«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə70/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   66   67   68   69   70   71   72   73   ...   149
«Doqquz Bitik» s-ras-

Qızıl-üzən.  Güney  Azərbaycanda  Xəzərin  batı  tərəfindən  axıb  bu 
dənizə qovuĢan, bəzi antik dövr yazarların Amard kimi verdiyi Qızıl-üzən 
hidronimi asur-urartu qaynaqlarında qeyd olunmasa da, «qızıl» sözü onun 
qədimliyindən xəbər verir.  Belə ki,  bu  çayın orta axarları m.ö.
 
I minilin 
əvvəllərindən  qızıl  boylarının  məskəni  kimi  Qızıl-bud  adlanırdı.  Qızıl-
üzən hidronimində qızıl sözünün rəng anlamında deyil, etnonim bildirən 
(qızıl-bud) anlamında iĢləndiyini göstərən bir neçə səbəb vardır.
192
  
                                                 
188
 Rasonyi, 134. 
189
 Ertem, 1973, 128, 194, 200. 
190
 Молчанова, 1979, 148. 
191
 Мурзаев, 1984, 504. 
192
 Doğrudur,
 
bura
 
gələn
 
monqollar
 
Qızıl-üzən
 
adındakı apelyativi rəng bildirən söz sayıb 
monqolca bu çaya Ulan-mören (qızıl-çay) demiĢlər, lakin belə adlanma ona görə müm-


 
130 
Əvvəla, Qızıl-eli adı ilə Səlcuq imperiyasının yaranmasında aktiv 
iĢtirak edən boybirliyi vaxtilə Xəzərin güneyindən
 
Türkmənistana  keçən 
qızıl boyları idi.
193
 Ġkincisi də, Ġstəxri bu hidronimi sebid-ruz, Ġbn Xordad-
beh Ġsbidrud Ģəklində  yazsa da, həmin forma farsca 
ﺭﻭﺩ ﺳﻐﻴﺩ
  (Səfid-rud) 
deyimidir
 
ki

bugün həmin formada iĢlənən «ağ çay» anlamındadır.
 
Qızıl-
üzən üç  minil  öncə  həmin bölgədə  yaĢayan  qızıl boylarının adı  ilə bağlı 
etnohidronim kimi iĢlənmiĢdir. Həmin çağlarda bu regionda üzən apelya-
tivi
 
Alazan
 
(Qanıx)  adında  və
 
Dağıstanda
 
UtamıĢ
 
kəndindən
 
keçən
 
Qamri-
özən (qamər-çayı) etnohidronimində saqa-qamər boylarından qalan niĢa-
nədir. Dağıstanda Al-ozen, Buqlen-ozen çayları da vardır.
194
   
Azərbaycanda
 
o qədər böyük və kiçik çaylar, bulaq və göllər var ki, 
onları  sayıb  qurtarmaq  olmur.  Azərbaycanda  XVII  əsrdə  olmuĢ  Adam 
Oleari təkcə RəĢt-ġamaxı yolunda 80 böyük çayın üzərindən keçdiyini ya-
zır.
195
 Qədim Azərbaycan coğrafi sınırından kənarda qalan prototürk yurd-
larındakı axarsuları da nəzərə alsaq, bu hidronimlərin sadəcə sıralanması 
bir neçə ayrıca bitiyə sığar. Ona görə də, burada əsasən tarixi qaynaqlar-
da adı keçən hidronimlərdən söbət açılır.
 
Uzunluğuna görə Fərat
 
(
2700 
km
)

Dəclə
 
(
1900 km
)

Kür
 
(
1500 km
)

Araz
 
(
1000
 km)
 
çayları fərqlənir.
196
  
Eyni
 
istiqamətə
 
axıb
 
sonda
 
birləĢən  Dəclə-Fərat  və  Kür-Araz  qoĢa 
çayları «ikiçayarası» coğrafi terminini iĢlətmək üçün zəmin
 
yaradır.
 
Türk
 
yurdlarında
 
belə
 
ikiçayarası
 
çoğrafi
 
durumu
 
olan  Sayxun-Cayxun
 
//Seyhun
Ceyhun  (Sır-dərya  və  Amu-dərya),
 
Güney  Anadoluda  Çukurovadan  Ġskən-
dərun körfəzinə
 
axan  Seyhan-Ceyhan kimi qoĢa  çaylar  çoxdur, lakin  Ġkiça-
yarası (Mesopotamiya)
 
termini
 
daha  çox  qədim  subar boylarının  yaĢadığı 
Dəclə-Fərat  arası  üçün  iĢlənir,  mixi  yazılarda  həmin  ərazi  «subar  ölkəsi» 
anlamında  Subartu,  həmin  çaylar  da  Ġdiqla/Ġdiqna  və  Bura(t)  adlanır.
 
Sumer yazısında deyilir:
 
                                                                                                                        
kün  olmuĢdur  ki,  Qızıl-bud  bölgəsinin  siyasi-inzibati  durumu  monqol  yürüĢünə  qədər 
iki  minil  boyunca  bir  neçə  dəfə  dəyiĢmiĢ,  buradakı  qızıl  boylarının  bir  qismi  Quzey 
Azərbaycana, bir qismi də Orta Asiya və Güney Sibirə miqrasiya etmiĢdi.  
193
 S. Ataniyazov yazır ki, bu qızıl boybirliyi baĢında Qızıl ibn Yəhya adlı türkmən bəyi 
dururdu  (Атаниязов, 1988, 58).  
194
 ОК, 193. 
195
 ПОА, 256. 
196
 Qızıl-üzən və Fəratın yuxarı qolu Murat-su 700 km, Qanıx və Qabırrı 400 km, Samur, 
Tərtər,  Pir-saqat,  Sumqayıt,  Türyançay  200  km  və  Bazarçay,  Həkəri,  hər  iki  Arpaçay, 
Zəngi kimi uzunluğu ilə seçilən xeyli çay vardır. 
 


 
131 
      Luqal-e 
id

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin