«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə105/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   101   102   103   104   105   106   107   108   ...   149
«Doqquz Bitik» s-ras-

 
Prototü rk  
Atayu rdu  


 
213 
Göründüyü  kimi,  türklərin  ilkin  yurdu  Mancuriyadan  Ural  dağına 
qədər
 
müxtəlif
 
bölgələrdə
 
göstərilir.
 
Əlbəttə,  bu  qədər
 
tanınmıĢ  yabançı 
alimlərin  təpkisi  altında  hər  hansı  bir  türk  aliminin,  hətta  azman  alimin 
Atayurd  prbleminə  baĢqa  cür  yanaĢmasını  gözləmək  çətindir.  Ona  görə 
də ilkin türk  yurdu kimi Orta Asiyanı  görən ġ. Günaltayı və bu  yurdun 
Tyan-ġanla  Aral  gölü arası olduğunu  güman  edən Z.V.Toğanı  və  yaxud 
Altay-Sayan  dağlarının  güney-batısı,  yəni  Minusinsk-Tuva-Abakan  boz-
qırlarını sayan
 
Ġ. Kafesoğlunu çox qınamaq da olmur, baxmayaraq ki, ta-
rixçi olmasa da, Atatürk türklərin Anadoluda çox qədimdən var olduğunu 
söyləyirdi. K. Gürün yazır ki, türklərin ilk yurdu məsələsinə gəlincə, ək-
sər tarixçilər bu bölgənin Orta Asiya olması fikrində həmrəydirlər, lakin 
bölgənin  hüdudlarını  dar  və  geniĢ,  daha  batı  və  daha  doğuda  olduğunu 
sayanlar vardır. Müəllif  özü isə ilk Atayurdun hüdudlarını belə təsəvvür 
edir: «Khinqan Dağlarının batısından baĢlayaraq, Baykal hövzəsi, Sayan-
Altay dağları boyunca BalxaĢ hövzəsinə gəlib, Tanrı dağları boyunca yeni-
dən doğuya yönələrək Qobu çölündən Khinqan dağlarına qovuĢan bir cizgi 
içində  qalan  bölgə  ilə  Seyhun-Ceyhun  çayları  arasındakı  Maverayünnəhr 
dediyimiz bölgə».
95
   Ancaq  ilkin  yurdun  müxtəlif  bölgələrdə  göstərilmə-
sinin özü də göstərir ki, problemə yanaĢma metodu elmi
 
deyil,
 
çünki
 
ilkin
 
yurd
 
bir
 
bölgədə olur. Necə ki, monqollar üçün belə bölgə
 
Mərkəzi
 
Asiya, 
dravidlər üçün Ġranın güneyi, finuqorlar üçün Ural,
 
hindavropalılar üçün 
Qaradənizin quzeyi, samilər üçün Ərəbistan yarımadası olmuĢdur.  
Ġlkin Atayurdu probleminin çözülməsi tarixi miqrasiyaların vaxtı və 
yönünü müəyyən etməkdən çox asılıdır. Belə miqrasiyalardan danıĢarkən, 
m.ö. IV-I minillər arasında Ön Asiyaya gələn etnosları sadalamıĢdıq. AĢa-
ğıdakı sxemdən
 

 
göründüyü
 
kimi,
 
Ġkiçayarasında
 
yaĢayan
 
subar-kəngər 
boylarının ərazisinə IV
 
minildə gələn sumerlərdən sonra,
 
III-I minillər boyu 
                                                 
95
 Gürün, 20, 40; Bu dolaĢıq sitatı gətirməmək də olardı, lakin türklərin ilkin Atayurdu 
probleminə türk tarixçiləri üçün tipik olan bu yanaĢma tərzini son on ildə Türkiyədə ke-
çirilən qurultay və simpoziumlarda çox görmüĢəm. Həmin beynəlxalq elmi toplantılarda 
belə yanaĢma metodunun yanlıĢ olduğunu dəfələrlə söyləmiĢəm. Osmanlı imperiyası kimi 
qüdrətli bir dövlətin varisləri olan bu arkadaĢlar hələ də romantik «Altaydan gəlmə» ov-
qatından ayrıla bilmir. Yalnız qondarma «erməni soyqırımı» Avropa parlamentləri gündə-
minə gələndən sonra bir az ayıldılar. Türklərin Anadoluya Malazgird (1071) savaĢından 
sonra yox, 4 minil öncə girdiyini vurğulayan prof. Ekrem MemiĢ yazır ki, gerçək tarixi 
buraxıb  da,  elmdə  köhnəlmiĢ  sonradan  gəlmə  fikrindən  yapıĢsaq,  rumlar  və  ermənilər 
baĢda olmaqla, bir çox türk düĢməni «madam ki, siz Anadoluya Türküstan//Orta Asiya-
dan gəldiniz, o halda gəldiyiniz yerə dəfolub gedin» deyə bilərlər (MemiĢ, 2002, 73). 


 
214 
bura güney  və  güney-batıdan bir-birinin ardınca sami boyları (akad,  asur, 
aramey, ərəb) gəlmiĢlər. Hatlar yaĢayan Orta Anadoluya quzey-batı yön-
dən het  (II  minilin  baĢı),  friq  və  haylar  (VIII-VII  əsrlər),  Güney-Doğu 
Anadoluya quzeydən qafqazdilli hurri (III minilin sonu), urartu (II minilin 
sonu)  boyları  gəlib  yerləĢmiĢdir.  Elam  ərazisinə  isə  Qaradəniz  quzeyin-
dən qalxaraq, II minilin ortalarında Orta Asiyanı keçib Areya bölgəsində 
oturan və VIII-VII əsrdən Bars (Fars) bölgəsinə keçib yerləĢəndən sonra 
pers  adlanan  arilər  gəl-
miĢdir.  Təbii  ki,  hər  tə-
rəfdən,  özəlliklə  güney-
batı  bölgələrdə  samidilli 
boylar  tərəfindən  sıxıĢ-
dırılan  prototürk  boyları 
zaman-zaman Atayurdu 
tərk  edib  müxtəlif  yön-
lərə  miqrasiya  etmiĢlər. 
Belə köçlərin bir səbəbi 
baĢqadilli etnosların re-
giona  gəliĢilə  bağlı  idi-
sə,  digər  səbəbi  iki  bö-
yük  köçlə  nəticələnən 
m.ö. IV
 

 
II
 
minillərin 
ortalarında  iqlim  dəyiĢ-
məsilə  baĢlanan  quraq-
lıq  idi.  Həmin  çağlarda 
təkcə türklər deyil, dra-
viddilli  boyların  da  ço-
xu  Ön  Asiyadan  köçüb 
Hindistana keçmiĢdi.  
Ön  Asiyaya  gələn 
və Ön Asiyadan gedən etnosları hər iki xəritədə müqayisə etdikdə, saqa 
boylarının Azərbaycana qayıdıĢına qədər (m.ö.VIII-VII) Ön Asiyaya dı-
Ģarıdan, özəlliklə doğudan hər hansı bir türk boyunun gəlməsini göstərən 
arxeoloji bəlgə yoxdur. Ön Asiyadan gedən boyların da dravid
 
və türklər-
dən baĢqa
 
etnosa
 
aid
 
olduğunu
 
sərgiləyən bəlgə yoxdur. Buradan batı və 
quzey-batı  yöndə  gedən  az  boyları  Skandinaviya  qaynaqlarında,  etrusk 
boyları arxeoloji və antik çağ yazılı qaynaqlarında əks olunmuĢdur.
 
Onlar
 
yerli  xalqların  içində  əriyib dilini  itirsə  də,  yerli  xalqların dilində  həmin
 


 
215 
türk
 
boylarından
 
alınma
 
sözlər
 
qalmıĢdır.
96
 
Quzey
 

 
doğuya böyük axın-
larla gedən türklər isə nəinki dilini itirməmiĢ, özləri ilə yeni yurdlara daĢı-
dığı dil-kultur gələnəklərini üstün mövqeyə çıxara bilmiĢlər. Bu olayları 
sərgiləyən bəlgələrin bir qismini I Bitikdə (Tarixi qaynaqlar) və  yuxarı-
dakı hər üç bölmədə vermiĢdik. Burada prinsipcə bir-birini tamamlayan 
bəzi bəlgələri yalnız ümumi Ģəkildə qısaca sadalamaq kifayətdir:
 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin