vurulmalıdır) arayışı (Əlavə 1).
4. Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər imtahana 14 gün
qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional bölmələrinə təqdim etməli, və ya sənədlərin
skan olunmuş surətini onlayn qaydada Mərkəzin elektron poçtuna göndərməlidirlər.
5. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar elektron ərizə dolduraraq qeydiyyatdan
keçməklə DİM tərəfindən yaradılan Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Apellyasiya Komissiyası onlayn
şəkildə fəaliyyət göstərir. Abituriyentlər qeydiyyatdan keçərkən hansı şəkildə (Videobağlantı proqramı və ya telefon
əlaqəsi vasitəsilə) apellyasiya prosesində iştirak edəcəklərini bildirirlər.
6. Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş
vəziyyətdə gəlmək;
imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar,
konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün
məmulatı gətirmək;
səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə
imtahanın
gedişinə
mane
olmaq,
“İmtahan
başlandı!”
elan
olunan
andan
2
saat
müddət
keçənədək
və
imtahanın
son
15 dəqiqəsi ərzində zaldan çıxmaq;
başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq
və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını
soruşmaq və ya bildirmək;
nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından
çıxmaq.
Yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan)
nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Dostları ilə paylaş: |