Dr. Leyla Tağızadə layihənin rəhbəri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi



Yüklə 0.77 Mb.
Pdf просмотр
tarix26.07.2017
ölçüsü0.77 Mb.

Dr.Leyla Tağızadə - layihənin rəhbəri 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 

29 sentyabr 2015-ci il  

Bakı 

AZƏRBAYCAN RESPUBLİKASI 

 

 

BMT  tərəfindən  bəşəriyyət  qarşısında  qoyulmuş  Minilliyin 

İnkişaf  Məqsədlərinə  nail  olması  ilə  əlaqədar,  Azərbaycan 

Höküməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. 

   

“Transsərhəd  su  axınları  və  beynəlxalq  göllərin  qorunması  və 



istifadəsi” Konvensiyasını 2000-ci ildə ratifikasiya etmiş və 2002-

ci ildə onun Su və Sağlamlıq Protokoluna tərəfdaş çıxmışdır. 

 

Hazırda  ölkəmizdə  Su  və  Sağlamlıq  Protokolu  çərçivəsində, 



Rəyasət  Komitəsinin  dəstəyi  ilə  Məqsədli  Göstəricilərin 

hazırlanması prosessinə start verilmişdir. 

 

 

 

    

Azərbaycan Respublikası Su və Sağlamlıq Protokoluna qoşulduğu vaxtdan 

bu  günədək  Minilliyin  İnkişaf  Məqsədlərinin  həyata  keçirilməsinə  imkan 

yaradan bəzi konkret addımlar atılıb: 

 

 2003-cü  ildə  Azərbaycan  Respublikasının  Höküməti  tərəfindən  ekoloji  kontekstə 



uyğun  olaraq  «Ölkənin  dayanaqlı  sosial-iqtisadi  inkişafına  dair  Milli  Proqram»ı 

qəbul  olundu.  Həmin  Proqramın  bir  hissəsi  bütövlükdə  su  siyasətinə  həsr  olunub 

və  bu  Proqramın  icrasının  nəticələrinə  əsasən  ölkənin  hər  bir  sakini  2015-ci  ilə 

qədər təhlükəsiz və keyfiyətli içməli su ilə təmin olunacağı planlaşdırılır. 

 

 İqtisadiyyatın  bütün  sahələri  üzrə  sürətli  və  davamlı  inkişafı  Azərbaycan 



Dövlətinin fəaliyyətində mühüm yer tutur. Dövlətin su siyasətinin məqsədi əhalinin 

ehtiyaclarını  ödəməklə  yanaşı  ətraf  mühitin  qorunmasını  və  yaşayış    üçün 

yararlığını  təmin  etməkdir.  Bununla  bərabər,  əsas  prinsiplərdən  biri  də  gələcək 

nəsillərin  və  digər  dövlətlərin  yararlı  ətraf  mühitə  dair  hüquqlarının 

qorunmasından ibarətdir. 

 

 

Davamlı  İnkişafa  bir  sıra  milli  və  dövlət  proqramlarının  icrası  ilə  nail 

olunur.  Milli  Proqramlar  qəbul  edilən  zaman,  beynəlxalq  təşkilatların 

təcrübəsi  və  beynəlxalq  konvensiyalar  tərəfindən  qoyulmuş  tələblər  nəzərə 

alınır.  Ölkədə  mövcud  yaşayış  şəraitinə  əsaslanaraq,  su  sahəsinə  dair 

müvafiq  hüquqi-normativ  və  normativ-texniki  xarakterli  aktlar  qəbul 

edilib.  Milli  Proqramları  qəbul  etməzdən  əvvəl  layihələr  ictimaiyətin,  o 

cümlədən qeyri-dövlət təşkilatların müzakirəsinə çıxarılır

 

Proqramların əsas məqsədləri aşağıdakılardır: 



 ölkə  iqtisadiyyatının  diversifikasiyası  və  dünya  iqtisadiyyatı  sistemi  ilə 

birləşməsi;  



növbəti  illərdə  infrastrukturun  təkmilləşməsi,  kommunal  xidmətlərin  və 



əhalinin həyat tərzinin yüksəlməsi.  

 

Dövlət  və  sahəvi  proqramlarda  qeyd  olunmuş  nəticələr,  həmçinin  su 

sektorunda olan problemlər ilə bağlı beynəlxalq və milli layihələrdə nəzərdə 

tutulmuş məqsədlər, aşağıda qeyd edilənlərin əldə olunmasına kömək edir: 

 

 su sahəsində milli və yerli məqsədli  göstəricilərin müəyyənləşdirilməsinə; 



 

 o cümlədən, bu göstəricilər bütün əhalini içməli su və sanitariya ilə təmin 



olunmasına dair müvafiq tədbirlərin inkişafına təkan verməsidir. 

Müstəqillik illərində Azərbaycanda müxtəlif sahələrdə çalışan ictimai birliklər, 

fondlar  və  digər  qeyri-hökümət  təşkilatlarından  ibarət  qeyri-hökümət  sektoru 

yaradılıb.  

 

Ölkədə  «Azərbaycan  Respublikası  qeyri-hökümət  təşkilatlarının  dövlət  dəstək 

Konsepsiya»sı  təsdiq  edilib  və  su  sektorunda  olan  problemlər  haqqında 

ictimaiyyətin məlumatalndırılması təmin olunur: 

 



su  resurslarının  qorunması  üzrə  hüquqi  və  qanuni  aspektləri  müxtəlif 



vasitələrlə izah edir (bülleten, bukletlər, mətbuatda çıxışlar və treninqlər).  

 

Həmçinin, ekoloji sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların şərtlərinin 

yerinə  yetirilməsi  üzrə  müvafiq  tərəflərin  nümayəndələrindən,  o  cümlədən,  

qeyri-dövlət təşkilatlarının iştrakı ilə 

işçi qrupları

 yaradılıb.

 

 

Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən 

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası hazırlanmışdır.  

Ekologiya  və  Təbii  Sərvətlər  və  Səhiyyə  Nazirlikləri  birgə  Strateji  Fəaliyyət 

Planları  hazırlanmışdır.  Bu  planda  ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması 

üçün iqtisadi və insan potensiallarının və müasir üsullarla idarə edilməsi, indiki və 

gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi 

modellərin  texnologiyaların  istifadəsi,  insan  həyat  fəaliyyətini  təmin  edə  biləcək 

ekosistemlərinin əsas istiqamətləri üzrə məqsədlərə çatmaq vəzifə olaraq qarşıya 

qoyulmuşdur.  Həmçinin,  planlaşdırılan  hədəflərə  nail  olmaq  məqsədilə  qısa 

müddətli və uzun müddətli prinsiplər qəbul edilmişdir.  Belə ki, Səhiyyə Nazirliyi 

tərəfindən  yoluxucu  xəstəliklərin  profilkatikası  məqsədilə  profilaktik  tədbirlərin 

gücləndirilməsi  işi  qısa  müddətli  plana  daxil  edilmişdir.  2015-2020-ci  illərdə 

müvafiq  tədbirlərin  həyata  keçirilməsi  ilə  sanitariya-epidemioloji  xidmətin 

inkişafına nail olunacaqdır.  



2015-ci  ilin  sonuna  qədər  kiçik  şəhərlərdə  və  rayon  yerlərində  yaşayan 

əhalinin  davamlı  təhlükəsiz  su  və  təmizləyici  qurğularla  təmin 

olunmasına  dair  «2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 

yoxsulluğun  səviyyəsini  azaldılması  və  davamlı  inkişaf»ı  üzrə  Dövlət 

Proqramı çərçivəsində milli göstəricilər müəyyən edilmişdir. 



Su  və  su  təsərrüfatı  obyektlərinin  idarəçiliyi,  nizama  salınması, 



təhlükəsizliyini  və  qorunmasının  təmin  edilməsiylə  bağlı  bütün 

məsələlər  üzrə  müvafiq  dövlət  orqanları  ilə  razılaşdırılaraq  Nazirlər 

Kabineti tərəfindən təsdiqlənir. 



Azərbaycanın  iqtisadi  inkişafı  son  illərdə  su  istehlakçılarının 



hüquqlarını qorunması və ekoloji problemlər ilə bağlı məsələlərin həlli 

istiqamətində  önəmli  prioritet  təşkil  edir.  Son  7-8  il  ərzində  ölkədə 

ekoloji  vəziyyətin  yaxşılaşdırmasına  yönəldilmiş  dövlət  proqramları, 

həmçinin,  iri  həcmdə  maliyyə  xərclərini  tələb  edən  layihələr  həyata 

keçirilir.  

 

 

 

     

Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin təhlükəsiz içməli 

su  ilə  təmin  edilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının 

Prezidentinin  «Əhalinin  ekoloji  cəhətdən  təmiz  su  ilə  təminatının 

yaxşılaşdırılması  ilə  əlaqədar  əlavə  tədbirlər  haqqında»  sərəncamına 

əsasən aşağıda qeyd ilunan tədbirlər həyata keçirilib: 



22 inzibati rayonun 320 qəsəbəsində 530 min əhalinin keyfiyyətli içməli 



su ilə təmin edən modul tipli su təmizləyici qurğular quraşdırılıb; 

 



hal  hazırda  həmin  qəsəbələrin  hər  bir  sakini  gün  ərzində  ÜST-ün 



tövsiyyələrinə əsasən 20-60 litr içməli su ilə təmin olunur.  

 

 

 





Dövlət tərəfindən su təminatının yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş 

layihələrin  məqsədi  su  təmizləyici  qurğuların  və  su  kəmərlərinin  vaxtında 

istismara verilməsidir. 



Əhalinin  su  və  kanalizasiya  xidmətləri  ilə  təmin  olunması  Milli  layihə 



çərçivəsində  Azərbaycan  dövlətinin  və  Dünya  Bankının  maliyyə  dəstəyi  ilə 

“Azərsu”  və  “Azərbaycan  Meleorasiya  və  Su  Təsərrüfatı  ”  ASC-nin  və  

Ərazilərin  bərpa    və  yenidənqurulması  üzrə    Dövlət  Agentliyi  tərəfindən  

tərəfindən  46  şəhər  və  rayon  mərkəzlərində  davamlı  və  təhlükəsiz  su  və 

kanalizasiya sistemlərinin  təmin edilməsi ilə bağlı uğurlu işlər keçirilmişdir. 



Respublikanın  paytaxtında  içməli  suyun  təkrar  çirklənməsinin  qarşısının 



alınması  məqsədi  ilə  xırda  su  hovuzları  ləğv  edilmiş  və  yeni    su  təchizatı 

sistemlərində fasiləsiz su təminatı ilə təchiz olunmuşdur.  



Dövlət tərəfindən qoyulan məqsədlərə nail olmaq üçün Böyük Bakı şəhərinin 



su təminatı üzrə Baş Planının işlənməsi başlanılmışdır.   

 

Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-

iqtisadi  inkişafı  Dövlət  Proqramı”nda  “Su  ehtiyatlarının  inteqrasiyalı 

idarə  edilməsi  üzrə  Milli  Plan"ın  (fəaliyyət  planının)  hazırlanması 

nəzərdə tutulmuşdur. 

Həmçinin  iki  ayrı-ayrı  layihə  üzrə  beynəlxalq  ekspertlər  tərəfindən 

«Azərbaycan  Respublikasının  Su  Strategiyası»nı  özündə  ehtiva  edən 

hesabatlar  hazırlanmışdır.  Bu  hesabatlar  əsasında  «AZƏRBAYCAN 

RESPUBLIKASININ 

2016-2035- 

Cİ 

ILLƏRDƏ 

SU 

EHTIYATLARININ  INTEQRASIYALI  IDARƏ  EDILMƏSI  ÜZRƏ 

SU STRATEGİYASI»nın hazırlanması planlaşdırılır.   

 


Abşeron yarmadasında məskunlaşan və ölkə əhalisinin ümumi sayının 38,8%-

ni  təşkil  edən  sakinlərini  verilən  suyun  keyfiyyətlinin  və  həcminin  çoxalması 

əsas göstəricilərindən biridir.  

 

Bu  göstəricinin  əldə  olunması  üçün  2010-cu  ildə  “Oğuz-Qəbələ-Bakı”  su 

kəməri istifadəyə verilmişdir: 



Kəmərin uzunluğu – 263 km;  



Kəmərin sərfi – 5m

3

/san;  



Mənbəyi – Oğuz rayonunun dağ hissəsində qazılan artezian və subarteziyan   



quyuları.

 

    «Respublika  regionlarının  iqtisadi  sosial  inkişafının  yaxşılaşdırılması»üzrə 

(2008-2015)  Milli  Proqramın  müvafiq  olaraq  rayon  tipli  qəsəbələrin 

təhlükəsiz  su  ilə  təmin  olunması  üzrə  göstəricilərin  əldə  olunması  üçün 

kompleks tədbirlər həyata keçirilir: 



bir  sıra  şəhərlərdə  (Şəki,  Gəncə  və  s.)  su  kəmərlərinin  şəbəkəsi  və  suyun 



təmizləmə texnologiyası tamamilə yenilənib; 



respublikanın  ümumtəhsil  məktəblərində  oxuyan  şagirdlər  üçün  içməli  su 



təminatına  xüsusi  diqqət  yetirilib.  Belə  ki,  2003-2012-ci  illər  ərzində 

respublikada  500  min  məktəblini  əhatə  edən  2457  yeni  məktəb  (ümumi 

sayının 52%-i) binası tikilib. 

 

 

    “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 

azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”na  su  təminatında 

kiçik həcmli sistemlərin inkişafı da daxil edilmişdir:  

 



bu  Proqram,  kənd  əhalisinin  yaxşılaşdırılmış  su  mənbələri  ilə  təmin 



edilməsində məqsədli göstəricilərə nail olunmasını təmin edir; 



su  təminatının  bütün  istiqamətlərini  əhatə  edən  az  həcmli  su  təminatı 



sistemlərində  risklərin  qiymətləndirilməsi  məqsədi  ilə  Respublika 

Gigiyena  və  Epidemiologiya  Mərkəzi  tərəfindən  laborator  monitorinq 

işlərinin aparılması təşkil olunur;  



ölkənin  39  regionun  2180  kəndlərində  əhali  tərəfindən  içməli  su  kimi 



istifadə olunan 3459 su mənbələrində tətqiqat işləri davam etdirilir. 

 



götürülmüş  su  nümunələrinin  45,6  %-i  sanitar-kimyəvi,  38,3  %-i  isə 



mikrobioloji göstəricilər qüvvədə olan standartlara cavab verməyib; 



bu  ərazilərdə  suyun  keyfiyyətinin  artırılması  məqsədi  ilə  Respublika 



Gigiyena  və  Epidemiologiya  Mərkəzinin  mütəxəssisləri  tərəfindən 

optimal şərtlərin yaradılması üçün təkliflər işlənib hazırlanıb. 



Görülən  tədbirlər  tibbi-demoqrafik  və  səhiyyə  göstəricilərinin 



yaxşılaşdırılmasına  zəmin  yaratmışdır.  Belə  ki,  ümumi  doğum 

göstəricisi  əhalinin  hər  min  nəfərinə  18.6,  ümumi  ölüm  isə  5.8  təşkil 

etmişdir. Təbii artım əhalinin hər min nəfərinə 12.8 olmuşdur ki, bu da 

Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biridir.  



Əhali üçün daim təhlükə yaradan malyariya xəstəliyinə qarşı aparılmış 



geniş  miqyaslı  əksepidemik  tədbirlər  epidemioloji  sabitliyə  nail 

olunmasına imkan vermiş və ilk dəfə olaraq son iki ildə yerlı yoluxma 

halları qeydə alınmamışdır. 

 

 

 

 

 




su  ilə  yayılan  yoluxucu  xəstəliklərin  göstəricilərində 

çoxillik müsbət azalma dinamikası qeyd olunur.  Son 40 il 

ərzində vəba xəstəliyi, 10 ildən çox qarın yatalağı xəstəliyi 

qeydə  alınmayıb,  hepatit  A,  dizenteriya,  lyamlioz 

xəstəliklərinin səviyyəsi aşağı enmişdir. 

 



Beləliklə,  respublikada  iqtisadiyyatın  intensiv  inkişaf 



fonunda  su  təchizatı  və  çirkab  suların  kənarlaşdırılma 

sistemlərinin  yeniləşdirilməsi,  bu  da  öz  növbəsində,  həyat 

tərzinin  və  insanların  sağlamlıq  göstəricilərinin  dinamik 

inkişafına təsir edərək, Su və Sağlamlıq Protololunun əsas 

məqsədlərinə nail olunmasını təmin edir. 

 

       

Protokolun  həyata  keçirilməsində  irəliləyişlərlə  yanaşı  ölkədə  bir  sıra  öz 

həllini  tapmayan  bəzi  məsələlər  də  qalmaqdadır  və  bu  problemlərin  həlli 

üçün  məqsədli  göstəricilərin  Protokolun  tələblərinə  əsasən  müəyyən 

olunmasını məqsədəuyğun hesab edirik. 

Su sahəsində mövcud problemlər: 



Su strategiyası və su siyasəti haqqında rəhbəredici sənədlərin olmaması; 



Su ehtiyyatlarının inteqrasiyalı idarə olunmaması; 



Suyun  təkrar  istifadə  olunma  üzrə  stimullaşdırma  tədbirlərinin  zəif  həyata 



keçirilməsi; 



İqlim 



dəyişikliyinə 

su 

ehtiyatlarının 

adaptasiya 

tədbirlərinin 

hazırlanmaması; 



su  ehtiyyatlarına  qənaətcil  yanaşma  üzrə  əhalinin  məlumatlandırma 



təbliğatının kifayət qədər olmadığı; 



Struktur  laboratoriyaların  müasir  avadanlıq  və  reaktivlərlə  kifayət  qədər 



təmin olunmaması; 

 

 

Həlli istiqamətlər: 



ÜST-nın  tələbləri  əsasında  içməli  suyun  keyfiyyətinə  dair  yeni  standartlarının 



işlənib hazırlanması; 



ekstremal  hava  şəraitində  su  ehtiyyatlarının  idarə  olunması  üzrə  adaptasiya 



tədbirlərnə dair  Milli strategiyanın işlənib hazırlanması; 



Su və Sağlamlıq Protokol üzrə iştirak edən bütün nazirliklərin və digər müvafiq 



qurumlarının kadr potensialının hazırlanması. 

 

    Təqdim  olunmuş  məlumatlardan  aydın  olur  ki,  ölkəmizdə  Su  və  Sağlamlıq 

Protokolundan irəli gələn bütün məsələlərin həlli üçün lazımi şərait vardır və bu 

sahədə Məqsədli Göstəricilərinin və müvafiq indikatorların müəyyən olunduqdan 

sonra,  Hökümətin  təsdiqinə  təqdim  olunması  üzrə  işlərin  gücləndirilməsinə 

zərurət vardir. 

 

 

 

 

 

Diqqətinizə görə minnətdaram! 

 

Dr.Leyla Tağızadə 

 

E-mail: leylatagizadeh@yahoo.com 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə