Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil
müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq
Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.
-
Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil
müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili
fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil
müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq
Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını
doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test
imtahanı verəcəyi dil (bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.
-
Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni
Dostları ilə paylaş: |