və ya 2 bal).
dərəcələri” adlı cədvəldə təqdim olunmuşdur.
İxtisas seçimində işirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə
yolu ilə həyata keçirilir. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları
keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət
8
qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna
qəbul olunurlar.
5. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı
şəxslər nəzərdə tutulur:
- Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş
şəxslər;
- Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci,
ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2
tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə
etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar
qəbul olmaq hüququ vardır. “Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, “Beynəlxalq fənn olimpiadalarının
siyahısı”, “Respublika fənn olimpiadalarının siyahısı” və “Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər
Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur
(http://www.e-qanun.az/framework/42536).
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri DİM tərəfindən
elan olunacaq müddətdə aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik
Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay,
Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər:
- Ümumi qaydada və müddətdə təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” formasının surəti;
- Beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın
qalibi olduğunu təsdiq edən sənədin əsli;
- Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı
yuxarıda qeyd olunan sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan
dilinə tərcüməsini.
Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən
araşdırılır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir.
Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər DİM tərəfindən elan olunacaq müddətdə şəxsən
DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə
bildirməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər yuxarıda göstərilən sənədlərlə yanaşı, həmin təhsil
müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-
hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim edirlər.
Dostları ilə paylaş: