ( təsir edən) və asılı olmaqla
iki hissəyə bölünür. Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir. Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur.
Göstəricinin köməyilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir xananın hündürlüyünü və ya enini dəyişmək üçün buna uyğun sətrin hündürlüyünü və ya enini dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub.
Xanalar ünvanının yaradılmasının iki üsulu mövcuddur:

      1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $ simvolunun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məs., B$2, $K$ və s. . Exseldə bu üsul susmaya görə istifadə olunur. və “A1” stili adlanır. Onu qeyd edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər. Burada mümkün olan hallar aşağıdakı kimidir:

  • $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;

  • А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir;

  • $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.

      1. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məs., R4C7 – 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla yazılışı “R1C1” stili adlanır.


Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin