Downloaded from KitabYurdu org



Yüklə 1.88 Mb.
Pdf просмотр
səhifə1/19
tarix04.06.2017
ölçüsü1.88 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


 
 
downloaded from KitabYurdu.org


 
 
Aqata Kristi MAVİ QATARIN SİRRİ 
Erkül Puaro qatarla Riveruya yola düşür. Bu qatarda, miras aldıqdan 
sonra  qış  tətilini  ilk  dəfə  İngiltərədən  kənarda  keçirmək  niyyətində 
olan  Ketrin  Qrey  də  gedir.  O,  burada  amerikalı  milyonerin  yeganə 
varisi, sevgilisi ilə  görüşmək üçün ailəsini aldadıb evdən gedən Rut 
Ketterinqlə tanış olur. Ertəsi gün Rut kupedə öldürülmüş vəziyyətdə 
tapılır.  Nə  vaxtsa  İmperatriçə  Yekaterinaya  məxsus  olan  qiymətsiz 
yaqutların oğurlandığı məlum olur. Bütün bunlar Puaronu axtarışlara 
başlamağa vadar edir... 
Agatha Christie THE MYSTERY OF THE BLUE TRAIN 
Aqata Kristi MAVİ QATARIN SİRRİ Bakı, Qanun Nəşriyyatı, 2014 
Ruscadan tərcümə: Afaq Mustafa Nəşriyyat redaktoru: Ehtiram İlham 
Korrektorlar: Şəfiqə Quliyeva, İradə Musalı 
Qanun Nəşriyyatı Bakı, AZ 1102, Tbilisi pros., 76 
Tel: (+994 12) 431-16-62; 431-38-18 Mobil: (+994 55)212 42 37 e-
mail: 
info@qanun.az
 
www.qanun.az
 
www.fb.com/Qanunpublishing
 ISBN 978-9952-26-659-7 
© Qanun Nəşriyyatı, 2014 
The Mystery of the Blue Train © 1928 Agatha Christie Limited. All 
rights  reserved.  AGATHA  CHRISTIE  and  POIROT  are  registered 
trade marks of Agatha Christie Limited in the UK and/or elsewhere. 
All rights reserved. 
Bu  kitabın  Azərbaycan  dilinə  tərcümə  və  yayım  hüquqları  Qanun 
Nəşriyyatına məxsusdur. 
Kitabın  təkrar  və  hissə-hissə  nəşri  “Müəlliflik  hüququ  və  əlaqəli 
hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu”na ziddir. 
 
downloaded from KitabYurdu.org


 
I FƏSİL 
“Ağsaçlı adam” 
Gecəyarısına  yaxın  Konkord  meydanından  ağır  xəz  paltolu  bir  kişi 
keçdi. Onun yerişində və duruşunda zahirən etibarlı görkəmi ilə heç 
cür uzlaşmayan inamsızlıq, qətiyyətsizlik hiss olunurdu. 
Siçovula oxşayan balaca adam... Ona baxdıqda siz elə hesab edərsiniz 
ki, o, elə də əhəmiyyətli birisi deyil, lakin belə düşünərək siz çox səhv 
etmiş olardınız: ilk baxışdan görkəmsiz görünən, 
heç nə ilə fərqlənməyən bu adam bəşəriyyətin taleyində əhəmiyyətli 
rol oynayırdı. Siçovulların idarə etdiyi imperiyada o, kral idi. 
Elə indi də səfirlikdə onun yolunu gözləyirdilər. 
Lakin bu adamın səfirliyin bixəbər olduğu daha əhəmiyyətli başqa bir 
işi də vardı. Sayrışan ay işığı altında onun solğun bənizində qarmağa 
bənzər burnu aydın seçilirdi. 
Polyak yəhudilərindən olan atası günəmuzd işləyən dərzi idi. 
Oğlunu bu gecəyarısı evdən çıxmağa vadar edən iş, çətin ki, atasının 
ürəyincə olardı. Adam Senaya çatdı, körpünü keçdi və Parisin pis ad 
çıxarmış  məhəllələrindən  birinə  gəlib  çıxdı.  O,  qədimdən  qalma 
hündür bir evin yanında 
dayandı  və  dördüncü  mərtəbəyə  qalxdı.  Qapını  döyərkən  gözləməli 
olmadı:  qapını  həmin  an  bir  qadın  açdı.  Görünür,  o,  bu  adamı 
gözləyirmiş. Onunla salamlaşmadan qadın xəz paltosunu soyunmaqda 
ona kömək etdi və zövqsüz döşənmiş qonaq otağına apardı. Qalın toz 
qatı  örtmüş  çilçırağın  işığı  yandı  və  onun  tutqun  işığı  monqoloid 
cizgili qadının geniş yanaqlarını və kobud makiyajını aşkara çıxardı. 
Olqa  Demidova  adlandırılan  bu  qadının  nə  “peşəsinə”,  nə  də 
milliyyətinə bələd olmaq o qədər də çətin deyildi. 
- Hər şey qaydasındadır, balaca? 
downloaded from KitabYurdu.org


 
- Hər şey qaydasındadır, Boris İvanoviç! 
O,  başını  tərpədərək  burnunun  altında  astadan:  “Fikirləşmirəm  ki, 
məni izləyəydilər”, - söylədi, 
lakin  səsində  təlaş  duyulurdu.  O,  pəncərəyə  yaxınlaşdı,  pərdəni 
ehtiyatla araladı və həmin an cəld geri çəkildi. 

Küçənin o tərəfində iki kişi var! Mənə elə 
gəlir... 
- Onun dili tutuldu və həmişə həyəcanlananda etdiyi kimi, dırnaqlarını 
gəmirməyə başladı. 

Onlar hələ siz gəlməmişdən qabaq orada idilər, - rus qadın onu 
sakitləşdirməyə çalışdı. 

Mənə elə gəlir, onlar evi izləyirlər. 

Ola bilər, - o, laqeydliklə razılaşdı. 
-Axı... 
- Nə olsun ki? Hətta belə olsa belə, sizin qorxmağa əsasınız yoxdur. 
Cüzi bir təbəssüm onun dodaqlarını tərpətdi. 

Düzdür... 
O, iki dəqiqəliyinə susdu və sonra davam etdi: 
-  Bu lənətə gəlmiş amerikalı öz qeydinə heç də 
pis qalmır. 

Görünür. 
O, yenidən pəncərəyə yaxınlaşdı. 

Quldurcuğazlar, - o, sanki iyrənirmiş kimi 
söylədi, 
-  qorxuram, onlar polisə yaxşı məlumdurlar. Nə 
etməli, onlara uğurlu ov arzulayıram. 
Olqa Demidova başını yellədi: 

Əgər  amerikalı  söylədikləri  kimidirsə,  onda  belə  qorxaq 
downloaded from KitabYurdu.org


 
soyğunçular nə qədər çox olsa, bir 
o qədər yaxşıdır. - O susdu. - Mən başqa şey barədə düşünürəm... 
- Nə barədə? 
-  Elə bir şey deyil. Sadəcə, bu axşam küçədən 
iki dəfə ağsaçlı bir adam keçib. 

Nə olsun? 
-  Bu iki nəfərin yanından keçərkən o, əlcəyini yerə saldı. Onlardan 
biri əlcəyi yerdən qaldırdı 
və kişiyə verdi. Məşhur fənd. 
-  Demək istəyirsən ki, onları həmin ağsaçlı kişi 
tutub? 

Ola bilər. 
Rus narahat oldu: 

Sən əminsən ki, bağlama salamatdır? Ona heç kim dəyməyib 
ki? Bağlamanın ətrafında çox 
səs-küy var idi, həddindən artıq! 
- Özünüz baxın! 
Qadın  buxarıya  tərəf  əyildi  və  kömürləri  cəld  dağıtdı.  Kömürlərin 
altında əzilmiş qəzetlərin arasında kağız bağlama var idi. Qadın onu 
çıxardı və kişiyə uzatdı. 
- Dahiyanə! 

Mənzili iki dəfə axtardılar, hətta döşəyin içini 
də eşələdilər... 
- Dedim axı, çox səs-küy vardı. Qiymət barəsində mübahisələr... Bu, 
səhv idi! 
O,  kağızı  açdı.  Onun  arasında  kağız  qutucuq  vardı.  Qutunun 
içindəkini yoxlayıb, cəld qutunun 
ağzını bağladı və yenidən kağıza bükdü. Bu vaxt qapının zəngi çalındı. 
downloaded from KitabYurdu.org


 
-Amerikalı son dərəcə dəqiqdir, - Olqa saata baxaraq qeyd etdi. 
O, otaqdan çıxdı və bir dəqiqə sonra hündür, enlikürək Amerika əsilli 
kişi ilə otağa qayıtdı. 

Müsyö Krasnin? - o, gülərüzlə soruşdu. 

Bəli, mənəm. Mən... mən gərək... görüş yerinin narahatlığına 
görə sizdən üzr istəyim. 
Lakin məxfilik çox əsasdır. İstəməzdim ki, mənim adım bu cür işlərdə 
hallansın. 

Eləmi? - Amerikalı həvəs göstərmədən 
soruşdu. 
-  Siz mənə  söz  verdiniz ki,  bizim  sövdələşməmizin  təfərrüatı  məxfi 
olaraq 
qalacaq. Elə deyilmi? Şərtlərimizdən biri... 
-  Bəli,  biz  məhz  belə  danışmışdıq.  -  Amerikalı  sakit  halda  başı  ilə 
təsdiqlədi. - Malı verin. 
- Sizin pullar kupyor formasındadır? 
-  Bəli. - Amerikalı onları göstərməyə tələsmirdi. 
Bir qədər tutulduqdan sonra Krasnin əli ilə bağlamaya işarə etdi. 
Amerikalı  stolüstü  lampaya  yaxınlaşaraq  bağlamanın  içindəkiləri 
yoxladı.  Razı  qalaraq  cibindən  qalın  dəri  pul  kisəsini  çıxarıb 
içərisindən  bir  dəstə  pul  götürdü  və  rusa  verdi.  Rus  diqqətlə  pulu 
saydı. 
- Düzdür? 
-Təşəkkür edirəm, müsyö. Bəli, düzdür. 
Amerikalı etinasızlıqla bağlamanı cibinə qoydu və Olqaya təzim etdi: 
-  Gecəniz xeyrə qalsın, madmazel. Gecəniz 
xeyrə qalsın, müsyö Krasnin. 
O gedəndən sonra otaqda qalanların baxışları qarşılaşdı. 
downloaded from KitabYurdu.org


 
Kişi qurumuş dodaqlarını diliylə yaladı. 
-  Maraqlıdır, görəsən, otelə qədər gedib çıxa 
biləcəkmi?  -  o,  astadan  söylədi.  Onlar  dillənmədən  pəncərədən 
baxdılar.  Həmin  an  amerikalı  küçə  qapısından  çıxdı.  İki  kölgə  isə 
səssizcə  onun  ardınca  addımladı.  İzlənilən  və  izləyənlər  gecənin 
qaranlığında yox oldular. Sükutu ilk pozan Olqa oldu: 

O, sağ-salamat gedib çıxacaq. Qorxmaya... 
yaxud da ümid etməyə bilərsiniz. 
-  Nəyə  görə  elə  düşünürsən  ki,  o,  sağ-salamat  gedib  çıxacaq?  - 
Krasnin çətinə düşmüş halda 
soruşdu. 
-  Onun  kimi  çox  pulu  olan  adam,  yəqin  ki,  səfeh  deyil.  Pul 
demişkən... - o, mənalı baxışla kişiyə 
baxdı. 
-Nə? 
- Əzizim Boris İvanoviç! 
Krasnin həvəssiz surətdə ona doğru iki kupyura uzatdı. O, təşəkkürlə, 
lakin laqeydliklə başını tərpətdi və onları corabının içində gizlətdi. 
Krasnin maraqla Olqaya baxdı. 
- Sən təəssüf etmirsən ki, Olqa? -Təəssüflənmirəm? Nə barədə? 
- Bir az öncə əlində olan barədə. Tanıdığım qadınların əksəriyyətinin 
bu cür əşyalar üçün ürəyi gedir. 
-  Bəli,  siz  haqlısınız.  Əksər  qadınlar  belə  əşyaların  dəlisidir.  Lakin 
mən yox. İndisə düşünürəm ki... - O susdu. 
- Nə düşünürsən? - Krasnin maraqla soruşdu. 
-Amerikalını  heç  bir  təhlükə  gözləmir,  bu,  doğrudur.  -  Olqa  fikirli-
fikirli söylədi. - Lakin maraqlıdır ki, sonra... 
- Sonra nə? 
downloaded from KitabYurdu.org


 

Əlbəttə o, onları hansısa qadına hədiyyə 
edəcək. 
- Olqa fikirləşməyə davam etdi. - Bax, sonra olacaqlar isə... 
Onun yenidən dili tutularaq pəncərəyə yaxınlaşdı. Birdən o, bərkdən 
içini çəkdi və yoldaşını çağırdı. 

Baxın, odur, bayaq sizə dediyim kişidir! 
Silindr  və  plaş  geymiş  qədd-qamətli  qəşəng  bir  kişi  küçə  ilə 
tələsmədən gedirdi. O, fənərlərin altından keçərkən işıq onun ağarmış 
saçlarını aydınlatdı. 
II 
FƏSİL Müsyö Markiz 
Ağsaçlı  adam  astadan  fit  çala-çala,  tələsmədən  öz  yoluna  davam 
edirdi. O, tamamilə sakit idi. Əvvəlcə sağa, sonra isə sola döndü. 
Qəflətən  dayandı  və  ətrafa  qulaq  asdı.  Çox  ehtimal  ki,  o,  nəsə  səs 
eşitdi:  araba  təkəri  qırıldı,  yoxsa  atəş  səsi  gəldi?  Bir  anlığına  onun 
dodaqlarında  kinayəli  bir  təbəssüm  oynadı  və  sonradan  yenə  də 
tələsmədən gəzintisinə davam etdi. 
Tini  burularkən  o,  qanun  keşikçisinin  bloknota  nəsə  qeyd  etdiyini 
gördü,  iki-üç  nəfər  təsadüfən  yoldan  keçənlər  isə  onun  başına 
yığışmışdılar. Ağ saçlı adam onlardan birinə müraciət etdi: 
- Nəsə bir hadisə baş verib? 
-  İki quldur yaşlı bir centlmenə hücum ediblər, 
müsyö! 
- Ümidvaram ki, hər şey yaxşı bitib? 
-  Bəli, müsyö. - Həmin adam güldü. - Hücum 
edilən şəxs amerikalı imiş. Onun cibində tapançası varmış. Amerikalı 
atəş açıb, onlar da qorxub qaçıblar. Polis isə həmişə olduğu kimi, çox 
gec gəlib çıxıb. 
Ağsaçlı adam təşəkkür edib fit çala-çala yoluna davam etdi. Senanın 
downloaded from KitabYurdu.org


 
o biri tayına keçərək, 
Parisin  daha  varlı  məhəlləsinə  gəldi.  İyirmi  dəqiqə  sonra  ciddi 
memarlıq üslubu ilə seçilən kiçik bir evin yanında dayandı. 
Bu, mağaza idi. O, çox nəzərə çarpmırdı: mağazanın sahibi, antikvar 
alverçisi  Demetrius  Papapolous  o  qədər  məşhur  idi  ki,  reklama 
ehtiyacı yox idi. Onun qazancının çoxu heç də piştaxtadan gəlmirdi. 
Müsyö  Papapolous  Yelisey  sahəsində  dəbdəbəli  bir  mənzildə 
yaşayırdı  və  indi  onun  məhz  orada  olduğunu  ehtimal  etmək  daha 
məntiqli  olardı,  lakin  göründüyü  kimi,  ağsaçlı  adam  onun  harada 
olduğunu  bilirdi:  o,  boş  küçəyə  nəzər  salaraq  qətiyyətlə  qapının 
zəngini  basdı.  Və  səhv  etməmişdi:  qapı  aralandı,  qapının  ağzında 
qulağında qızıl sırğa olan tünd dərili sakit bir kişi göründü. 
- Axşamınız xeyir! Sahibin yerindədir? 
- Sahib buradadır, lakin o, bu saatda heç kimi qəbul etmir. 
-Zənn  edirəm  ki,  məni  qəbul  edəcək.  Ona  deyin  ki,  dostu  müsyö 
Markiz onu görmək istəyir. 
Kişi qapını geniş araladı və qonağı içəri buraxdı. 
Özünü Markiz adlandıran adam xidmətçiylə danışarkən əli ilə üzünü 
gizlətmişdi. Xidmətçi müsyö Papapolousun qonağı qəbul etdiyi üçün 
çox  şad  olduğunu  xəbər  vermək  üçün  qayıdanda  sonuncunun 
görkəmində  xeyli  dəyişiklik  olmuşdu.  Görünür,  xidmətçi  ya  kifayət 
qədər  diqqətli  deyildi,  ya  da  yaxşı  təlim  keçmişdi,  çünki  qonağın 
üzündəki atlas maskanı 
görəndə  xüsusi  bir  təəccüb  göstərmədi.  Dəhlizin  sonundakı  qapıya 
yaxınlaşdı və qapını açaraq elan etdi: 
- Müsyö Markiz. 
Qəribə  qonağını  salamlamaq  üçün  ayağa  duran  adam  sıradan  biri 
deyildi. Onun görkəmində nəsə mötəbərlik və patriarxallıq duyulurdu. 
downloaded from KitabYurdu.org

10 
 
Onun hündür alnı, səliqəli çal saqqalı, vüqarlı ədası vardı. 
- Mənim dostum, - müsyö Papapolous dilləndi. 
O, fransız dilində yaxşı danışırdı, onun səsi dolğun və məlahətli idi. 
-  Belə  gec  vaxtda  gəlişimə  görə  sizdən  üzr  istəməliyəm,  -  qonaq 
söylədi. 
-  Eybi  yox,  eybi  yox,  -  müsyö  Papapolous  cavab  verdi.  -  İndi 
gecənin maraqlı vaxtıdır. 
Yəqin ki, sizin də maraqlı axşamınız olub. 
- Şəxsən mənim axşamım deyil. 
-  Şəxsən sizin deyil, - müsyö Papapolous 
təkrarladı, 
-  yox, yox, əlbəttə, sizin deyil. Hə, nəsə təzə 
xəbər var? 
O,  ətrafa  nəzər  saldı  və  onun  baxışları  əzəmətini  və  mülayimliyini 
itirdi. 
-Təzə  xəbər  yoxdur.  Cəhd  baş  tutmadı.  Mən  heç  başqa  cür  də 
gözləmirdim. 
-  Tamamilə haqlısınız, - müsyö Papapolous 
razılaşdı. 
- Özü də qəddarlıq... - Və o, bunu qəbul etmədiyini göstərən bir jest 
etdi. 
Bu cür davranışlar isə Papapolousun nə adı ilə, nə də var-dövləti ilə 
yanaşı çəkilə bilməzdi. 
Avropada  bir  çox  kral  ailələrində  onu  yaxşı  tanıyırdılar  və  həmin 
ailələrin  üzvləri  onu  dostyana  Demetrius  çağırırdılar.  O,  ehtiyatlı 
adam kimi hər yerdə etibar qazanmışdı. 
Bununla  birgə  onun  zahiri  etibarlılığı  da  dəfələrlə  Papapolousa 
xoşagəlməyən şübhələri öz üzərindən dəf etməyə imkan yaratmışdı... 
downloaded from KitabYurdu.org

11 
 
- Birbaşa hücum. - Müsyö Papapolous başını yellədi. 
- Bu, bəzən işə yarayır, lakin çox nadir hallarda. 
Həmsöhbəti çiyinlərini çəkdi: 
-  Amma  vaxta  qənaət  edir,  -  o  qeyd  etdi,  -  və  tamamilə  asandır, 
yaxud da demək olar ki, asandır. O biri plansa mütləq baş tutacaq. 
- O! - antikvar diqqətlə Markizə baxdı. 
O, ehmalca başını tərpətdi. 
- Mən sizin... etibarınıza tamamilə güvənirəm, - antikvar söylədi. 
Markiz hörmətlə gülümsədi. 
-  Düşünürəm ki, - o dedi, - sizin də etibarınız 
xələl görməyəcək. 
- Sizin nadir fürsətləriniz var... - Antikvarın səsində həsəd intonasiyası 
duyuldu. 
-  Bunu mən özüm yaradıram, - müsyö Markiz 
söylədi. 
O, ayağa durdu və stulun kürəkliyinə səliqəsiz atdığı plaşını götürdü: 
-  Sizi  öz  üsulumla  xəbərdar  edəcəyəm,  amma  gərək  bizim 
razılaşmamız qüvvədə qalsın, - deyərək sözünü yekunlaşdırdı. 
-  Mən  həmişə  sözümün  ağasıyam,  -  müsyö  Papapolous  incik  halda 
bildirdi. 
Markiz gülümsədi və sağollaşaraq qapını arxasınca bağladı. 
Bir  müddət  müsyö  Papapolous  möhtəşəm  çal  saqqalına  sığal  çəkə-
çəkə fikrə getdi, sonra isə o biri qapıya yaxınlaşdı. Qapının dəstəyini 
buranda qapının açar yerindən qulaq asan qadın geri hoppandı. Müsyö 
Papapolous nə 
təəccüblənmədi, nə əsəbiləşmədi. Onun üçün bu, adi hal idi. 
- Hə, Zia? 

Onun getdiyini eşitmədim, - o, izah etdi. 
downloaded from KitabYurdu.org

12 
 
Bu, müsyö Papapolousun gözləri kimi parlaq qara gözləri olan gənc 
qadın  idi.  Onların  gözləri  o  qədər  oxşar  idi  ki,  həmin  dəqiqə 
qarşınızdakıların ata və qız olduqlarını söyləmək olardı. 

Heyf  ki,  açar  yerindən  eyni  zamanda  həm  baxmaq,  həm  də 
eşitmək olmur, - qadın sözünə 
davam etdi. 
-  Mən  özüm  də  tez-tez  buna  təəssüflənirəm,  -  müsyö  Papapolous 
anlayışla söylədi. 
- Deməli, bu, həmin müsyö Markizdir, -Zia astadan söylədi. - Ata, o, 
həmişəmi maska taxır? 
- Həmişə. 
-  Zənnimcə, söhbət yaqutlardan gedirdi? - qısa 
pauzadan sonra Zia xəbər aldı. 
Atası başı ilə təsdiq etdi. 
-  Nə barədə düşünürsən, bala? - Onun gözləri 
maraqla alovlandı. - Markiz barədə? 
-  Hə. Düşünürəm ki, - Zia sakit cavab verdi, - ingilisin fransızca belə 
mükəmməl danışması 
çox nadir haldır! 
O, qızının sözünü kəsmədən maraqla onu dinləyirdi. 
Bir  də  düşünürəm  ki,  -  Zia  davam  etdi,  -  onun  başı  qeyri-adi 
formadadır. 
- Böyükdür, - atası razılaşdı. - İnanılmaz dərəcədə böyükdür. Adətən, 
parik geyinilən zaman həmişə belə görünür. 
Onlar bir-birinə baxdılar və güldülər. 
III 
FƏSİL Alovlu qəlb 
Rufus  Van  Aidin  “Savoy”  otelinin  fırlanan  qapılarından  keçərək 
kontorkayal yaxınlaşdı. Klerk onu hörmətlə salamladı. 
downloaded from KitabYurdu.org

13 
 
- Sizi yenidən görməyimə şadam, mister Van Aidin! 
Amerikalı  milyoner  cavabında  başını  tərpətdi.  -  Hər  şey 
qaydasındadırmı? 
- Bəli, ser. Mayor Nayton nömrədədir. 
Van Aidin yenidən başını tərpətdi. 
- Poçt? - o maraqlandı. 
-Artıq  onları  nömrənizə  aparıblar,  mister  Van  Aidin.  Bir  dəqiqə.  - 
Klerk kontorkada kağızları eşələdi və məktub çıxardı. - İndicə gəlib, - 
deyə bildirdi. 
Rufus  Van  Aidin  məktubu  götürdü.  Zərfin  üzərindəki  qeyri-səlis 
qadın  xəttini  gördükdə  onun  sifət  ifadəsi  kəskin  dəyişildi.  Sifəti 
mülayimləşdi,  dodaqlarının  kənarı  yuxarı  dartıldı.  Bu  anda  o, 
tamamilə başqa insan kimi - görünürdü. Məktubu əlində saxlayaraq o, 
liftə sarı getdi, təbəssüm üzündən hələ də çəkilməmişdi. 
Onun 
nömrəsində 
masa  arxasında  əyləşmiş  gənc  oğlan 
korrespondensiyaları çeşidləyirdi. 
- Salam, Nayton! 
- Sizi yenidən görməyimə şadam, ser. Vaxtınızı necə keçirdiniz? 
- Əlbəttə, - milyoner qayğısız halda cavab verdi, - Paris indi çox 
darıxdırıcıdır, baxmayaraq 
ki, mən istədiyimi almışam. - O, kədərli halda gülümsədi. 

Həmişə olduğu kimi, - katib də gülümsədi. 
- Sözsüz! 
O, bunu elə tonda söylədi ki, elə bil hamıya məlum olan hansısa fakt 
haqqında danışırdı. Paltosunu soyunaraq masaya tərəf döndü. 
- Təcili nəsə var? 
-  Düşünmürəm,  ser.  Adətən,  olduğu  kimi.  Mən  hələ  ki, 
bitirməmişəm... 
downloaded from KitabYurdu.org

14 
 
Van Aidin astaca başını tərpətdi. O, çox nadir hallarda tərif, yaxud da 
məzəmmət söyləyərdi. Ona tabe olanlarla ünsiyyəti tamamilə sadə idi: 
onları  çətin  sınaqlara  çəkir  və  ancaq  bunun  öhdəsindən  gələnləri 
yanında  saxlayırdı.  Adamları  qeyri-ənənəvi  yolla  seçirdi.  Məsələn, 
Naytona  Van  Aidin  iki  ay  əvvəl  İsveçrə  sanatoriyalarının  birində 
təsadüfən  rast  gəlmişdi.  Ona  diqqət  yetirmiş,  xidmət  dəftərçəsi  ilə 
tanış  olmuş  və  oradan  yüngül  axsaqlığının  müharibə  zamanı 
yaralanmasının nəticəsi olduğunu öyrənmişdi. Nayton iş axtardığını 
gizləməmiş və milyonerdən ona yaxşı bir vəzifə üçün məsləhət verə 
bilərmi, deyə soruşmuşdu. 
Van Aidin təkəbbürlü təbəssümlə gənc oğlanın katib vəzifəsi təklifini 
aldığı zaman onun keçirdiyi şoku xatırladı. 
-  Amma  belə  işlər  üçün  mənim  təcrübəm  yoxdur,  -  oğlan  utanaraq 
söyləmişdi. 
- Bu, vacib deyil! Bu cür işlər üçün mənim daha üç katibim də var. 
Lakin mən İngiltərəyə getməyə hazırlaşıram və mənə həmin ölkənin 
həyat tərzini bilən geniş əlaqəli bir adam lazımdır. 
Hələlik Van Aidin öz seçiminə görə peşman olmamışdı. 
Nayton çalışqan, ağıllı və dərrakəli, eyni zamanda valehedici  ədaya 
sahib bir adam idi. 
Katib üç-dörd məktubu göstərdi. 

Təxirə salmadan bunlarla tanış olsanız, pis olmazdı. Ən əsası, 
Kolton razılaşması barədə... 
Lakin Van Aidin etirazedici işarə etdi. 
- Onları bu gecə oxuyan deyiləm. Sabaha qədər gözləyərlər. Hamısı, 
yalnız bundan başqa. - O, əlində tutduğu məktuba işarə etdi. 
Riçard Nayton anlayışla güldü. 

Missis Ketterinq? O, dünən və bu gün zəng vurmuşdu. Deyəsən, 
downloaded from KitabYurdu.org

15 
 
sizi təcili görmək istəyir, 
ser. 
- Təcili? 
Təbəssüm  milyonerin  üzündən  silindi.  O,  zərfi  açdı  və  məktubu 
oxumağa başladı. Onun üzü getdikcə qaraldı, dodaqlarını isə əsəbdən 
Uoll- stritin yaxşı bələd olduğu tərzdə bir-birinə sıxdı. 
Nayton  ədəblə  üzünü  çevirib,  korrespondensiyaları  açmağa  və 
çeşidləməyə davam etdi. Milyoner qəzəblə əlini masaya çırpdı. 
- “Buna dözə bilmərəm, - o öz-özünə söylədi. - Yazıq qız! Eybi yox, 
yaxşı ki, onu müdafiə etməyi bacaran qoca atası var”. 
O, bir neçə dəqiqə otaqda qaşqabaqlı halda  gəzişdi. Nayton  hələ  də 
masanın arxasında oturmuşdu. Gözlənilmədən Van Aidin dayandı və 
stulun kürəkliyinə atdığı paltosunu götürdü. 
- Siz gedirsiniz, ser? 
- Hə, qızımgilə gedirəm. 
- Əgər Koltonun adamları zəng vursa... 
-  Deyərsən ki, cəhənnəm olsunlar! - Van Aidin 
qışqırdı. 
- Yaxşı, - Nayton sakit dilləndi. 
Van  Aidin  artıq  paltosunu  geyinmişdi  və  şlyapasını  başına  qoyaraq 
qapıya tərəf getdi. Qapıdan çıxmadan öncə ayaq saxladı. 
-  Sən yaxşı oğlansan, Nayton! Mən özümdən 
çıxanda sən məni təngə gətirmirsən. 
Nayton sakitcə gülümsədi. 

Rut mənim yeganə övladımdır, - Van Aidin sözünə davam etdi, - 
və onun mənim üçün nə 
qədər dəyərli olduğunu heç kim bilmir. 
Xoş bir təbəssüm onun üzünü işıqlandırdı. O, əlini cibinə saldı. 
downloaded from KitabYurdu.org

16 
 

İstəyirsən sənə bir şey göstərim, Nayton? 
O,  yenidən katibə  yaxınlaşdı  və  cibindən kağıza səliqəsiz bükülmüş 
bir qutu çıxardı. Qutunun içində olan, üzərində tac və inisiallar  əks 
olunmuş qırmızı məxmər futlyarı açdı və bu an katib nəfəsini tutdu. 
Bir qədər saralmış ağ astarın üstündə qan kimi qıpqırmızı daş-qaşlar 
alovlanırdı. 

İlahi! - Nayton ucadan söylədi. - Onlar - 
həqiqidirlərmi? 
Van Aidin məmnun halda güldü: 
- Sualın məni təəccübləndirmir. Bu yaqutlardan üçü dünyanın  ən iri 
yaqutlarıdır. Onları 
İmperatriçə Yekaterina taxıb, Nayton. Mərkəzdə olan “Alovun qəlbi” 
adlanır. O, çox gözəldir, doğrusu, söz ola bilməz. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə