"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının


ARABAÇI İşin xüsusiyyəti



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   2   3   4   5   6   7   8   9   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

ARABAÇI
İşin xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif yüklərin, natəmiz zibillərin və başqa yüklərin at, öküz, qatır və başqa işlək heyvanların vasitəsilə və ya arabaya qoşmaqla və iş
zamanı heyvanlara qulluq etməklə daşınması. Əl ilə və ya nasos və başqa xüsusi təyinatlı mexanizmlərin köməyi ilə qazılmış çalanın, zibil
qutularının, kanalizasiya quyularının təmizlənməsi. Qazılmış çalalarının və zibil qutularının dezinfeksiyası, inventarın yağlanması. Zibilin
yüklənməsi, bağlanması, boşaldılması və yükü daşıdıqda onun yolda qorunmasına (tökülüb-dağılmamasına) nəzarət. Natəmizliyin və zibilin
ayrılmış yerlərə aparılması. Yol sənədlərinin rəsmiləşdirilməsi.


Bilməlidir: at və başqa işlək heyvanlara qulluq qaydasını, daşınan yükün ən yüksək ağırlıq həddini, natəmizliyin yığılmasında və
daşınmasındakı sanitariya qaydalarını və qazılmış çalaların və zibil qutularının dezinfeksiya olunma qaydasını, nəqliyyat və başqa inventarlardan
istifadə qaydasını, küçə hərəkəti qaydasını, yükün qəbulunda və təhvil verilməsində yol sənədlərinin rəsmiləşdirilməsi qaydasını, qazılmış çalaların,
kanalizasiya quyularının və zibilliyin yerləşdiyi yeri.
2-ci dərəcə: nəqliyyat vasitələrinin xırda təmiri və zibil yeşiklərinin dezinfeksiyası daxil edilərkən.
11. BAĞBAN
İşin xüsusiyyəti.
2-ci dərəcə
Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi. Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq
edilməsi. Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması. Əkilənlərin
dibinin boşaldılması və sulanması. Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması. Qurumuş ağac və kolların dibinin boşaldılması və
kökündən çıxarılması. Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyib bərkidilməsi.
Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.
Zibilin yandırılması. Çim hazırlanması və ağacın qopmuş səthinə çəkilməsi.
Bilməlidir: ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma
vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini,
onların tətbiq üsullarını, bağ bostan alət və inventarlarından istifadə qaydasını.
1. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin