152
Azər dili
adır
ard
aĢırım
bel
daban
dağ
təpə
dərə
Qırğız dili
adır
art
aĢuu
bel
daban
too
döbö/töbö
törö
Azər dili
yalın
yaman
yarğan
qır
qaya
kurqan
daĢ
takır
Qırğız dili
calanqan
jaman
car
kır
kıya
korqon
taĢ
tektır
Bu apelyativlərin əksəri hər iki dildə eyni anlamda iĢlənir, yalnız
ard sözünün «arxa» anlamı qırğız oronimlərində qalsa da, çağdaĢ qırğız
dilində arxaik apelyativə çevrilmiĢdir;
daban sözü isə azər dilindən fərqli
olaraq, qırğız
dilində dağ keçidlərinin adında «aĢırım»
anlamında iĢlənir
(
Jaman-
daban «Yaman-aĢırım»),
bel sözündə də bu anlam vardır; qırğızca
tektır sözü dağdakı ovalıq, düz yerləri bildirir.
Digər apelyativlərdə isə
fonetik fərqlər nəzərə alınmasa, elə bir fərq yoxdur.
Deməli, müqayisə
olunan sözlərin çoxdan bir-birindən ayrı düĢmüĢ iki qardaĢ xalqın dilində
eyni anlam daĢıması onu göstərir ki, bu oronim
yaradan sözlər prototürk
dövründən qalmadır.
Ona
görə də
qədim oronimlərdə rast gəldiyimiz
apelyativlər
inamla türk sözü sayıla bilər
.
Məsələn, m.ö.VIII əsrdə asur
qaynağı Van gölünün güney yaxasında Ayadu bölgəsində II Sarqonun
Saru-ardi (
URU
Saruardi) qalasını tutması və qalanın «böyük dağın çıxın-
tısında» yerləĢməsi göstərilmiĢdir.
256
Burada
ard apelyativi «arxa» yox,
türk ellərində geniĢ yayılmıĢ Semis-art, Muz-ardı, TaĢtık-art, Toruğ-ard
oronimlərində olduğu kimi «keçid, dolama, dağın beli» anlamını daĢıyır,
birinci hissə də «sarı»
apelyatividir
və
qədim
Saru-ardi
«sarı-ard»
modelli
oronimdir.
257
Və ya
türk
dillərində «or», «beĢik» və «bel» apelyativləri ilə
Qara-dənizin quzeyində yaranan müasir
BeĢik-dağ oronimini Herodotun
m.ö.V əsrdə
Orbel
dağı kimi qələmə
alması
aydın
göstərir ki
,
həmin
dağın
qədim
adı da
türkcə
olmuĢdur.
258
Çünki buradakı
«bel»
apelyativi türk oro-
nimlərində geniĢ iĢlənir, «or» isə Oğuz xanın yurdundakı
Ordağ oroni-
mində vardır.
259
256
АВИИУ, 49 (280); ТУ, 167.
257
Asur yazıları burada
Ardi-unak, yaxın bölgədə
Ard-uba (Arxa oba) kəndlərini və
Ar-
ardi dağını qeyd edir (ТУ,31-34); Vedi-ġərur yolunda
Ard-Araz təpəliyi vardır, Vedinin
dağ yolu
Sarı-dolama adlı təpədən baĢlanır.
258
Геродот, В, 16;
və indeks, 580.
259
Ряшидяддин,14;
Özbək elində isə BeĢik-tepa oronimi vardır.
153
Türk boylarının böyük miqrasiyası təkcə
dağ, təpə, daĢ, baba, Ģat,
kap sözlərilə iĢlənən oronimləri
bütöv
Avrasiyaya yaymıĢdır. Altında qə-
dim türk arxeoloji kulturu yatan yerlərin
təpə və
kurqan sözlərilə bəlgə-
lənməsi də Avrasiya məkanında yayğın gələnəkdir. Bu gələnəyin kökü
qədim Ön Asiya qaynaqlarında aydın əks olunmuĢdur. Deyilənləri nəzərə
alıb, bir neçə qədim oronimi və onların sonrakı paralellərini apelyativlər
üzrə gözdən keçirək:
Dostları ilə paylaş: