Dİssertasiyanin təRTİBİ q a y d a s I ümumi müddəalar



Yüklə 439,12 Kb.
Pdf görüntüsü
tarix18.04.2020
ölçüsü439,12 Kb.
#30891
dis tertibi


Azərbaycan Respublikasının Prezidenti 

yanında Ali Attestasiya Komissiyası 

Rəyasət Heyətinin 29 oktyabr 2019-cu  il 

tarixli qərarı ilə təsdiq edilmişdir. 

DİSSERTASİYANIN TƏRTİBİ 

Q A Y D A S I 

1. Ümumi müddəalar

1.1.  “Dissertasiyanın  tərtibi  Qaydası”  (bundan  sonra  -  Qayda)  Azərbaycan 

Respublikası  Prezidentinin  2019-cu  il  11  iyun  tarixli  728  nömrəli  Fərmanı  ilə 

təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü 

bəndinə uyğun hazırlanmışdır.   

1.2.  Dissertasiyanın mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 

mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, 

rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 

şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.  

1.3.  Dissertasiyanın struktur bölmələrinin adları böyük hərflərlə, tünd qara rənglə 

yazılır. 

1.4.  Dissertasiyada  şəkillər, cədvəllər, qrafiklər  rəngli, A3  (297  mm  x  420  mm) 

formatında verilə bilər və hər bir A3 formatlı səhifə

 

bir səhifə kimi qəbul edilir. 



1.5.  Dissertasiyanın  titul  səhifəsi  nömrələnmir,  növbəti  səhifəsi  “2”  rəqəmindən 

başlayaraq,  digər  bütün səhifələri  (dissertasiyanın  struktur  bölmələri,  o  cümlədən 

istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir. 

1.6.  Dissertasiya səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş 

sahənin sağında yazılır. 

1.7.  Dissertasiya  çoxcildli  olduqda  hər  bir  cildin  ayrıca  titul  səhifəsi  olmalı  və 

digər səhifələri bu Qaydanın 1.5-ci bəndinin tələblərinə uyğun nömrələnməlidir. 


 

 



1.8.  Fəlsəfə  doktoru  dissertasiyası  A4  formatında,  həcmi  iki  yüz  –  iki  yüz  qırx 

min  işarə  (şəkillər,  cədvəllər,  qrafiklər,  əlavələr  və  ədəbiyyat  siyahısı  istisna 

edilməklə),  elmlər  doktoru  dissertasiyası  A4  formatında,  həcmi  dörd  yüz  –  dörd 

yüz  qırx  min  işarə  (şəkillər,  cədvəllər,  qrafiklər,  əlavələr  və  ədəbiyyat  siyahısı 

istisna  edilməklə)  olmalıdır.  Humanitar  elmlər  üzrə  dissertasiyanın  həcmi  iyirmi 

faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər. 

1.9.  Dissertasiyanın  bir  səhifəsində  yazılan  işarələrin  sayını  kompüter  vasitəsilə 

dəqiq  müəyyən  etmək  mümkün  olmadıqda,  bir  səhifədə  yazılan  mətn  iki  min 

işarəyə bərabər tutulur. 

1.10.  Dissertasiyada  istifadə  edilən  iqtibaslar  (sitatlar)  dırnaq  işarəsindən  istifadə 

edilməklə kursivlə verilir. 

1.11.  Dissertasiyanın  yazılışı  zamanı  iddiaçı  istifadə  etdiyi  materialların 

mənbələrinə və  müəlliflərinə  mütləq  istinad  etməlidir.  Mətndəki istinaddan  sonra 

kvadrat  mötərizədə  əsərin  ədəbiyyat  siyahısındakı  nömrəsi,  cild  (çoxcildli  əsərlər 

üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, 

s.162; s.23], və s. 

1.12.  Dissertasiyanın  mətnində  iddiaçı  tərəfindən  alınmış  hər  bir  nəticənin  onun 

hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur. 

1.13.  Dissertasiyanın  mətni  80  qr/m

2

  A4  (210  mm  x  297  mm)  formatında  ağ 



kağızın bir üzündə çap edilir. 

1.14.  Dissertasiyanın mətnindəki bütün məlumatlar aydın görünməlidir. 

1.15.  Dissertasiya işi tikilir və qalın üz qabığında təqdim edilir. 

 

2.  Dissertasiyanın strukturu 

Dissertasiya tərtib edilərkən onun strukturunda aşağıdakı ardıcıllıq gözlənilməlidir: 

- Titul səhifəsi; 

- Mündəricat; 

- Giriş; 

- Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd); 

- Nəticə; 



 

 



- İstifadə edilmiş ədəbiyyat siyahısı; 

- Əlavələr; 

- İxtisarların və şərti işarələrin siyahısı (dissertasiyada olduqda). 

 

2.1. Titul səhifəsi 

Dissertasiyanın titul səhifəsi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin 

təşkili barədə Təlimat”ınəlavələrinə (Əlavə 1.3 və Əlavə 1.3.1) uyğun tərtib edilir.   

 

2.2.  Mündəricat 

2.2.1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir. 

2.2.2.  Mündəricatda  dissertasiyanın  struktur  bölmələrinin  adları  və  onların 

başlanğıc səhifəsinin nömrələri əks olunur. 

2.2.3. Çoxcildli dissertasiyalarda mündəricat birinci cilddə verilir. 

2.2.4.  Dissertasiyanın  struktur  bölmələrinin  mündəricatdakı  adları  ilə  mətndəki 

adları eyni olmalıdır.  

 

2.3. Giriş 

2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir. 

2.3.2.  Dissertasiyanın  girişində  aşağıda  qeyd  olunan  yarımbaşlıqlar  tünd  qara 

rənglə yazılmalı və abzasdan başlanmalıdır: 

- Mövzunun aktuallığı və işlənmə dərəcəsi; 

- Tədqiqatın məqsəd və vəzifələri;   

- Tədqiqat metodları; 

- Müdafiəyə çıxarılan əsas müddəalar; 

- Tədqiqatın elmi yeniliyi; 

- Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti; 

- Aprobasiyası və tətbiqi; 

- Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı; 

-Dissertasiyanın  struktur  bölmələrinin  ayrılıqda  həcmi  qeyd  olunmaqla 

dissertasiyanın işarə ilə ümumi həcmi. 





2.4. Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd) 

2.4.1. Dissertasiyanın  əsas  məzmunu  fəsillərə  və paraqraflara  bölünür.  Dissertasi-

yanın paraqrafları bəndlərə də bölünə bilər. 

2.4.2. Dissertasiyanın hər bir fəsli rum rəqəmi ilə nömrələnir. Məsələn, I Fəsil; II Fəsil 

və s. 

2.4.3. Dissertasiyanın  fəsilləri yeni səhifədən başlanmalıdır. 



2.4.4.  Fəsillər  daxilində  paraqraflar  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnir. 

Paraqrafın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və paraqrafın nömrəsindən 

ibarətdir.  Nömrənin  sonunda  nöqtə  işarəsi  qoyulur.  Məsələn,  2.5.  –  yəni  ikinci 

fəslin beşinci paraqrafı. 

2.4.5.  Paraqraf  daxilində  bəndlər  olduqda  onlar  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə 

nömrələnir.  Bəndin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin,  paraqafın  və 

bəndin  nömrəsindən ibarətdir. Nömrənin sonunda  nöqtə  işarəsi qoyulur. Məsələn, 

2.5.1. – yəni ikinci fəslin beşinci paraqrafının birinci bəndi. 

2.4.6.  Fəsillərin  adları  mətndən  üç  intervalla,  paraqraf  adları  isə  mətndən  iki 

intervalla ayrılır. 

2.4.7. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə, 

paraqrafların  adları  isə  abzasdan  sətri  hərflərlə  (birinci  hərf  istisna  olmaqla)  tünd 

qara rənglə yazılmalıdır.  

2.4.8.  Fəsillərin  adlarının  yazılışında  sözlərin  hecalara  bölünərək  sətirdən-sətrə 

keçirilməsinə yol verilmir. Fəsil və paraqrafların adlarının altından xətt çəkilmir və 

sonunda nöqtə qoyulmur.  

2.4.9.  Fəsil  və  paraqrafların  adları  iki  və  ya  daha  çox  сümlədən  ibarət  olduqda, 

onların arasında nöqtə qoyulur.  



2.5. Nəticə 

2.5.1. Nəticədə “Nəticə” sözü başlıq kimi göstərilir və nömrələnmir. 

2.5.2.  Nəticədə  əsas  elmi  yeniliklər  göstərilməklə  onların  əhəmiyyəti 

əsaslandırılmalıdır. 



2.5.3. Tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının əldə etdiyi elmi nəticələrin 

praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi 

nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstərilməlidir. 



2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı 

2.6.1.  İstifadə  edilmiş  ədəbiyyat  siyahısında  “İstifadə  edilmiş  ədəbiyyat  siyahısı” 

sözləri başlıq kimi göstərilir və nömrələnmir. 

2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə 

türk,  rus,  ingilis,  fransız,  alman,  ərəb  və  s.  dillərdə  olan  mənbələr  hər  bir  dilə 

uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir. 

2.6.3.  İstifadə  edilmiş  ədəbiyyat  siyahısında,  əsasən  son  10  ildə  nəşr  edilmiş 

ədəbiyyatlar öz əksini tapmalıdır. 

2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və 

ya nəşrin adı ilə verilir.  

2.6.5.  Dissertasiyada  istifadə  olunan  mənbələrin  biblioqrafik  təsvirində 

aşağıdakı şərti işarələrdən istifadə edilir: 

. nöqtə 

, vergül 

- defis 

– tire


: qoşa nöqtə 

/ çəpəki xətt 

// qoşa çəpəki xətt 

( ) mötərizə 

[ ] kvadrat mötərizə 

2.6.6.  İstifadə  edilmiş  ədəbiyyat  siyahısında  ədəbiyyatın  biblioqrafik  təsviri  bu 

Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.   

2.7. Əlavələr 

2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və nömrələnmir. 



2.7.2. Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.  

2.7.3.  Əlavələr  müstəqil  cild  şəklində  də  verilə  bilər.  Əlavələr  müstəqil  cild 

olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir. 

2.7.4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.  

2.7.5. Dissertasiyanın mətnində bütün əlavələrə istinad edilməlidir. 



2.8. Şəkillər  

2.8.1.  Şəkillər  dissertasiyanın  mətnində  ilk  dəfə  istinad  edilən  yerdə,  növbəti 

səhifədə və ya əlavələrdə verilə bilər. 

2.8.2.  Şəkillər  elə  yerləşdirilməlidir  ki,  dissertasiyanı  döndərmədən  və  ya  saat 

əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun. 

2.8.3. Dissertasiyada şəkillər ardıcıl nömrələnir. 

2.8.4. Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı 

yazılır. 

2.8.5.  “Şəkil”  sözü,  onun  nömrəsi  və  adı  şəklin  altında  yazılır.  “Şəkil”  sözü  və 

şəklin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və  

altından  xətt  çəkilmir.  Şəkillərin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin, 

paraqrafın  və  şəklin  ardıcıl  nömrələrindən  ibarətdir.  Məsələn,  Şəkil  1.2.3  –  yəni, 

birinci fəslin ikinci paraqrafının üçüncü şəkli. 

2.8.6. Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır. 

2.8.7.  Dissertasiyada  kompüter  qrafikası  ilə  yerinə  yetirilmiş  şəkillərdən  və 

orijinal fotolardan istifadə etmək olar. 

2.8.8. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.  

2.8.9.  Qeyri-standart  ölçülü  şəkillər  qatlandıqdan  sonra  А4  formatına  uyğun 

olmalıdır. 

2.8.10. Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.  



2.9. Cədvəllər 

2.9.1.  Cədvəllər  dissertasiyanın  mətnində  ilk  dəfə  istinad  edilən  yerdə,  növbəti 

səhifədə və ya əlavələrdə verilə bilər. 


2.9.2. Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat 

əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun. 

2.9.3. Dissertasiyada cədvəllər ardıcıl nömrələnir. 

2.9.4.  Dissertasiyada  bir  cədvəl  olduqda,  o  nömrələnmir,  “Cədvəl”  sözü  və 

cədvəlin adı yazılır. 

2.9.5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. 

“Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd 

qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə 

ilə  ayrılan  fəslin,  paraqrafın  və  cədvəlin  ardıcıl  nömrələrindən  ibarətdir. 

Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.  

2.9.6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi 

və  adı  cədvəlin  üstündə  yuxarı  sağ  hissədə  bir  dəfə  göstərilir.  Cədvəlin  qalan 

hissələrinin  müvafiq  yerlərində  “ardı”  sözü  yazılır.  Dissertasiyada  bir  neçə 

cədvəl  olduqda  “ardı”  sözünün  qarşısında  “Cədvəl”  sözü,  onun  nömrəsi  qeyd 

edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.  

2.9.7.  Sətirlərin  və  sütunların  sayı  çox  olan  cədvəlləri  hissələrə  bölüb  bir  neçə 

səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir. 

2.9.8. Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.  

2.10. Qrafiklər  

2.10.1. Qrafiklər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti 

səhifədə və ya əlavələrdə verilə bilər. 

2.10.2. Qrafiklər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat 

əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.  

2.10.3. Dissertasiyada qrafiklər ardıcıl nömrələnir. 

2.10.4. Dissertasiyada bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin 

adı yazılır. 

2.10.5.  “Qrafik”  sözü,  onun  nömrəsi  və  adı  qrafikin  altında  yazılır.  “Qrafik” 

sözü və qrafikin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə 

yazılır  və  altından  xətt  çəkilmir.  Qrafiklərin  nömrəsi  bir-birindən  nöqtə  ilə 


ayrılan  fəslin,  paraqrafın  və  qrafikin  ardıcıl  nömrələrindən  ibarətdir.  Məsələn, 

Qrafik 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü qrafiki. 

2.10.6. Dissertasiyanın mətnində olan qrafiklərin hər birinə istinad edilir.  



2.11. Formullar (tənliklər) 

2.11.1.Dissertasiyanın  mətnində  formulların  (tənliklərin)  sayı  birdən  çox 

olduqda ardıcıl nömrələnir. 

2.11.2.  Formulların  (tənliklərin)  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin, 

paraqrafın və formulun ardıcıl nömrələrindən ibarətdir. 

2.11.3.  Formulların  (tənliklərin)  nömrəsi  onunla  bir  səviyyədə  səhifənin  sağ 

tərəfində mötərizənin içində yazılır. Məsələn, (3.1.2) – yəni, üçüncü fəslinbirinci 

paraqrafının ikinci formulu (tənliyi).  

2.11.4. Formulda (tənlikdə) rast gəlinən simvolların mənası və ədədi əmsalların 

izahı,  onların  formuldakı  (tənlikdəki)  yerləşmə  ardıcıllığı  nəzərə  alınraq, 

dissertasiyanın mətnində formuldan (tənlikdən) sonra və ya bilavasitə formulun 

(tənliyin)  altında  verilir.  İzahatın  birinci  sətri  “burada”  sözündən  başlamalıdır. 

Hər bir simvolun mənası və ədədi əmsalın izahı yeni sətirdə yerləşdirilir. 

2.11.5. Formullar (tənliklər) mətndən intervalla ayrılır. Hər formulun üstündə və 

altında  bir,  zəruri  hallarda  isə  iki  interval  saxlanılır.  Formul  (tənlik)  bir  sətrə 

yerləşmədikdə, onun ardı bərabərlik (=) və ya üstəgəl (+), çıxma (-), vurma (x), 

bölmə  (:)  işarələrinin  hər  hansı  birindən  sonra  yeni  sətrə  keçirilir.  Bu  halda 

növbəti sətrin başlanğıcında müvafiq işarə təkrar yazılır. 



2.12. İxtisarlar və şərti işarələr 

2.12.1. Dissertasiyada geniş yayılmamış ixtisarlardan, şərti işarələrdən, spesifik 

terminlərdən,  yeni  simvollardan  və  s.  istifadə  edildikdə  bu  barədə  müvafiq 

izahatlardan ibarət siyahı verilir. 

2.12.2.  Siyahı  sütun  şəklində  yazılır,  sütunun  sol  tərəfində  əlifba  sırası  ilə 

ixtisarlar,  şərti  işarələr,  spesifik  terminlər,  simvollar,  sağ  tərəfində  onun  dəqiq 

açılışı və mənası verilir. 


2.12.3.  Dissertasiyada  xüsusi  ixtisarlar,  şərti  işarələr,  spesifik  terminlər, 

simvollar  üç  dəfədən  az  təkrar  edildikdə  siyahı  tərtib  edilmir,  onların  dəqiq 

açılışı və mənası mətndə birinci dəfə qeyd olunduğu yerdə verilir. 



Əlavə 4.1 

İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsviri və nümunələr 

№ 

N

əşrin növü

 

Biblioqrafik t

əsvirin forması 

Nümunələr

 

1. 


Çoxcildli nəşrlər 

Müəllif (soyadı, inisialları). Əsərin adı: 

[cildl

ərin sayı] / Müəllifin inisialları, 



soyadı. – şəhər: nəşriyyat, – cildin 

nömrəsi. ‒  nəşr ili. – həcmi.     

Əsərin adı / Red. hey. və b. ‒ şəhər: 

n

əşriyyat, ‒ cildin nömrəsi. ‒ nəşr ili. 



– həcmi.

Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: 

Az

ərnəşr, – c. 45. – 2013. – 384 s. 



Az

ərbaycan  Milli  Ensiklopediyası  /  Red.  hey.  sədri  İ.H.Əliyev.  

– Bakı:  Azərbaycan  Milli  Ensiklopediyası  Elmi  Mərkəzi,  –  c.  8:

Enollar 


– Fedin. – 2018. – 598 s. 

Большая  Российская  Энциклопедия:  [в  35  томах].  ‒  Москва: 

Большая российская энциклопедия, – т. 35. – 2017. ‒ 799 с.

Чехов, А.П. Полное собрание сочинений и писем: [в 30 томах] 

А.П.Че хов. –  Москва:  Наука, – т. 18. –  1978. – 528 с. 



The  New  Encyclopaedia  Britannica:  [in  32  vol.]  /  ed.  R.P.Gwinn. 

– 15th  Edition.  -  Macropaedia:  Knowledge  in  Depth,  –  vol.  29.  –

1991. 

– 1121 p. 



Encyclopedia of social work: [in 4 vol.] / ed. L.E.Davis, T.Mizrahi. - 

Oxford: Oxdord Univ. Press,  

–  vol. 4. –  2011. – 564 p. 

2. 


Müəllifi 

göstərilməyən 

n

əşrlər 


Əsərin adı / redaktor, tərtib edəni 

(i

nisiallar, soyadı).   ‒ şəhər: nəşriyyat, 



‒ nəşr ili. – həcmi. 

Az

ərbaycan  folkloru:  (məktəblilər  üçün  seçmələr)  /  tərt.  ed. 



B.Abdulla 

– Bakı: Şərq-Qərb, – 2005. – 360 s.

Информациоонные  системы  и  технологии  в  экономике  и 

управлении:  учебник  для  бакалавров  /  Под  ред.  проф. 

В.В.Трофимова.  –  3-е  изд.,  перераб.  и  доп.  –  Москва:  Юрайт,  

– 2012. – 522 с.



Əlavə 4.1 

 

3. 



M

üəllifi dörd 

n

əfərədək olan 



n

əşrlər 


Bir 

müəllifli nəşrlər 

 

Müəllif (soyadı, inisialları) Əsərin adı / 



Müəllif (inisiallar, soyadı). ‒ şəhər: 

n

əşriyyat, ‒ nəşr ili. – həcmi.    



 

 

 



 

 

 



 

İki və üç müəllifli nəşrlər 

 

Birinci 


m

üəllif  (soyadı,  inisialları) 

Əsərin  adı  /  Müəlliflər  (inisialları, 

soyad


ları);  ‒  şəhər  (iki  şəhər  olduqda 

h

ər  ikisi  qeyd  olunmalıdır):  nəşriyyat,       



‒ nəşr ili. – həcmi.    

 

  

 



 

Mehdiyev,  R. 

Tariximizin  xanlıqlar  dövrünün  siyasi  irsi  sənədlər 

işığında / R.Mehdiyev. ‒ Bakı: Şərq-Qərb, – 2019. ‒ 232 s. 

 

İmanquliyeva,  A.  Məqalələr  və  tərcümələr  /  A.İmanquliyeva,  tərt. 



ed., V.C

əfər. – Bakı: Bakı Çap Evi, – 2010. – 488 s. 

 

Nagiev,  T.M.  Coherent  Synchronized  Oxidation  reactions  by 



Hydrogen Peroxide. 

– Amsterdam: Elsevier, – 2007. –  340 p.  

 

 

 



 

Paşayev,  A.M.  Atmosfer  proseslərinin  fiziki  əsasları.  Dərslik.          

A.M.Paşayev,  H.İ.Quliyev,  S.H.Səfərov  –  Bakı:  Nafta-Press,           



– 2007. – 416 s.  

 

Мирзаджанзаде,  А.Х.  Физика  нефтяного  и  газового  пласта        

А.Х.  Мирзаджанзаде,  И.М.Аметов,  А.Г.Ковалев,  –  Москва; 



Ижевск: Институт  компьютерных исследований,  –  2005.  –  280 

с.

 



4. 

Müəllifi dörd və daha 

çox olan nəşrlər 

 

 



 

 

Dörd və beş müəllifli nəşrlər 

 

Əsərin  adı  /  üç  müəllifin    inisialları, 



soyadları  [və  b.].  ‒  şəhər:  nəşriyyat, 

n

əşriyyat  yoxdursa  [n.y.],  ‒  nəşr  ili.       



– həcmi.    

 

 

 

 

 

 

 

 



Elektron qurğularının əsasları:  ali məktəblərin texniki ixtisaslarının 

t

ələbələri üçün dərslik / A.M.Paşayev, A.R.Həsənov, 



İ.Ə.İsgəndərov [və b.] – Bakı: Milli Aviasiya Akademiyası,  – 2014.     

– 312 s. 

 

M

ərkəzi  Nəbatat  bağının  bələdçi  kitabçası  /  O.V.İbadlı, 



Ü.M.Ağamirov,  N.B.Hüseynova  [və  b.]  .  –  Bakı:  [n.  y.],  –  2003.  –  

56 s. 


 

 


Əlavə 4.1 

 

Beşdən çox müəllifli nəşrlər 

 

Əsərin adı / Birinci müəllifin (inisialları, 



soyadı) [və b.]. ‒ şəhər: nəşriyyat,  

‒ nəşr ili. – həcmi.    

 

 

İntellektual sistemlərin qurulma prinsipləri və layihələndirilməsi / 



R.Ə.Əliyev [və b.]. – Bakı: Nərgiz, – 2005.  – 368 s. 

5. 


Jurnal m

əqalələri 

 

Müəllif (soyadı, inisialları) Əsərin adı // 



‒ şəhər: jurnalın adı, ‒ nəşr ili. Cildin 

nömrəsi, jurnalın nömrəsi, ‒ s.    

 

 

 



 

 

 

Müəllifi üçdən çox olan jurnal 

m

əqalələri 

 

Birinci  müəllifin  soyadı,  inisialları. 



Əsərin  adı  /  Üç  müəllifin  inisialları  və 

soyadlar


ı  [və  b.]  //  Jurnalın  adı,           

‒  şəhər:    ‒  nəşr  ili.  Cildin  nömrəsi, 

jurnalın nömrəsi, ‒ s.    

 

 



 

H

əbibbəyli,  İ.Ə.  Maarifçilik  və  realizm  //  –  Bakı:  Azərbaycan  Milli 



Elml

ər  Akademiyasının  Xəbərləri,  Humanitar  elmlər  seriyası,           

– 2018. №1, – s. 3-10. 

 

Huseynova,  I.M.  Photosynthetic  characteristics  and  enzymatic 



antioxidant  capacity  of  leaves  from  wheat  cultivars  exposed  to 

drought  //  Biochimico  et  Biophysica  Acta, 

–  2012,  1817  (8),               

– p. 1516-1523. 

 

 

 



 

Rüstəmov,Q.Ə. Vibrasiyalı kəsmə prosesində müqavimət momenti 

d

əyişməsinin tədqiqi / Q.Ə.Rüstəmov, İ.A.Yolçuyev, 



Ə.T.Həzərxanov [və b.] // Milli Aviasiya Akademiyasının Elmi 

Əsərləri, – Bakı: – 2005. №1, – s. 80-86. 

 

Юсифзаде, Х.Б. Азербайджан – пионер отечественной морской 



геофизики / Х.Б.Юсифзаде, Ф.Г.Рагимханов, Д.Х.Бабаев  [и др.] 

// 


Азербайджанское  Нефтяное  Хозяйство,  –  Баку:  –  1982.  №2,    

‒ с. 45.  

 

Aliyev, 


J.A. 

High-dose-rate 

interstitial 

brachytherapy 

for 

accelerated  partial  breast  irradiation 



–  trial  results  of  Azerbaijan 

National  Center  of  Oncology    /  Jamil    Aliyev, Isa  Isayev,  Kamal  

Akbarov    [et  al.]  //  Journal  of  Contemporary  Brachytherapy,   

– 

2017.  Apr; 9.  



– p.106-111. 

 


Əlavə 4.1 

 

6. 



Konfrans materialları 

 

Müəllif (soyadı, inisialları) Məruzənin 



adı // konfransın adı,  ‒ şəhər:   

n

əşriyyatın adı, – tarixi, – nəşr ili, – s. 



 

 

 



 

 

Абдуллаев,  С.К.,  Карамалиев,  Н.Р.  Весовые  оценки 



сингулярных, слабо сингулярных интегралов, максимальных и 

дробно 


максимальных 

функций, 

ассоциированных 

обобщенным 

сдвигом 

// 


Труды 

IV 


Международного 

симпозиума  «Ряды  Фурье  и  их  приложения»,  –  Ростов-на-

Дону: – 28 мая – 3 июня, – 2006, – с. 44-52.   

 

Gatys,  L.A.,  Ecker,  A.S.,  Bethge,  M.  Image  style  transfer  using 



convolutional  neural  networks  //  IEEE  Conference  on  Computer 

Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, 

– 2016, 

– p. 2414-2423.   

7. 

Dissertasiyalar 



 

Müəllif (soyadı, inisialları). 

Dissertasiyanın adı:  / iddia olunan 

elm sah


əsi göstərilməklə elmi dərəcə, 

dis./ 


– şəhər, il. – həcmi 

S

əfərov,  E.S.  Xəzər  dənizinin  səviyyə  tərəddüdlərinin   məsafədən 



zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – 

Bakı, 2018. – 151 s. 



 

 

8. 



Dissertasiyanın  

avtoreferatı  

 

 

Müəllif (soyadı, inisialları). 



Dissertasiya

nın adı:  iddia olunan elm 

sah

əsi göstərilməklə elmi dərəcə, 



dis.avtoreferatı./ – şəhər, il. – həcmi 

S

əfərov,  E.S.  Xəzər  dənizinin  səviyyə  tərəddüdlərinin   məsafədən 



zondlama  üsulları  ilə  tədqiqi:  /  coğrafiya  üzrə  fəlsəfə  doktoru  dis. 

av

toreferatı. / – Bakı, 2018. – 26 s. 



 

9. 


Elektron resurslar 

 

Müəllif (soyadı, inisialları), əsərin və 



ya s

ənədin adı: [Elekrton resurs] / 

m

ənbə.   – şəhər, nəşr ili. – elektron 



daşıyıcı    (CD. DVD, audio-kasset, 

audio-kitab, videofilm) v

ə ya internet 

ünvanı 


 

Меликов, A. Легенда о любви [Звукозапись] / – Баку, 1994. 

– CD-ROM. 

 

Az



ərbaycan  etnik  musiqisi:  [Elektron  resurs]  /  tərt.  ed. 

T.M


əmmədov  və  b.;  Azərbaycan  Respublikası  Mədəniyyət  və 

Turizm Nazirliyi. 

– Bakı, 2006. – DVD+; 13 sm.  

 

Gleason,  E.  A.  Viewpoint:  Soft  Metal  Gains  Hulk-Like  Strength: 



[Electronic resource] / Physics 12, 125. 

– November 11, 2019. 

URL: 

https://physics.aps.org/articles/v12/125  



10.  T

əsviri materiallar  

 

 

Müəllif (soyadı, inisialları) və ya əsərin 



adı [əsərin növü] / Müəllif (inisialları, 

soyadı); mənbə. ‒ şəhər: nəşriyyat,  

– nəşr ili. – həcmi.    

Az

ərbaycan  -  Ana  Vətən  [İzomaterial]  /  Kamil  Nəcəfzadənin 



əsərlərinin  sərgisi;  Azərbaycan  Rəssamlar  İttifaqı.  –  Bakı: 

Az

ərbaycan, – 1992. – 15 s. 



Əlavə 4.1 

 

11.  Kartoqrafik n



əşrlər: 

X

əritələr  



Atlaslar 

Müəllif (soyadı, inisialları) əgər varsa, 

əsərin adı [nəşrin növü] /miqyas /  

‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi.   

  

Az

ərbaycan  Respublikasının  Milli  Atlası  [Xəritə]  /  –  Bakı:  Bakı 



Kartoqrafiya fabriki, 

– 2014. – 444 s. 

 

Dünyanın  fiziki  xəritəsi  [Xəritə]  /  1:50  000 000  /  –  Bakı:  Bakı 



Kartoqrafiya fabriki, 

– 2005. – 1 v. 

12.  Notlar  

Müəllif  (soyadı,  inisialları)  əgər  varsa, 

əsərin  adı  [Notlar]:    /  Klavir,  partitura 

v

ə s. – şəhər: nəşriyyat, – nəşr ili.  



– həcmi.    

Hacıbəyli, Ü. Leyli və Məcnun operası [Notlar]: / Klavir. – Bakı: 

İşıq, – 1984. – 240 s. 

 

Караев, К.А. Третья симфония для камерного оркестра [Ноты]: 



– Москва: Советский композитор, – 1968. – 110  с.

 

13.  Patentl



ər 

Müəllif (soyadı, inisialları), Patentin 

adı, növü və  nömrəsi, ölkə / Müəllif 

(soyadı, inisialları) [və b.]: nəşriyyat, – 

n

əşr ili, – nömrəsi 



S

əfərov,  A.R.,  1,4  –  Butandiolun  alınma  üsulu,  İxtira  i2017  0005,  

Az

ərbaycan  Respublikası  /  Əliyev  A.M.,  Əliyev  F.V.,  Mətiyev  K.İ. 



[v

ə b.].  


 

Курочкин,  А.С.,  Схема  сверхглубокой  очистки  энергетических 

масел  и  внутренних  поверхностей  маслонаполненного 

оборудования,  Патент  на  полезную  модель  №  94173, 

Российская Федерация / Любимов А.Ф. – 2010.

 

14.  Normativ-



hüquqi 

s

ənədlər 



 

 

 



R

əsmi sənədin adı // qəbul edilməsi 

v

ə dəyişikliklər haqqında məlumat. 



‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi.    

 

 



Az

ərbaycan  Respublikasının  Konstitusiyası  //  12  noyabr  1995-ci 

ild

ə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və 



əlavələr). – Bakı: Qanun, – 2002, – 48 s. 

 

Международная  конвенция  об  охране  нематериального 



культурного наследия // Организация Объединенных Наций по 

вопросам образования, науки и культуры. – Париж: ЮНЕСКО, 

– 2011. – VII, – 103 с. 

15.  Q


əzet məqalələri 

Müəllif  (soyadı,  inisialları).  Məqalənin 

adı // nəşrin adı. – nəşr ili, tarixi. – s.  

Abdullayev,  F.  Az

ərbaycanı  Respublikası  Konstitusiyasının  qəbul 

edilm


əsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2. 

 

16. 



Arxiv materialları 

S

ənədin adı  // arxivin adı, fondun, 



siyahının, işin nömrələri, vərəqlərin 

sayı. 


Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə:   

15  iyul  1918-ci  il)  // 

Azərbaycan  Respublikası  Dövlət  Arxivi,  Fond 

№ 1061, siyahı №1, iş № 95, vərəq – 1. 



 

Document Outline

  • Dissertasiyanın tərtibi Qaydası
  • Əlavə 4.1

Yüklə 439,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin